Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə91/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   87   88   89   90   91   92   93   94   ...   105
Üçüncü Cəhət həmin kitablarda əhatə olunmuş problemlərin özlərinin rabitəsiz və natamam olmasıdır. Cəbr və astronomiya problemlərinə gəlincə, mü­əlliflər özləri də yazdıqları kitablarda onların natamam olduqlarını etiraf et­mişlər. Məsələn, Tusinin Xülasə əl-hisabını və Təzkirəsini götürək. Təm­kin­li Tusi, öz elminin gücü ilə sələflərinin işlərinə bir sıra əlavələr etdikdən və astronomiya ilə bağlı məsələləri həll etmək niyyətilə göylərə öz gizli xə­yal aləmindən bir neçə səma cismi bəxş etdikdən sonra belə, ən azı bir neçə də­fə öz çatışmazlıqlarından bəhs etmişdir.

Təbiətlə bağlı problemlərə gəlincə, bilməlisiniz ki, cisimlərin qurulu­şu­nun maddi substansiya və formadan ibarət olmasına və onların tərkib his­sə­lərinə dair bütün problem, birləşmiş ölçü vahidlərinin genişlənməsi fər­ziy­yəsinin cisim üçün ilkin zəruri şərt olması faktından asılıdır və burada ölçülərin kəmiyyəti tələb olunur. Sübut üçün misal olaraq bölünmə halından ta­mamilə heç olmanı; heçlikdən iki şeyin var olmasını və eyni cisim da­xilin­də birləşmə və bölünmə hallarının bir araya gəlməsini [götürün]. Burada mü­əlliflər bu məsələnin üstündən tez keçmişlər, hərçənd başqa yerdə bu prob­lemin əsasları ilə əlaqədar zidd şeylər qeyd etmiş və bildirmişlər ki, yal­nız kəmiyyət bilavasitə ayrılıqda mövcud olmağa qadirdir. Daha sonra onlar [bu] ziddiyyətin fərqinə varmış və əsassız olaraq kəmiyyət bölünməsi və da­ğıl­maqla bölünmə arasında qəti bölgü aparmışlar, hərçənd ki, sonuncu elə ön­cəkinin bir hissəsidir. Onlar potensiallıq və gerçəklik arasında keçidin ol­ma­dığını və mütləq duyğuda hərəkətin mövcud olmadığını göstərmişlər. Da­ha doğrusu, hərəkətin mövcudluğu özü-özlüyündə keçici və anidir. Sonra on­lar hərəkətin, cismin pillələrlə potensiallıqdan gerçəkliyə keçməsinin tə­za­hürü olması qərarına gəlmişlər, bu da onların sözlərinin natamamlığını bir da­h­a sübut edir. Müsəlman alimlər zamanın mövcudluğunu və onun hə­rə­kə­tin ölçüsü olduğunu təsdiq etmişlər. Daha sonra onlar axından kənar başqa heç bir şeyin mövcud olmadığını, bunun isə zaman olmadığını dəfələrlə tək­rar etmişlər. Onlar təbiətin kəmiyyətcə genişlənmiş cisim olduğunu, kə­miy­yə­tin isə artma xüsusiyyəti ilə səciyyələnən təsadüfi ölçü olduğunu söy­lə­miş­lər. Onlar hər bir cismani görünüş və kəmiyyətlə bağlı cüzi dəyişmiş tə­miz ölçünün mövcudluğuna qarşı təsəvvür edilən maneənin real olması fak­tı­na baxmayaraq, təmiz ölçünün özünün mövcudluğunu inkar etmişlər. Daha qə­ribəsi isə odur ki, onlar təmiz ölçünün mövcudluğunu inkar etdikləri hal­da, lokal hərəkətin mövcudluğunu izah etməmişlər.



Onlar su, hava, torpaq və odu elementlər hesab etmiş və onların tərkib hissələrə bölünə bilməmələrini sübut olaraq göstərmişlər. Onlar müəyyən qə­dər şübhə ilə elementlərin məhdudluğunu da qeyd etmişlər. Bu şübhənin baş­qa bir şübhənin təsiri ilə daha da artmasının mümkün olmadığı aydındır. Bu elementlərdən hər birinin yanıb-yanmadığı, əyilib-əyilmədiyi və s. ba­rə­də uzun-uzadı müzakirələr aparılmışdır. Şübhəsiz ki, bu məqam başa dü­şül­müş olsaydı, elementlərin sayı Aristotelin dövründən indiyədək dörd olaraq qal­mazdı. Elementlərin transformasiyasına gəlincə, onlar bəsit fərziyyələrlə ki­fayətlənmişlər. Göy qurşağı kimi metereoloji problemlərə gəldikdə isə fi­lo­soflar arasında səmimi olanları öz gücsüzlüklərini etiraf etmiş, daha tə­kəb­bür­lüləri isə dolaşıq doktrinalar yazmışlar. Şimşək, ildırım, axan ulduzlar, kü­ləklərlə bağlı bəzi məsələlərdə onlar bir qayda olaraq, əllərində heç bir də­lil olmadan sadəcə öz təxəyyüllərinə güc vermişlər. Tufan və qasırğa kimi tə­biət hadisələri ilə bağlı sualların üstündən tamamilə ötmüşlər. Minerallara və zəlzələlərə gəlincə, onlar təkcə fantaziyalarla kifayətlənmiş, bitki və hey­van­larla bağlı isə bəzi natamam şərhlər vermişlər. Onlar həyata və inkişafa sə­bəb olan amillərdən, forma və görünüş müxtəlifliyinin səbəblərindən xə­bər­siz olmuş, daxili duyğulardan danışarkən dəlillərə, yaxud həqiqi təc­rü­bə­lə­rə əsaslanan inandırıcı sözlər deməmişlər. Təsəvvür barədə yalnız öz sü­but­suz fərziyyələrini qələmə almışlar. Rəng, dad və qoxular barədə çaş-baş qal­dıqları bəlli olur. Onlar Saman Yolu, hərəkətsiz ulduzların böyüklüyü və ya kiçikliyi barədə heç bir söz söyləməmişlər. Onlar günəşin istiliyi, ayda möv­cud olan maddələr və planetlərdəki müxtəlif rənglər haqqında çaş­qın­lıq­la­rını ifadə etmişlər. Onlar mühakimə yürüdürdülər ki, bədənə fitrən xas olan qüvvələr, xarakterik cəhəti əlavə edilmiş qeyri-maddi cisimlərdən, mü­əy­yən nöqtələrdə bitən fərdi xətlərdən və bu xətlərin kəsişmə nöqtələrindən iba­rət olan səciyyəvi məna kəsb edirlər. Daha sonra, onlar ağılda ancaq aş­kar formaları və düşünməyə yönəltməyi ifadə etməkdən başqa bir şey ol­ma­yan sadə şeylərin idrakla uyğunluğunu qəbul etdikləri üçün ruhun müstəqil ol­ması fikrini irəli sürmüşlər ki, bu da təəccüb doğurur. Onlar ruhun bədənlə əla­qələrini və onların qarşılıqlı təsir formasını anlaşılmaz ifadələrlə izah et­miş­lər. Onların fikrincə, əbədi əqli ruh üçün materiyanın məkan olması qa­nu­nauyğundur. Ruhla bədəni əlaqələndirdikdən və onlar arasında tam qar­şı­lıq­lı əlaqə yaratdıqdan sonra onlar ruhun məhv olmasını rədd etmələrinə bax­mayaraq, aksidental atributlar kimi ruhun məhv olmasının da məkan tə­ləb etdiyini qəbul edirdilər, halbuki məhv olma yox olma və qeyri-varlıq de­məkdir. Ilahiyyat problemlərinə gəlincə, bilmək lazımdır ki, onlar səbəb və nə­ticə arasında həmcinsliyin və tam mütənasibliyin vacib olduğuna inan­mış­lar (məsələn, istinad üçün “Əl-Mühakimat”ı1 götürək). Daha sonra isə bütün müm­kün olan hər bir şeyi - bəzilərini bilavasitə, bəzilərini isə meditasiya ilə - Qa­dir Allahın xəlq etdiyini söyləmişlər. Onlar ali zəruri varlıqla mümkün var­lıq arasındakı həmcinslik və mütənasiblik barədə heç bir izahat ver­mə­miş­lər. Ruhun səadət və bədbəxtliyinə gəlincə, onlar bu mövzuda poetik dok­trinalarla kifayətlənmişlər. Nəticədə isə onların kitablarındakı prob­lem­lə­rin əksəriyyəti yarımçıq qalmışdır. Müasir filosofların kitablarına nəzər sal­saq, onların da “Allahın adı ilə”, “Həmd olsun Allaha”, “Allahın salamı və rəhməti olsun ona” kimi ifadələrin müzakirəsi, disputlar, mübahisələr və el­mi mövzuların qarışığı ilə dolu olduğunu görərik. Şübhəsiz, keçmiş mü­səl­man filosoflarının kitabları, bütün nöqsanlarına baxmayaraq, hər cəhətdən mü­asir filosofların kitablarından üstündür, necə ki, ilk müsəlmanlar hər bir şey­də indiki müsəlmanlardan daha üstün olmuşlar. Fəlsəfə, onun məqsədi və müəllifləri və müsəlman filosofların kitablarının halı aydın olduqdan sonra, indi mən Hindistanın bütün alimlərinə və oxumuş adamlarına müraciətlə de­yi­rəm: “Ey əsl istedadların varisləri, gözəl və saf instinktlərin yiyələri, bə­si­rətli ağılların ustadları və azad düşüncələrin varisləri! Axı nə üçün başınızı hə­min naqis kitablardan qaldırıb bu geniş dünyaya nəzər salmırsınız? Nə üçün siz öz dərrakə və düşüncənizi bu əsərlərin çəkdiyi pərdə olmadan ha­di­sələri və onların səbəblərini öyrənməyə sərf etmirsiniz? Öz nəcib təfək­kü­rü­nü­zü həmişə əhəmiyyətsiz problemlərə sərf edirsininz: Görəsən, elm mü­əy­yən­lik tələb etməyən qeyri-iradi şeylər sırasındadırmı? Elm aktiv, yoxsa pas­siv kateqoriyaya aiddir? Yaxud əlavə kateqoriyasına, yoxsa şərt ka­te­qo­ri­ya­sına daxildir? Məntiqin mövzusu ikinci dərəcəli rasional elmlər, yaxud da spon­tan ideyalar və ya inaclardırmı, əgər belə deyilsə, onların hamısını be­yin­də və xaricdə dərk etmək necə mümkün olmuşdur? Ümumi növləri əhatə edir və növlər də ümumini əhatə edirsə, hansı üsul seçilməlidir? Növ və ma­hiy­yəti fərqləndirən nədir? Təcrübi yoxlama sadə, yoxsa mürəkkəbdir? Bəs təc­rübi yoxlamadan asılı olan şey nədir? Yaradılış necə, sadə, yoxsa mü­rəkkəbdir?

Sən hələ də hər bir intellektli insanın diqqət yetirməyə borclu olduğu çox önəmli bir sual üzərində düşünmürsən: Görəsən, müsəlmanların yox­sul­luq və ehtiyac içində, köməksiz və bədbəxt olmalarının səbəbi nədir və bu mü­hüm fenomenə və böyük fəlakətə bir əlac var, ya yox? Uca Hakim və Müt­ləq Haqq-Təala onların islah edilməsi üçün bir əsas, ilkin şərait, hə­rə­kət­verici qüvvə yaradıbmı, ya yox? Bu ümmətin dəyişdirilməsi mahiyyət eti­barilə mümkün, yoxsa qeyri-mümkündür, əgər mümkündürsə, reallaşa bi­lər­mi, yoxsa həyata keçirilməsi mümkün deyil? Əgər realdırsa, bunun [ger­çək­ləşməsi] üçün nə kimi əsaslar, şərtlər, vasitələr tələb olunur və onun mad­di və formal əsası nədir? Onun mənbəyi nədədir və islahatın başlanması üçün son damla hansıdır?”

Heç şübhə yoxdur ki, əgər bir şəxs bütün ömrünü bu böyük problemə sərf etməyibsə və bu ağır fenomeni öz düşüncəsinə hədəf seçməyibsə, öz həyatını boşuna sərf edərək puç etmişdir və onun müdrik adlandırılması da düzgün olmazdı, çünki müdrik şəxs baş verənlərin əsas mahiyyətinə bələd olmalıdır.

“Əgər bu gözlər Leylidən başqa birisinin ehtiraslı məhəbbətindən ağlamışsa, Deməli, o göz yaşları hədər yerə axıdılmışdır”1.

Mən bir daha səslənirəm: “Ey Hindistan alimləri, ey sadiq əqidə, doğ­ru fikir və dərin düşüncə mənbələri; çoxsaylı əsərlərin və mətnlərin müəl­lif­lə­ri, çox gözəl risalələrin və təfsirlərin yazarları: Doğrudanmı, öz parlaq zə­ka­larınızı bu müzakirələrə və mübahisələrə sərf etmək sizin saf təbiətinizi və möminliyinizi, gözəl xarakterinizi həqiqətən qane edir: götür-qoy edər­kən müxtəlifliyin vəhdətinin yoxlanılması vacibdir, ya yox? Əgər Zeyd bu gün “Sabah söyləyəcəklərim yalan olacaq” deyirsə və sabah isə: “Dünən de­dik­lərim yalan idi” söyləyirsə, onun yalanlarında həqiqət varmı, bəs doğru de­dikləri necə, yalandırmı??!! Bir halda ki, zahirən qeyri-mümkün olan şü­ur­da da mümkün deyil, o zaman mümkün olmayan şeylərin mümkünsüzlü­yü haqqında necə mühakimə yürütmək olar?

Siz heç vaxt Hindistanın bütün regionlarını əhatə edən teleqraf xət­lə­ri­nə diqqət yetirməmisiniz, həmçinin onların səbəbləri haqqında soruş­ma­mı­sı­nız. Heyranedici əməllərin və çox gözəl işlərin mənbəyi olan elektrik işığını da fikir meydanınıza buraxmırsınız. Hər gün təkrar edirsiniz ki, görmə qa­bi­liy­yəti şüaların emissiyası (yayılması) vasitəsilə yaranır. Hazırda bütün dün­ya­da yayılmış fotoşəkillər də əsla sizin düşüncələrinizi stimullaşdırmırr və fik­rinizi bu səmtə yönəltməyə meyl etmirsiniz. Siz dəmir relslar üzərində yük­sək sürətlə hərəkət edərək yükləri bir ölkədən digərinə daşımağa vəsilə olan buxar enerjisi barədə soruşmursunuz. Siz fonoqrafı1, kameranı, tele­s­ko­pu, mikroskopu və bu kimi şeyləri tədqiqat predmeti və mövzusu olaraq götür­mürsünüz.

İbn Sinanın “Şəfa”sında, yaxud da Şihabəddinin “İşraq fəlsəfəsi”ndə ad­ları çəkilmədiyi üçün bu yeni şeyləri araşdırmaqdan vaz keçməniz nə də­rə­cədə doğrudur? O böyük sələflərinizin sizi təmin etdiyi kimi, siz də öz da­vam­çılarınızı ən yüksək ideyalarla təmin etməyə borclu deyilsinizmi? Hər bir filosof, hətta cahillikdən narazı olan hər bir elmli adam laqeydliyə qarşı ba­rışmaz olmalı deyilmi? Düşüncələrini səbəbləri araşdırmağa yönəltmə­mək hər bir insan üçün nöqsan deyilmi?

Dünyanın haldan-hala düşdüyü bir zamanda yeni yaranmış elm sa­hə­lə­rini, yeni ixtiraları və kəşfləri öyrənməmək bütün bunlara nələrin səbəb ol­du­ğunu bilməyən, laqeyidlik yuxusundan ayılmaq istəməyən görkəmli bir alim üçün səhv addım deyilmi? Aşkar məlum olan həqiqətlərdən bixəbər ol­maq və tam cahil sözlər danışmaq ləyaqətli tədqiqatçıya yaraşan haldırmı? Be­lə tədqiqatçı məlum məsələlər haqqında biliklərdən bixəbər halda xəyali möv­zularla əlləşir”.

Bu, mənim mövzuda çatdırmaq istədiklərimin qisa xülasəsi idi. Allah rüsxət versə, mən bu mövzuya bir daha qayıdaraq fikirlərimi daha ətraflı çatdırmağa çalışacam. Ümid edirəm ki, Hindistanın dərin elmli alimləri bu məqaləni diqqətlə oxuyacaq və yəqin ki, düşünüb-daşındıqdan sonra saf niyyətim onlara da aydın olacaq.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin