Kurs: III qrup: 721 Tələbə: Hüseynova Nərgiz



Yüklə 42,26 Kb.
səhifə8/8
tarix10.12.2023
ölçüsü42,26 Kb.
#139025
1   2   3   4   5   6   7   8
referat 1559

Marketinq prinsipləri əsasında işləyən istehlakçıların fəaliyyətlərinin əsas devizi belədir: yalnız bazar, alıcı tələb edən məhsul istehsal etmək. Ona görə marketinqin əsasını da insan ehtiyacları, tələbatları, tələbləri təşkil edir. Buradanda marketinqin mahiyyəti ortaya çıxır.
Qısaca olaraq marketinqin mahiyyətini belə ifadə etmək olar: şərtsiz olaraq, öz satışını tapan məhsulları istehsal etmək lazımdır və alıcıya əvvəlcədən bazar ilə “razılaşdırılmamış” məhsulu zorla sırımaq lazım deyildir.
Marketinqin mahiyyətindən onun əsas prinsipləri alınır. Bu prinsiplər aşağıdakılardır:
1.İstehsal-satış fəaliyyətinin son nəticələrinə nail olunmağa istiqamətləndirilməsi, nəzərdə tutulmuş bazar hissəsinin əldə edilməsi;
2. Tədqiqat, istehsalat və satış üzrə imkanların marketinq fəaliyyətinin həlledici istiqamətlərində təmərküzləşdirilməsi;
3. Müəssisənin marketinq fəaliyyətinin uzunmüddətli nəticənin əldə olunmasına yönəldilməsi;
4. Marketinq taktikası və strategiyasının vəhdətliyi və qarşılıqlı əlaqəsinin tətbiqi.
Marketinqin bu əsas prinsipial prinsipləri ilə yanaşı olaraq digər prinsiplərini də qeyd edək:
1.Əmtəəyə (xidmətə) olan istehlak tələbinin vəziyyətini və dinamikasını hərtərəfli öyrənmək;
2.Müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün istehsalı bazarın tələblərinə maksimum uyğunlaşdırmaq;
3.Bazarda, istehlak tələbinə təsir göstərmək, daha doğrusu, elə mallar istehsal etmək lazımdır ki, o alınmış olsun;
4.Müəssisələrdə marketinq tədqiqatlarının aparılması nəticəsində meydana çıxan texniki və təsərrüfat problemlərinin həllinə yaradıcı yanaşmanı inkişaf etdirmək və mükafatlandırmaq;
5.Əmtəələrin lazımi miqdarda, lazımi vaxtda və lazımi yerə daşınmasını təmin etməklə istehlakçını təmin etmək;
6.Bazara yeni və yüksək keyfiyyətli məhsullar çıxarılmasını təmin etmək.
Cəsarətlə demək olar ki, ixtiyari firmanın bazar fəaliyəti, o cümlədən biznes-planın bütün bölmələrinin formalaşdırılması bazarın marketinq tədqiqi əsasında baş verir.
Marketinqin ən əsas xüsusiyyəti ikili və bir-birini tamamlayan yanaşmadır. Bir tərəfdən firmanın bütün fəaliyyəti, o cümlədən istehsal proqramının formalaşdırılması, elmi-texniki tədqiqatlar, sərmayə qoyuluşu, maliyyə vəsaitləri, işçi qüvvəsi və habelə satış proqramı, texniki xidmət (satışdan sonra) və başqaları istehlak tələbatının və onun dəyişməsinin hərtərəfli və obyektiv öyrənilməsinə əsaslanmalıdır. Burada alıcıların (istehlakçıların) ödənilməyən ehtiyaclarının aşkar edilməsi və istehsalın həmin tələbatın ödənilməsinə yönəldilməsi də mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, ən mühüm yanaşma bazara və mövcud tələbata aktiv təsir göstərməklə yeni tələbatın yaradılmasıdır. Marketinqin ən əsas prinsipi istehsalın son nəticələrinin istehlakçıların arzu və tələbatlarının ödənilməsinə yönəldilməsidir.


Nəticə

1. “Marketinq” termini ingilis sözü “market”dən yaranmış və hərfi tərcüməsi “bazar”, “bazar fəaliyyəti”, “satış bazarı sferasında fəaliyyət” mənasını verir. Marketinq istehsal olunan məhsulun satışı üçün əlverişli zəmin yaratmaq, onun keyfiyyətini, çeşidi və istehsal həcmini bilavasitə istehlakçıların tələbatına uyğunlaşdırmaq məqsədi ilə bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir.


2. Filipp Kolterin verdiyi tərifə görə: Marketinq-ehtiyacların və tələbatların mübadilə vasitəsilə öyrəsilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür. 1985-ci ildə Amerika Marketinq Təşkilatı marketinqin aşağıdakı geniş tərifini hazırlamışdır:
- Marketinq – insanların və təşkilatların məqsədlərinə uyğun mübadiləni təmin etmək üçün əmtəələri, xidmətləri və ideyaları yaratmqa, bunları inkişaf etdirmək, qiymətlərini müəyyənəşdirmək, bölgü proqrqmını hazırlamaq, stimullaşdırmaq, vasitələrini planlaşdırmaqvə həyata keçirməkdir.
3. Ehtiyac, tələbat, tələb, əmtəə, mübadilə, sövdələşmə və bazar marketinqin əsas anlayışlarıdır.
4. Marketinqin əsas vəzifələri aşağıdakılardır:

  1. Bazarın kompleks şəkildə öyrənilməsi;

  2. Potensial tələbin və ödənilməyən tələbatın aşkar edilməsi;

  3. Malların çeşidinin və qiymətinin planlaşdırılması;

  4. Mövcud tələbin tam ödənilməsi üçün tədbirlərin işlənib hazırlanması;

  5. Satışın planlaşdırılması və həyata keçirilməsi;

  6. İstehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması;

  7. Strateqiyanın işlənib hazırlanması;

  8. Marketinq tədbirlərinin işlənib hazırlanması.

5. Marketinqin funksiyalarına əsasən aşağıdakılar daxildir:

  • bazarın marketinq çərçivəsi daxilində marketinq səylərinin (cəhdlərinin) reallaşdırılması ilə bağlı olan problemlərin kompleks öyrənilməsi, yəni marketinqin kompleks tədqiqi və bunların əsasında müəssisənin elmi-texniki siyasətini işləyib hazırlamaq;

  • istehsalın optimal strukturunun müəyyən edilməsi və marketinq qərarının qəbul olunması;

  • məhsul çeşidinin planlaşdırılması;

  • satışın intensivləşdirilməsi üzrə (reklamların, sərgilərin təşkili və satışın həvəsləndirilməsinin digər metodlarını daxil etməklə) tədbirlər işləyib hazırlamaq;

  • əmtəə hərəkətinin daha səmərəli yollarının, əmtəələrin satış yerinin, vaxtının və üsulunun (satış işinin planlaşdırılmasının) müəyyənləşdirilməsi, yəni məhsulların bölüşdürülməsi və satışı;

  • reklam və satışın həvəsləndirilməsi;

  • satışdan sonrakı xidmətin təşkili;

  • yeni istehlakçıların formalaşdırılması və s.



Ədəbiyyat siyahısı

1.A. T. Məmmədov “Marketinqin əsasları” Bakı-2007


2.Şəmsəddin Axundov “Marketinqin əsasları” Bakı-2011
3.www.google.az
4.www.kitab.az
5.www.firststeps.az
Yüklə 42,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin