Kurs: II fənn: Məktəbəqədər pedaqogika


Mövzu: XI Uşaq bağçasında təlim işi və onun didaktik prinsipləri



Yüklə 76,12 Kb.
səhifə26/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   22   23   24   25   26   27   28   29   30
Mövzu: XI Uşaq bağçasında təlim işi və onun didaktik prinsipləri

Plan:


  1. Didaktika məhfumu. Təlim prosesinin məzmununda didaktikanın tərbiyəedici yeri və imkanı. Təlim anlayışı və onun pedaqoji mahiyyəti. Təlim prosesinin tərbiyəedici məqsədi.

  2. Təlimin prinsipləri

  1. Didaktik prinsiplər təlimin müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən başlıca tələblərə daxildir. Didaktika məhfumu yunanca didaktos sözündən götürülüb, mənası öyrədirəm deməkdir. Təlimin prinsipləri ilk dəfə böyük Çex pedaqoqu Y.A.Komenski tərəfindən “Böyük Didaktika” əsərində formalaşdılıbdır. Komenski təlimdə müvafiqlik, sistematiklik, ardıcıllıq, əyanilik, şüurluluq və fəallıq prinsiplərini irəli sürmüşdü. Bundan sonra rus pedaqoqu K.D.Uşinski XIX əsrin II yarısında fiziologiya və psixologiya elmlərinin inkişaf nailiyyətlərinə istinad edərək, didaktik prinsipləri elmi cəhətdən əsaslandırdı.

1930-60-cı illərdə keçmiş Sovetlər İttifaqında məktəbəqədər pedaqogikanın didaktik prinsiplər bölməsi ətrafında geniş mübahisələr getmiş, məktəbəqədər yaşlı uşaqlraın bilik sahələri üzrə, eləcə də müxtəlif ictimai hadisələr haqqında bilik almağa qabil olmamasından söhbət açılmışdır.

İkinci qrup nəzəriyyəçilər L.S.Vıqotskiyə istinad edərək təsdiq etmişlər ki, məktəbəqədər yaşlı uşaqlar biliyi müəyyən sistemlə əlaqəli şəkildə mənimsəyə bilirlər. Məktəbəqədər pedaqogikaya aid proqram və dərsliklərdən ilk dəfə 1977-ci ildə qısa şəkildə də olsa da, təlim prinsiplərinin sistem şəklində adına və məzmununa təsadüf olunur. 1964-cü ildə A.V.Surovtsevanın redaktorluğu ilə daha bir dərslik çap olunur. Həmin dərslikdə təlim prinsiplərindən bəhs olunur.



  1. Təlimin prinsipləri aşağıdakılardır.

  1. İdeyalılıq prinsipi. Təlim zamanı məktəbəqədər yaşlı uşaqlarda anlaq səviyyələrinə uyğun Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, xalqa, Vətənə məhəbbət, milli iftixar hissi oyatmaq, torpağımıza göz dikənlərə, millətçi və şovinistlərə isə nifrət hissi formalaşdırmaq mühüm əhəmiyyət kəsb edir.

  2. İnkişafetdirici təlim prinsipi. Təlim qarşısında duran vəzifəni müvəffəqiyyətlə həll dilməsi üçün birinci növbədə o inkişafetdirici olmalıdır. Əslində inkişaf etdirməyin təlim prinsipi yoxdur. Təcrübə göstərir ki, təlimin bütün prinsipləri məhz inkişaf etdirməyə xidmət edir.

  3. Alınmış bilik və bacarıqların həyatla, əməklə əlaqələndirilməsi prinsipi. Uşaq bağçası üzrə proqramda nəzərdə tutulmuş bilik, bacarıq və vərdişlərə yiyələnməkdə bu prinsip başlıca yerlərdən birini tutur. Məktəbəqədər yaşlı uşaqlara real aləmi yaxşı öyrətməklə təlimdə çətinlikləri aradan qaldırmaq imkanı artırır.

  4. Elmilik prinsipi. Elmi biliyin tətbiq sahələrinin xeyli genişləndiyi bir zamanda, təlimdə elmilik prinsipi xüsusi əhəmiyyət kəsb edir. elm durmadan inkişaf edir, yeni elmi nailiyyətlərin istehsalata tətbiqi genişlənir.

  5. Təlimin tərbiyəedici prinsipi. Təlimin tərbiyəedici xarakteri pedaqoji qanunauyğunluqdur. Təlim uşaqları yalnız biliklərlə silahlandırmır, həm də onların mənəvi dünyasına, əqidəsinə, əməksevərliyinə, estetik baxışlarına və fiziki kamilliyinə güclü müsbət təsir göstərir.

  6. Müvafiqlik prinsipi. Təlim o vaxt əmərəliolur ki, uşaqların yaşına və anlaq səviyyəsinə uyğun qurulsun. Müvafiqlik əsasən təlimin məzmununda və təlim metodlarının seçilməsində öz ifadəsini tapır. Təlimin müvafiqlik prinsipi 4 mühüm didaktik qaydada ifadə olunur:

  1. Məlumdan-məchula;

  2. Asandan-çətinə;

  3. Sadədən-mürəkkəbə;

  4. Ümumidən-xüsusiyə.

  1. Sistemayiklik prinsipi. Bu prinsipə görə bilik uşaqlara elə məntiqi ardıcıllıq və sistemlə öyrədilməlidir ki, əvvəlki bilik sonrakı üçün zəncirvari əlaqə rolu oynasın, onun asan və möhkəm mənimsənilməsinə kömək etsin.

  2. Şüurluluq və fəallıq prinsipi. Bilik o zaman möhkəm olur ki, o şüurlu şəkildə mənimsənilsin və başa düşülsün. Şüurluluq və fəallıq olan yerdə fəaliyyət məhsuldar və hərtərəfli olur.

  3. Əyanilik prinsipi. Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret əşyalar və haisələr üzərində qurmağa deyilir. Rus pedaqoqu Uşinski də əyanilik prinsipinə yüksək əhəmiyyət vermişdir.

  4. Fərdi yanaşma prinsipi. Məktəbəqədər qrupda 20-25 nəfər uşağın hər biri özünəməxsus fərdi xüsusiyyətlərə malikdir. Onlardan biri görüb-eşitdiklərini tez qavrayır, tez də unudur, digəri isə gec qavrayır, lakin öyrəndiyi uzun müddət yadında saxlayır.

Tərbiyəçi təlim prosesində prinsiplər arasındakı qarşılıqlı əlaqəni, didaktik vəhdəti unutmamalıdır. Bu prinsiplərin birinə laqeyd münasibət bəslənilməsi o biri prinsiplərin də təsir gücünü zəiflədir və təlimdə müvəffəqiyyətsizliyə səbəb olur.



Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin