Kurs: III qrup: 721 Tələbə: Hüseynova Nərgiz


Bazarın kompleks tədqiqi marketinq



Yüklə 42,26 Kb.
səhifə5/8
tarix10.12.2023
ölçüsü42,26 Kb.
#139025
1   2   3   4   5   6   7   8
referat 1559

Bazarın kompleks tədqiqi marketinq sisteminin əsas elementlərindən biri olmaqla, müəssisə rəhbərliyi tərəfindən səmərəli idarəetmə qərarının qəbul edilməsində müstəsna rola malikdir. Çünki bazardakı uğur ilk növbədə informasiyaların toplanması və təhlilindən asılıdır.
Mütəxəssislərin qeyd etdikləri kimi, marketinqin tədqiqi dedikdə, geniş mənada satış bazarının kompleks öyrənilməsi və araşdırılması başa düşülür. Bu öyrənmənin əsas məqsədi, tələb və təklifin mövcud və perspektiv inkişafına, qiymətin dəyişməsinə, tələbatın ödənilməsi səviyyəsinə və ödənilməmiş tələbatın həcminə, rəqiblərin bazar fəaliyyətinə, məhsulların satışının və texniki xidmətin təşkilinə və s. dair tam, ətraflı və düzgün informasiya toplamaqdır. Başqa sözlə, bazarda olan faktiki vəziyyətə dair məlumatlar yığmaqdır. Sonra həmin məlumatlar sistemləşdirilir, təhlillər aparılır və qərar qəbul edilir. İnformasiya yüksək keyfiyyətli, tam və düzgün olmalıdır. Marketinq informasiyalarının təhlilində:
-riyazi statistikanın;
-texniki-iqtisadi təhlilin
-əməliyyatların tədqiqi və s. Metodlardan geniş istifadə edilir.
Mütəxəsisslərin fikrincə, bu funksiya müəssisənin bütün istehsal-satış fəaliyyətinin, marketinqin digər funksiyalarının əsasını təşkil edir və onlara aid qərarların qəbul edilməsində başlıca vasitədir.
Marketinq tədqiqatları əmtəələrin həyat dövrünün hər bir mərhələsində aparılmalıdır. Bu isə, onun məzmununu və məqsədyönümlüyünü müəyyən edir.
Bazar iqtisadi sisteminin «tələb-təklif» qanununun tələblərinə uyğun olaraq hər bir müəssisə çalışır ki, bazarda layiqli yer tutsun, istehsal etdiyi məhsul alıcılar tərəfindən yaxşı qarşılansın, onların reallaşdırılması sürətlə həyata keçirilsin və yüksək qazanc əldə edilsin. Bu baxımdan da müəssisələr bazara bir və ya bir neçə növ məhsul deyil, daha çox növdə (çeşiddə) və əla keyfiyyətdə məhsullar çıxarmağa can atırlar.
Məhsulların çeşidi dedikdə bu, istehsalçılar tərəfindən istehsalı nəzərdə tutulmuş məhsulların adını, markasını, profilini, növünü, ölçüsünü, formasını, dəbini, cizgilərini və s. əks etdirən təfsilləşdirilmiş ( detallaşdırılmış) siyahısıdır. Başqa sözlə, bu müəssisə tərəfindən buraxılan və bazara təklif edilənbütün məhsulların məcmusudur. İstehsalın səmərəliliyinin əsas amilidir. Eyni adlı (yekcins) məhsulların müxtəlif növləri və markaları (çeşidi) texniki-iqtisadi xarakteristikalarına (tip ölçülərinə, əhsuldarlığına, gücünə, keyfiyyətinə, xarici görkəminə və s.) görə bir-birindən fərqlənirlər. Odur ki, istehsalçı (satıcı) müəssisələr həcm göstəriciləri ilə yanaşı, eyni zamanda, məhsul çeşidinin plamlaşdırılmasına daciddi fakir verirlər.

Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin