Mövzu XII. Uşaq bağçalarında təlim strategiyaları.
Plan:
Uşaq bağçasında təlimin metod və tərzləri
Uşaq bağçasında texniki vastələrin tətbiqi
Uşaq bağçasında təlim metodları əyani, şifahi və praktik növlərə bölünür. Uşaq baçasında əyani metodlar geniş yer tutur. Bu didaktik prinsip olan əyanilikdən istifadə uşaqlarda təfəkkürün inkişafı ilə bağlıdır. Əyani metoddan yeni biliyin öyrədilməsi prosesində daha çox istifadə olunur. Əyani metodda natural obyektlər (əşya və hadisələr), əyani vəsaitlər (şəkil, heyvan və quş müqəvvaları, model nümunələri və s.) daxildir.
Texniki vasitələrin tətbiqi (video filmlər, maqnitofon yazılar, televizya verlişləri və s.) əyani təlimdə mühüm yer tutur.
Müşahidə ətraf mühitdəki cisim və hadisələri məqsədyönlü, planlı, qısa və uzunmüddətli qavrama prosesidir. Onun məqsədi cisim və hadisələri sadəcə göstərmək deyil, ətraf mühitdə baş verən dəyişiklikləri uşaqlara müşahidə etdirməkdir. Uşaqlar yaşlıların əməyini, nəqliyyatın hərəkətini, heyvanların xarakter və həyat tərzini, bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər. Tərbiyəçi uşaqları tədricən müşahidə etmək bacarığına və qabiliyyətinə yiyələndirir. Uşaqların qarşısına öyrətmə məqsədi qoyur.
Müşahidənin təşkili və keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməlidir. Elə şərait və vaxt seçilməlidir ki, uşaqlar müşahidə ediləsi keyfiyyəti obyektdə görə bilsinlər. sual və göstərişlər elə seçilməlidir ki, uşaqlar müşahidə edilən obyektdə əsas əlamələri seçə bilsinlər.
Müşahidənin səmərəliliyini təmin etmək üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir.
Uşaqların qarşısında aydın və konkret məqsəd qoyulmalıdır. Məqsədin aydın, cəlbedici və dinamik olması uşaqlarda maraq, iradə və diqqətin formalaşmasına kömək edir.
Uşaqların yaş xüsusiyyətlərindən asılı olaraq müşahidə edilən obyektin məzmunu uşaqların əvvəlki təsəvvürləri ilə bağlı olmalıdır. Obyekt çox da böyük olmamalı, uşaqların yaş və anlama səviyyəsinə uyğun gəlməlidir.
Müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə kömək etməlidir.
Müşahidə dəqiq və konkret sözlərlə müşaiət edilməli, obyekti düzgün qavramağa, uşaqda tam təsəvvür yaratmağa və söz ehtiyyatının artmasına müsbət təsir göstərməlidir.
Əşyaların göstərilməsi daha çox yayılmış təlim tərzlərindən biridir. Tərbiyəçi əşyanı elə göstərməlidir ki, həm onun haqqında qısa məlumat verə bilsin, həm də uşaqlar onu yaxşı görə bilsinlər.
Şəkil illustrativ materialların nümayiş etdirilməsi metodu ətraf mühitlə tanışlıqda və nitqin inkişaf etdirilməsində geniş istifadə edilir.
Təlim prosesində ekran vasitələrindən və radiotexnikadan əyani vəsait kimi istifadə edilir. Təlim zamanı video filmlər, maqnitofon yazıları, televerlişlər və komputer texnikasından istifadə etməklə yüksək müvəffəqiyyətlərə nail olmaq olar. Texniki vəsaitlərdən istifadə təlim prosesini cəzbedici və maraqlı edir, uşaqları ətraf mühitlə tanış etmək üçün geniş imkan yaradır.
Kinokadrlarda bu və digər əşyanı öz lazımi böyüklüyündə göstərmək də təlim prosesi üçün çox əhəmiyyətlidir. Filmlər uşaqlarda maraq, yeni-yeni hisslər yaradır. Məşğələlərdə videofilmlərin nümayiş etdirilməsi çox vaxt almamalıdır. Uşaq bağçasında filmlər 9-10 dəqiqədən artıq göstərilməməlidir.
Filmlər uşaqların biliklərinin möhkəmlənməsinə kömək edir, öyrəndiklərini ümumiləşdirməyə imkan verir, onların estetik tərbiyəsində mühüm rol oyanyır. Kinofilmlər, müxtəlif sənədli video filmlər, müxtəlif xarakterli çizgi filmlər 3 önəmli vəzifənin yerinə yetirilməsinə köməklik edir.
Uşaqların biliklərini genişləndirir.
Nitqini inkişaf etdirir
Əqli qabiliyyətlərini formalaşdırır
İnsanın sosiallaşma prosesində bəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yanaşılır. Onun didaktik əsasını qanunauyğunluq, təcrübilik, məqsədyönlülük, sistemlilik, fasiləsizlik, variativlik, mərhələlilik, fərdilik təşkil edir. Təhsil həm də bütövlükdə tərbiyəçi, uşaq və valıdeynin birgə fəaliyyətinin yekunu olduğundan ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi qiymətləndirilir.
Məktəbəqədər təhsilin proqramında (kurikulumunda) təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
- təlim prosesi və onun təşkili prinsipləri;
- təlimin təşkilində istifadə olunan forma və üsullar;
-təlimin planlaşdırılması.
Dostları ilə paylaş: |