Kurs: II fənn: Məktəbəqədər pedaqogika


MÖVZU: X.Məktəbəqədər yaş dövründə uşaqların inkişafı və tərbiyəsi



Yüklə 76,12 Kb.
səhifə25/30
tarix01.01.2022
ölçüsü76,12 Kb.
#104477
1   ...   22   23   24   25   26   27   28   29   30
MÖVZU: X.Məktəbəqədər yaş dövründə uşaqların inkişafı və tərbiyəsi

Plan:


  1. Məktəbəqədər yaş qrupunda uşaqların fiziki cəhətdən sağlamlığının gigiyena-səhiyyə qaydaları.

  2. Onların anlayacağı şəkildə dövlətimizə və dövlətçiliyimizə məhəbbət hissi aşılamaq




  1. Uşaq bağçasında uşaq tərbiyəsini həyata keçirmək üçün aşağıda qeyd olunan məsələlərə ciddi əməl edilməlidir:

1.Uşaqların sağlamlığı qayğısına qalınmalı, bağçada bütün şərait və rejim gigiyenik səhiyyə tələblərinə müvafiq surətdə təşkil olunmalı, oyunlar keçirilməli, fiziki təmrinlər yerinə yetirilməlidir.

2.əyləncəli oyunlar və məşğələlər, bədii söz, musiqi, nəğmə, təbiətə ekskursiyalar və gəzintilər, ətraf həyatla tanışlıq vasitəsilə uşaqlar zehni və bədii cəhətdən tərbiyə edilməlidirlər;

3.oyun prosesində və əmək tapşırıqlarının icrasında gücləri çatan qədər iştirak etməklə uşaqlara mütəşəkkillik, özünü kollektivdə aparmağı, birlikdə oynamağı bacarmağı öyrətmək lazımdır;

4.uşaqların başa düşəcəyi maraqlı misallarla onlarda müstəqil Azərbaycan dövlətinə, xalqımıza, Vətənimizə dərin məhəbbət, düşmənlərimizə isə kəskin nifrət hissi tərbiyə olunmalıdır.



  1. Vətənə sədaqətlilik, xalq, milli və mənəvi sərvətlərinə məhəbbət, Vətənə məhəbbət, xalqa, doğma torpağa, xalqın maddi və mənəvi sərvətlərinə, adət və ənənələrinə hörmət Azərbaycan xalqının nəcib əxlaqi keyfiyyətlərindəndir.

Vətənə sədaqətlilik hissinin aşılanması yetişən nəslin tərbiyəsində xüsusi yer tutur. Uşaqların məktəbəqədər yaş dövründən başlayaraq vətənpərvərlik ruhunda tərbiyəyə indi həmişəkindən daha çox ehtiyac vardır, çünki müstəqillik yolunda qətiyyətlə addımlayan Azərbaycanın gələcək taleyi bu günkü gənc nəslin hansı ruhda tərbiyə olunmasından çox asılı olacaqdır.

Məktəbəqədər tərbiyə müəssisələrində hər bir tərbiyəçi Azərbaycan uşaq ədəbiyyatındakı mənəvi dəyərlərdən istifadə etməklə, məktəbəqədər yaşlı uşaqlarda Vətənə məhəbbət, onu qorumaq və qeyrətini çəkmək tərbiyəsini həyata keçirmək üçn aşağıdakı qeyd olunan vəzifələri yerinə yetirməlidir:



  1. Məktəbəqədər yaşlı uşaqlarda Azərbaycan Respublikasının müstəqilliyini qorumağı, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən mübarizədə heç bir çətinlikdən qorxmamağı tərbiyə etmək;

  2. Uşaqlarda Vətən yolunda, onun gələcək inkişafı və tərəqqisi naminə hər cür zəhmətə və fədakarlığa hazır olmaq əzmi aşılamaq, onlarda Vətənə sədaqət və məhəbbəti sözdə deyil, əməli işdə nümayiş etdirmək inamını tərbiyə etmək;

  3. Uşaqları müstəqil Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında milli həmrəylik, birlik, dostluq, qardaşlıq ruhunda tərbiyə etmək və onlardaAzərbaycançılıq hissi aşılamaq;

  4. Uşaqlarda kiçik yaşdan milli iftixar, mərdlik, cəsurluq və milli qeyrət hisslərini möhkəmləndirmək;

  5. Məktəbəqədər yaşlı uşaqlarda hər cür daxili və xarici müdaxilələrə, düşmən qəsdinə, təxribat və s. eybəcərliklərə qarşı nifrət hissini qüvvətləndirmək;

  6. Məktəbəqədər yaşlı uşaqları Milli Orduya, erməni işğalçılarına qarşı müharibədə igidliklər göstərmiş milli qəhrəmanlara, bu yolda şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımızın ruhuna sonsuz ehtiram və məhəbbət hissi tərbiyə etmək.

Məktəbəqədər yaşlı uşaqların vətənpərvərlik və Milli Orduya məhəbbət tərbiyəsinin göstərilən pedaqoji tələblər əsasında həyata keçirilməsi uşaqlarda kiçik yaşlarından vətənə, torpağa bağlılıq hissini gücləndirir, onlarda qeyrətliliyi və Milli Orduya məhəbbəti möhkəmləndirir.

Yüklə 76,12 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin