Kurs: II fənn: Pedaqogika -2 Mövzu


P.5.Portfolio.Onun qiymətləndirilməsi



Yüklə 494 Kb.
səhifə73/76
tarix10.01.2022
ölçüsü494 Kb.
#108829
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
P.5.Portfolio.Onun qiymətləndirilməsi. Portfolio-şagird işlərinin məqsədyönlü toplanılmasıdır. Portfolio təlim prosesində (tapşırıqların yerinə yetirlməsində) şagirdin səyini, inkişafını, bir və ya bir neçə fənn üzrə nailiyyətlərini göstərir. Portfolido şagir­din özünüqiymətləndirmə üçün seçdiyi ən yaxşı işlər və planlaşdırılmış nəticələrin əldə edilməsi məqsədilə onun irəliləyiş və inkişafını göstərən fəaliyyət nümunələri olmalıdır.

Portfolionun funksiyası. Müasir təhsildə qiymətləndirmə şagirdin təlim prosesin­də fənlər üzrə əldə etdiyi bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin monitorinqinə yönəldilib. Portfolio:

-Şagirdlərin güclü və zəif tərəflərini əyani şəkildə göstərərək qiymətləndirmə

prosesini yaxşılaşdırır;

-Təlim məqsədlərinə nail olmaq üçün seçilmiş strategiyanı dəstəkləyir.

-Təlim prosesində dəyişiklik və irəliləyişləri əks etdirir.

-Şagird, müəllim və valideynlərin refleksiv-analiktik təfəkkürünə kömək edir.

Portfolionun istifadə məqsədləri:

-Məqəsdyönlü təlimi həvəsləndirmək

-Öyrənilən mövzu, material haqqında təsəvvürü genişləndirmək

-Öyrənmək bacarığını inkişaf etdirmək

-Planlaşdırılmış nəticələrin əldə edilməsində inkişafı nümayiş etdirmək

-Şagirdlərin özünüqiymətləndirməsinə imkan vermək

-Şagirdlərə qarşılıqlı dəstək və inkişaf üçün şərait yaratmaq


Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin