Мцндярижат


İslamda mübahisəli sayılan məsələlər



Yüklə 4,15 Mb.
səhifə70/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   66   67   68   69   70   71   72   73   ...   105
İslamda mübahisəli sayılan məsələlər
Biz hələ də sovet dövründə formalaşmış düşüncə tərzindən, ənənəvi yarlıklardan (damğa), stereotiplərdən yaxa qurtara bilməmişik. Bu cəhət İslam dininə və onun bəzi ehkamlarına münasibətdə də özünü göstərir.

Komunist ideologiyasından xilas olduqdan sonra biz Marks, Engels, Le­nin adlarını və kommunizmlə bağlı ideyaları sadəcə olaraq götürüb atdıq, am­ma bu ideologiyanın nə dərəcədə dərinə işlədiyinin, bizim bir sıra mə­sə­lə­lərdə mövqeyimizin məhz bu ideologiya əsasında formalaşmış olduğunu nə­zərə almadıq. Belə “nəzərdən qaçan” məsələlərdən biri də İslamın və şəriətin qoyduğu bəzi qaydalardır.

Qadına münasibət məsələsində uzun illər ərzində beyinlərə yeri­dil­miş­dir ki, sən demə İslam qadınların hüquqlarını məhdudlaşdırırmış. İndi hər yer­də Qərbdən transfer olunan gender bərabərliyinin təbliğ olunduğu bir vaxt­da kişilərin dörd arvad almaq hüququ da İslamın yaratdığı bərabər­siz­lik­lər sırasında mühüm faktlardan biri kimi qeyd edilir. Yaxud, sən demə məhz İs­lam dini yaxın qohumlarla (əmi uşağı, xala uşağı və s.) evlənməyə icazə ver­diyi üçün bəzi xəstəliklərin, məsələn talassemiya və s. yayılması üçün şə­ra­it yaranmışdır. Halbuki, İslama qədər hətta ən yaxın qohumlarla da ev­lən­mə­yə qadağa yox idi. Bu qadağanı ilk dəfə məhz İslam qoymuşdur.

Bəs bu məsələlərin düşüncə tərzi və stereotiplərlə əlaqəsi nədən iba­rət­dir? Biz iddia edirik ki, bizim bu məsələlərə dair bu günkü baxışlarımız kom­munist təbliğatının qalıqlarıdır. Və müasir Qərb təbliğatının da tələb­lə­ri­nə uyğun gəldiyinə görə, heç kim bunun üstünü vurmur.

Biz indi bəzi konkret məsələlərə gerçək tarix kontekstində baxaraq İslamın əslində nəyə isə icazə verməsindənmi, yoxsa nələri isə qadağan etməsindənmi danışmaq lazım olduğunu göstərəcəyik.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin