M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)


 Səhmlərlə ödənilən dividendlər və səhmlərin bölünməsi



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə53/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   55
kitabyurdu org-maliyye-menecmenti

 
12.4. Səhmlərlə ödənilən dividendlər və səhmlərin bölünməsi 
Adətən, səhmlərlə verilən dividendlər və səhmlərin bölünməsi müxtəlif 
məqsədlər üçün istifadə olunursa da, onların iqtisadi məzmunu bir-birinə çox yaxındır. 
Onların fərqləndirilməsi yalnız mühasibat uçotu nöqteyi-nəzərindən mümkündür. 
Buraxılış paketinin 25%-dən çoxunun yerləşməsinə uçotda səhmlərin bölüşdürülməsi 
kimi baxılır, yerləşmənin az həcmi isə səhmlərlə ödənilən dividendlər kimi təsnif edilir. 
Səhmlərlə ödənilən dividendlər, səhmdarlara əlavə səhmlərin verilməsindən 
ibarətdir. Onlar kompaniyanın rekapitallaşması olub, müxtəlif səhmdarların 
qoyuluşlarının dəyərinin nisbiliyini dəyişdirmir. 
Səhmlərlə dividendlərin emissiyasından əvvəl kompaniyanın kapitalının
quruluşu aşağıdakı kimi olmuşdur. 
Adi səhmlər
(manatla) 
(5 manat – nominal 400000 səhm) 
- 2000000 
Ödənilən kapital
- 1000000 
Bölüşdürülməyən mənfəət 
- 7000000 
Xüsusi kapital 
- 10000000 
Səhmlər üzrə gəlir 5% olduqda, əlavə olaraq 20000 səhm təşkil edir. 1 səhmin 
bazar qiyməti – 40 manat. Beləliklə, hər 20 səhmə səhmdarlar 1 əlavə səhm ala bilər. 
Dividendlər ödənildikdən sonra kompaniyanın balansı belə olacaqdır: 
Adi səhmlər
(manatla) 
(5 manat – nominal 420000 səhm) 
- 2100000 
Ödənilən kapital
- 1700000 
Bölüşdürülməyən mənfəət 
- 6200000 


100 
Xüsusi kapital 
- 10000000 
Səhmlərlə dividendlər ödənildikdə 800000 manat (40x200000) bölüşdürülməyən 
mənfəətdən adi səhmlərin və ödənilən kapitalın hesabına keçirilir. Bir halda ki, səhmin 
nominal qiyməti (5 manat) dəyişilməyib, səhmlərin miqdarının artması hesabına 
valyutasının 100000 manat (5 manat x 20000) artması ilə olunur. Qalan 700000 manat 
isə ödənilən kapital hesabına keçir. Kompaniyanın xüsusi kapitalı dəyişilməyir. 
Səhmlərin sayı 5% artdığına görə, bir səhmə düşən mənfəətin həcmi mütənasib 
olaraq azalacaqdır. Vergilər ödənildikdən sonra xalis mənfəətin ümumi həcmi 1 
mln.manat təşkil edəcəkdir. Dividendlər ödənilənə qədər bir səhmə düşən mənfəət 
həcmi 2,5 manat (1 mln.manat/420000) olmuşdur. Beləliklə, səhmdarlardakı səhmlərin 
sayı artır, lakin bir səhmə düşən mənfəət həcmi azalır. Səhmdarlar arasında
bölüşdürülən mənfəətin ümumi həcminin payı dəyişilmir. 
Səhmlər bölüşdürüldükdə onların sayı nominalın azalmasına mütənasib olaraq 
artır. Məsələn, nominalı 5 manat olan 400000 səhm vardırsa, bölüşdürüldükdə, nominalı 
2,5 manat olan 800000 səhm alınacaqdır. Səhmlərlə dividend ödənildikdə nominal 
azalmır, bölüşdürüldükdə isə nominal azalır. Nəticədə adi səhmlər, ödənilən kapital və 
bölüşdürülməyən mənfəət hesabları dəyişilmir. Aydındır ki, xüsusi kapitalda 
dəyişilmədən qalır, yalnız səhmlərin nominal qiyməti dəyişilmiş olur. Deyildiyi kimi 
səhmlərlə dividendlərin ödənilməsi və səhmlərin bölüşdürülməsinin ümumi cəhətləri 
çoxdur və yalnız uçotda dəyişiklik olur. Səhmlərin bölüşdürülməsi kompaniyanın 
səhmlərin bazar dəyərlərinin azalmasına marağı olduqda tətbiq olunur. Səhmlərin 
bölüşdürülməsində əsas məqsəd – yeni investorların cəlb edilməsidir. 
Çox az hallarda kompaniya adi dividendlərin stavkalarını bölüşdürmədən sonra 
həmin səviyyədə saxlayır, lakin səhmdarlara olan real ödəniş səviyyəsini artıra bilər. 
Tutaq ki, kompaniya səhmlərin bölüşdürülməsini 2:1 nisbətində aparır və dividend 
stavkasını bir səhmə 1,2 manat səviyyəsində müəyyən edir. Nəzərə alınsa ki, əvvəlcə bir 
səhmə dividend stavkası 2 manat idi və 100 səhmi olan səhmdar ildə 200 manat 
dividend alırdı, bölüşdürmədən sonra səhmdarın 200 səhmi olacaq və onun dividendi 
ildə 240 manata bərabər olacaqdır. 
Nəzəri olaraq səhmlərlə ödənilən dividendlər və səhmlərin bölüşdürülməsi 
investorların marağına təsir etmir. Onlar əlavə səhmdar sertifikatı alır, lakin onların 
kompaniyanın mülkiyyətindəki payı dəyişilmir. Bu zaman səhmlərin bazar dəyəri 
səhmlərin miqdarının artmasına mütənasib olaraq azalmalıdır ki, investorların 
qoyuluşlarının dəyəri dəyişilməmiş qalsın. 
Səhmlərlə ödənilən dividendlərin satılması, investorun məqsədi əlavə gəlir əldə 


101 
etmək olduqda çox əlverişlidir. O, bu məqsədə əvvəlcədən onda olan bir neçə səhmin 
satışı ilə də nail ola bilər. Hər iki halda səhmlərin satışı kapitalın satışı kimi 
qiymətləndirilir və kapitaldan olan gəlirə vergi ödənişini tələb edir. Bəlkə də bəzi 
investorlar dividendlərin satışına kapitalın satışı kimi baxmır və belə dividendlər 
gözlənilməyən uğur kimi görünür, öz ilkin paketini saxlayaraq onları sata bilərlər. 
Səhmlərlə dividendlərin ödənilməsi və səhmlərin bölüşdürülməsi adi dividend 
stavkalarının artması ilə müşahidə oluna bilərlər. Səhmlərlə ödənilən dividendlər nağd 
dividendlərin həcmini artırır. Belə artmanın səhmdarların rifahına müsbət təsiri cari 
dividendlərlə bölüşdürülməyən mənfəətin nisbətindən asılıdır.
Bəzən səhmlərlə dividendin verilməsi kompaniya üçün pula qənaət vasitəsi kimi
baxılır. Mənfəətin artması dövründə kompaniya yığımın payının artması haqqında 
qərar qəbul edərək, nağd ödəniş əvəzinə səhmlərlə dividend ödənişi haqqında elan edə 
bilər. O zaman qəbul edilmiş qərar, dividend səviyyəsinin azalması haqqındakı qərar 
ola bilər. Çünki mənfəət artıb dividendlərin səviyyəsi sabit qaldıqda, dividend 
səviyyəsinin göstəricisi azalmış olur. Lakin nağd ödənişlərin səhmlərlə ödənişlərlə əvəz 
edilməsi, inzibati xərclərin artmasına səbəb ola bilər. 
Səhmlərlə dividendlərin ödənilməsi və ya səhmlərin bölüşdürülməsi haqqında
qərarın verilməsi investorlar üçün kompaniyanın fəaliyyəti haqqında informasiya
mənbəyi ola bilər. Kompaniyanın rəhbərliyi nöqteyi-nəzərindən bu məlumat müxtəlif
məzmunda ola bilər və səhmdarlar tərəfindən müxtəlif cür başa düşülər. 
İnformasiya səmərəsi investorlar tərəfindən həmin kompaniyanın səhmlərinin 
qiymətləndirilməsi kimi qəbul oluna bilər. 
Əlbəttə, yüksək səviyyədə səhmlərin kotirovkasını saxlamaqdan ötrü, kompaniya 
mütləq mənfəətini artırmalıdır. Çünki səhmlərin bazar dəyərinin artırılmasının əsas 
səbəbi səhmlərlə dividendlərin verilməsi və ya səhmlərin bölüşdürülməsi deyil, 
kompaniyanın gözlənilən artımıdır. 
Kompaniya təkcə səhmlərin sayını artırmaq yox, onları azalda da bilər və bu əks
split adlanır. Əgər kompaniya səhmlərin sayını 1:4 nisbətində dəyişdirirsə, hər bir
investorda olan səhmlərin sayı 4 dəfə azalacaqdır. Belə halda səhmin nominalı 20 
manat, ümumi sayı isə 100000 ədəd olacaqdır (əvvəlki misalda). Bu üsuldan səhmlərin 
bazar dəyərinin artırılmasında istifadə olunur. Bir çox kompaniyalar səhmlərin 
dəyərinin 10 manatdan aşağı düşməsini istəmir və maliyyə çətinliyi və ya başqa amillər 
belə vəziyyətə gətirdikdə, vəziyyət bu yol ilə düzələ bilər. 
Əvvəlki hallarda olduğu kimi, əks splitin aparılmasında da məlumat və ya siqnal 
səmərəsi yaranır. Adətən, belə siqnala münasibət mənfidir və o, maliyyə çətinliyi kimi 


102 
qiymətləndirilir. Lakin bu həmişə belə deyildir: ola bilsin ki, kompaniya öz səhmlərini 
elə qiymət diapazonunda yerləşdirir ki, onların satışı və xidmət xərcləri daha azdır. 
Lakin aparılan tədqiqatlara görə əks splitə məruz qalan səhmlərin qiyməti kiçik vaxt 
intervalında aşağı düşür. Sonradan bu səmərə kompaniyanın mənfəət olması barəsindəki 
məlumatla yumşalsa da, hər bir kompaniya bu üsulu tətbiq etməkdən əvvəl 
fikirləşməlidir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin