Kurs: II fənn: Məktəbəqədər pedaqogika



Yüklə 76,12 Kb.
səhifə23/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Mövzu: VIII.Erkən yaş dövründə uşaqların inkişafı və tərbiyəsi

Plan:


  1. Həyatın I ilində uşağın anatomik-fizioloji xüsusiyyətləri və uşağa qulluğun gigiyenik elmi əsasları

  2. Erkən yaşda gün rejiminin uşağın anatomik-fizioloji inkişafında rolu




  1. Məktəbəqədər yaşlı uşaqların yaş bölgüsü belədir:

  1. Erkən yaş dövrü (yaxud körpəlik dövrü)- 2 yaşa qədər

  2. Kiçik məktəbəqədər yaş dövrü- 2 yaşdan 4 yaşa qədər

  3. Orta məktəbəqədər yaş dövrü- 4 yaşdan 5 yaşa qədər

  4. Böyük məktəbəqədər yaş dövrü- 5 yaşdan 6 yaşa qədər

Həyatın I ilində uşaq böyüklərin köməyinə möhtacdır. Buna görə də bu yaşda uşaqların inkişafına kömək etmək üçün onları qorumaq, sağlamlığına xüsusi diqqət yetirmək, həyatlarını düzgün təşkil etmək, onlarda müsbət keyfiyyətlərin yaranmasına xüsusi fikir vermək lazımdır.

Uşaq şəxsiyyətinin formalaşması uşaq anadan olan gündən başlayır. Hətta ana bətninə düşdüyü gündən ona müəyyən amillər təsir edir. odur ki, valideynlər uşaq hələ ana bətninə düşdüyü gündən onun düzgün fiziki və psixi inkişafı qayğısına qalmalıdır. Ana bətnində olan 6 həftəlik uşaq sensor reaksiyalarla yanaşı, həm də mürəkkəb hərəkətlərə malik olur. Doğum ərəfəsində uşağın sinir sistemi əsasən formalaşmış olur və ətraf aləmlə uşaq orqanizmi arasında ən incə, ən həssas əlaqə yaratmaq iqtidarına malik olur.

Anadan normal doğulmuş uşağın normal kilosu 2800-4500 qr, boyu 50-50 sm, bədən quruluşu onun müxtəlif üzvləri bir-biri ilə qeyri-mütənasib nisbətdə, daha doğrusu başı böyük, ayaqları gödək, gövdəsi uzun olur. Yeni doğulmuş uşağın beyninin çəkisi 360-400 qr (yaşlı adamlarda isə 1400 qr) olur.

Uşaq sümüklərinin yumuşaqlığı, elastikliyi onun orqanik xüsusiyyətləridir. Bu yaşda sümükdə kalsium duzlarının surətlə mənimsəmə prosesi gedir. Bu isə sümüklərin yavaş-yavaş bərkiməsini və süd dişlərinin çıxmasını təmin edir. 1-3 yaş müddətində sümüklərin bərkiməsi çox surətlə gedir və bütün skeleti əhatə edir. uşağın dişləri 6 aylığından çıxmağa başlayır və 1 yaşında normal inkişaflı uşağın 8-ə qədər dişi olur.

Körpə uşağın başının düz hissəsində yerləşən yumuşaq yer əmgək adlanır. əmgəyin ölçüsü uşaqlarda müxtəlif olur. Əgər bu hissə böyük olsa, ondan qorxmaq lazım deyil. Bir qayda olaraq əmgəkk 12-18 aylığında, çox nadir hallarda isə 2 yaşda bərkiyir.


  1. Uşaq doğulandan 10-15 gün sonra anadan gəlmiş şərtsiz reflekslər əsasında xarici mühitlə əlaqədə onda şərti reflekslər əmələ gəlir. Məs: ana uşağını hər dəfə qucağına götürərək əmizdirir. Nəticədə 10-12 günlük uşağını yerindən götürən kimi o, ağlamağını kəsir, ağzı ilə öz yeməyini axtarır və əmmə hərəkətləri edir. II aydan sonra rejim əsasında qidalanmağa adət edir.

Müəyyən edilmiş vaxtda yatır və durur. Bu dövrdə uşaq üçün yaradılan rejimin də rolu böyükdür. Belə ardıcıllıq daha səmərəlidir: əmizdirmə, sonra oyaqlıq, daha sonra isə növbəti əmizdirməyə kimi yatma. Rejimin düzgün təşkil olunması mükəmməl qidalanma, təmiz havada yatma, ciddi gigiyenik qulluq, müxtəlif növ möhkəmləndirici və sağlamlaşdırıcı tədbirlərin keçirilməsi fəal və müsbət emosional oyaq qalma üçün şəraitin yaradılması uşağın normal psixi inkişafını təmin edən əsas şərtlərdəndir.

Adətən uşağı yedizdirmədən əvvəl çimdirmək lazımdır. Bunun üçün ən əlverişli vaxt axşam saat 600 –da və ya 1000 –da yeməkdən qabaq hesab edilir. Ana öz istədiyi vaxtda da bu işi görə bilər. Ancaq yaxşı olar ki, bu həmişə eyni vaxtda olsun. Suyun istiliyi 32-38o arasında ola bilər. ancaq uşaq həmişə sabit temperaturlu su ilə çimizdirilməlidir.

1 yaşa qədər uşağı 5-7 dəq müddətində yuyundurub qurtarmaq lazımdır. Uşağın normal inkişafı üçün təmiz havada olması da çox vacibdir. Çəkisi 4,5 kq olan körpə gündə 2-3 saat açıq havada olmalıdır. Çəkisi 3,5 kq olan körpəni bayırda havanın hərarəti 16o və ya daha artıq olduqda gəzintiyə çıxarmaq olar. Çəkisi 10,5 kq olan uşaq isə küləksiz, günəşli günlərdə havanın istiliyi az olsa da gəzintiyə çıxarmaq lazımdır.


Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin