Bir vaxtlar suda boğulanları xilasetmə cəmiyyətləri var idi. Həmişə marka paylanar və üzvlük haqqı yığılardı. Bundan ötrü pul verməkdən boğaza yığılan bir boradigahlı əsəbləşib deyir:
– Ə, bu əcləflar üzə bilmirlər, çimməsinlər də!
Üç dəfə tullanmışam...
Məhərrəmlik ayı təzə giribmiş. Məscidə təzə molla gəlir. Elə birinci gecədə hamıya bəlli olur ki, bu mollanın dərin savadı yoxdur. Neyləyək, neyləyək, mollanı bir məzəli kişiyə tapşırırrar ki, onu gecə qonaq saxlasın. O, mollanı gecə səhərə kimi o çəpərdən, bu çəpərdən, o pələtdən-bu pələtdən tullandırır.
Axırda molla dillənir:
– Ay başuva dönüm, mən axı bu pələtdən üç dəfə tullanmışam...