Kurs: III qrup: 721 Tələbə: Hüseynova Nərgiz


Konyuktor proqnozlaşdırma



Yüklə 42,26 Kb.
səhifə3/8
tarix10.12.2023
ölçüsü42,26 Kb.
#139025
1   2   3   4   5   6   7   8
referat 1559

Konyuktor proqnozlaşdırma qısa müddətli olur və bunu şirkətlər, firmalar, təşkilatlar aparırlar.
Elmi-texniki proqnozlaşdırma elmi-texniki tərəqqinin nailiyyətləri nəzərə alınmaqla perspektiv istiqamətlər müəyyənləşdirilir, bazar tələbatının strukturuna fəal təsir göstərə bilən əmtəələrin istehsal olunması imkanları aşkar edilir.
Marketinq müxtəlif növlərə malikdir və ayrı-ayrı ölkələrdə onların bəziləri fəaliyyət göstərirlər. İqtisadi ədəbiyyatda marketinqin növlərinə aşağıdakılar aid edilir:
-konversiya marketinqi;
-stimullaşdırıcı marketinq;
-ifşaedici marketinq;
-sinxromarketinq;
-tələbin səviyyəsini saxlayan marketinq və s.
Bunların bəzilərinin izahını verək.
Konversiya marketinqdə potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Hər hansı bir əmtəəyə tələb yoxdursa, bu halda stimullaşdırıcı marketinq tətbiq olunur.
Tələbin səviyyəsini saxlayan marketinqdə əsas məqsəd tələbi sabitləşdirmək, onun səviyyəsini saxlamaq olur.
İstehsal müəssisələrindən, satış bazarlarından asılı olaraq marketinq daxili və beynəlxalq istehlak şeyləri, istehsal vasitələri və xidmət yarımbölmələrinə də ayrılır.
Marketinq kateqoriyası geniş məzmunlu kateqoriya kimi peşəkar kadrlar korpusu məsələsini də az-çox özündə ehtiva edir.
Bu sahənin peşəkar kadrı marketoloq adlanır. Marketoloqlar marketinqlə bağlı məsələlərdən yaxşı baş çıxaran mütəxəssislər hesab olunurlar.
Ehtiyac, tələbat, tələb, əmtəə, mübadilə, sövdələşmə və bazar marketinqin əsas anlayışlarıdır.
Marketinqin əsaslarını təşkil edən ilkin ideya insan ehtiyacalrı ideyasıdır.
Ehtiyac - insan nəyinsə çatışmadığını duymaq hissidir. İnsanların ehtiyacı müxtəlif və mürəkkəbdir. Bura həm qidaya, geyimə, istiliyə və təhlükəsizliyə olan əsas fızioloji ehtiyaclar, həm də sosial ehtiyaclar aiddir. Əgər ehtiyac ödənilmirsə insanın sosial-iqtisadi fəaliyyətinin səmərəliliyi lazımi səviyyədə olmur.
Tələbatlar - fərdin şəxsiyyəti və mədəniyyəti səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacdır. Tələbat cəmiyyətin inkişaf səviyyəsindən asılı olaraq, daim dəyişir və təkmilləşir, bir tələbat növü digəri ilə əvəz edilir və ya əhəmiyyətini itirir. Tələbat daim dəyişən və təkmilləşən dinamik proseslərdir. İstehsalçılar insanlann tələbatını öyrənir və onun təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər.
Tələb - alıcılıq qabiliyyəti ilə möhkəmləndirilmiş və ya maliyyə imkanları ilə məhdudlaşdırılmış tələbatdır.
Bütün ehtiyaclar, tələblər və tələbatlar əmtəə vasitəsi ilə ödənilir.
Əmtəə - tələbatı yaxud ehtiyacı ödəyə bilən və diqqətin cəlb edilməsi, alınması, istifadə yaxud istehlak olunması məqsədiləbazara təklif olunan hər bir şeydir. Əmtəə istehlakçının arzularına nə qədər dolğun cavab verirsə, istehsalçı bir o qədər böyük müvəfəqiyyət əldə edir. Əgər əmtəə tələbatı tamamilə ödəyirsə, həmin əmtəə ideal əmtəə adlanır.

Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin