Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə94/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   90   91   92   93   94   95   96   97   ...   105
Öncə insan cansızlar cansızlar sinfində yarandı

Sonra cansızlıqdan bitkilər aləminə keçdi.

İllərlə bitkilərlə birgə ömür sürdü

Özünün çox fərqli cansızlığını xatırlamayaraq.

Bitki olmaqdan heyvanlığa düşüncə

Bitki halınından heç bir şey xatırlamadı.

Bitki alənimə göstərdiyi meyil xaricində

Xüsusən, yazda, çiçəklər açanda

Körpələrin analarına olan meyilləri kimi

Üstəlik anya meyilinin səbəbini bilmədən.

İnsanı heyvanlıqdan insanlığa yüksəltdi

Bildiyiniz kimi, , Böyük Yaradan insanı

Heyvanlıqdan insanlığa çəkdi.

Beləcə insan, təbiətin bir nizamından

Digər nizamına keçdi.

Hazırkı müdrik, bilikli və güclü vəziyyətinə qədər ucaldı.

İndi o, özünün ilk ruhlarını xatırlamır və o,

indiki ruhunu da dəyişəcəkdir.1
Lakin İslam filosofları və ilahiyyatçılar (teloqlar) arasındakı böyük fi­kir müxtəlifliyinə səbəb olan əsas nöqtə, insanın yenidən dirilişinə onun əv­vəl­ki fiziki vəziyyətinin də daxil olub olmadığıdır. İslamın son böyük ila­hiy­yat­çısı Şah Vəliyyullah Dəhləvi də daxil olmaqla onların əksəriyyəti onun ən azından “mən”-in yeni mühitinə uyğun olan bir növ fiziki vəziyyəti (şək­li) ehtiva edəcəyini düşünməyə meyillidirlər. Mənə elə gəlir ki, bu görüş “mən”-in fərdi olması faktına və bir növ lokal istinad və ya təcrübi arxa plan ol­madan onun anlaşılmaz olduğu fikrinə əsaslanır. Aşağıdakı ayələr bu nöq­tə­ni bir qədər aydınlığa çıxarır: “Məgər biz ölüb torpaq olduqdan sonra (ye­ni­dən diriləcəyik)? Bu, (hə­qi­­qətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!" Hə­qiqətən, Biz yerin on­lar­dan nəyi əskiltdiyini (onların tədriclə necə çü­rü­düb məhv etdiyini) bilirik. Dər­gahımızda (hər şeyi) hifz edən bir Kitab var­dır!” (50: 3-4).

Məncə, bu ayələrdə aydın şəkildə bildirlir ki, kainatın mahiyyəti elədir ki, hətta insan hazırkı mühitində öz fərdiyyətini təyin edən şeyin parçalanıb dağılm­asından sonra belə, onun (insanın) hərəkətinin son uğuru üçün lazım olan fərdiyyət növünü başqa bir yolla davam etdirməsi üçün qapılar açıqdır. Digər yolun nə olduğunu biz bilmirik. Nə qədər incə olsa da, biz onunla bir növ bədən arasında əlaqə quraraq “ikinci yaradılışın” mahiyyəti haqqında han­sısa əlavə bir qavrayış əldə edə bilmərik. Quranın bənzətmələri onu yalnız bir fakt kimi təqdim edir; onlar onun (ikinci yaradılışın) mahiyyət və xarakterinin aşkara çıxarılmasını nəzərdə tutmur. Fəlsəfi olaraq biz “keçmiş bəşər tarixi nəzərə alınsa bədəninin dağılışı ilə onun (insanın) işinin (career) də sona çatmalı olduğunu irəli sürmək ağlasığmazdır” fikrindən əlavə bir mülahizə yürüdə bilmərik.

Quran təliminə görə “mən”in yenidən dirilişi ona elə bir “sərrast ba­xış”1 verir ki, onun vasitəsilə o, açıqca öz əsəri olan “boynuna asılmış tale”-yini 2 görür. Cənnət və cəhənnəm yer deyil haldırlar. Qurandakı təsvirlər daxili həqiqətin, yəni xarakterin əyani təsviridir. Quranın ifadə etdiyinə görə cəhənnəm “Allahın ürəkləri yandırıb-yaxan odu”3, birinin bir insan kimi öz müvəffəqiyyətsizliyini üzücü şəkildə dərk etməsidir. Cənnət dağıdıcı qüv­və­lər üzərindəki qalibiyyət sevincidir. Əbədi lənət fikri İslamda yoxdur. Cə­hən­­nəmlə əlaqəli müəyyən ayələrdə keçən “əbədilik” kəlməsi Quran tərə­fin­dən yalnız “bir zaman müddəti” mənasında açıqlanır.4 Zaman şəxsiyyətin in­kişafından tamamilə kənarda qala bilməz. Xarakter daimiliyə meyillidir; onun yeni formaya bürünməsi (reshaping) zamana möhtacdır. Demək ki, Qu­ranın nəzərdə tutduğu cəhənnəm intiqamçı bir Tanrının əbədi əzab çu­xu­ru deyil. O (cəhənnəm), qəddarlaşmış “mən”i İlahi Mərhəmətin həyati me­hi­nə qarşı yenidən həssas hala gətirən islahedici bir təcrübədir. Cənnət də tə­til deyil. Həyat bir və daimidir. İnsan “hər gün (hər an) bir işdə olan” Son­suz Həqiqətdən gələn daimi yeni işıqlara nail olmaq üçün həmişə irəli gedir. İla­hi işıqları qəbul edən sadəcə passiv bir qəbuledici deyil. Azad “mən”-in hər bir hərəkəti yeni bir situasiya yaradır və beləcə yaradıcı kəşflər üçün əlavə imkanlar təklif edir.


İngilis dilindən tərcümə edən:


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin