Ramiz ƏSKƏR,
Bakı, 19 fevral 2011-ci il.
1
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Buyi-zülfün kimi ənbərbarü mişkin olmaya,
Xəddü qəddin kimi rə’na sərvi-nəsrin olmaya.
Bəstəri-nəsrin gərəkməz bir dəm aram etməyə,
Asitanın kimi dil miskinə balin olmaya.
Varmıdır bir yer qəmindən ağladıqca, dostum,
Gözlərimin qanlı yaşı ilə rəngin olmaya.
Gərçi qəmzən qəsdi-can etməkdə tirəndazıdır,
Leyk çeşmin kimi qan içici bidin olmaya.
Olmadı bir dəm düşəldən Mehri eşqin narına,
Sinə yanıb, dil köyünüb, didə nəmgin olmaya.
2
Qəzəli-rə’na
Məfā’ilün fə’ilātün məfā’ilün fe’ülün
Təbarəkallah, əgər dilbər isə, ancaq ola,
Gözəllər içrə bu gün sərvər isə, ancaq ola.
Çü düşdü şövqi-ruhi-afitabı çöhrəsinin,
Cahanə verdi ziya, ənvər isə, ancaq ola.
Saçından oldu müəttər dimaği-ruyi-cahan,
Abiri-müşk ilə bu ənbər isə, ancaq ola.
Həzar yerdə dələr sinəsini üşşaqın,
Xəddinin qəmzələri xəncər isə, ancaq ola.
Dilində şamü səhər Mehrinin budur zikri,
Təbarəkallah, əgər dilbər isə, ancaq ola.
3
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Xoş görür məndən rəqibi, rəhm edib canan ona,
Necə qatlansın bu ürək, necə desin can ona.
Aşiqin haqqında çox söz söylər inanma, rəqib,
Adət olmuşdur cahanda, dostum, böhtan ona.
Dil mərəzinə ləbindən eyləməsən gər əlac,
Hikmət ilə çarə bulmaz, olsa min Loğman ona.
Atsa qəmzən tirini can putəsinə qaşların,
Gösrərir dil dəxi, cana, cövhəri-peykan ona.
Əqlü, küllü danişü elmil-ülul əlbabi-bab,
Görməsə hüsnün kitabından deriz nadan ona.
Hər səhər badi-səba baği-cahanda dilbərin,
Zülfünə urduqca şanə müşk edər əfşan ona.
Səfheyi-hüsnündə başlamış vəfa rəsmin yazar
Lacivərd ilə yədi-qüdrət xətti-reyhan ona.
Eşq meydanında top olsa günəş, olmaz əcəb,
Kim qəmər hər dəm hilalından sunar çovqan ona.
Dil dilərmiş eydi-vəslinçün kəman əbruların,
Çoxdan etdim, dostum, mən canımı qurban ona.
Xəttin inşasın həddin üstündə kim yazdı əcəb,
Kim Qaraman katibin olmuş dürur heyran ona.
Yollar üzrə Mehrinin hər dəm görür xak olduğun,
Bir nəzər qılmaz, nədir cürmü əcəb, sultan ona.
4
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dostum, çün üzə gəlmək eyləmişsən hu sana,
Yürü, ey hərcayı, var, bundan qeyri «yahu» sana.
Gəl axıtma gözlərimin qanlı yaşın, sevdiyim,
Ocağına su qoyar, xeyr etməz axır bu sana.
Çeşminə can verdik, ey dil, pəndimi guş etmədin,
Gör necə sehr etdi axır bu iki cadu sana.
Öldürürsən lə’lin abi-heyrətilə gər məni,
Təşnə candır, haq daddırmasın bir içim su sana.
Zülməti-qəmdə qoydusa səni yarın, qəm yemə,
Bulunur, Mehri, cahandır, yenə bir mahru sana.
5
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Gəlmişəm üz sürəyü, doğru qılıb rah sana,
Dilərəm ərz qılam halımı, ey şah, sana.
Anca ədl issi şahənşahi-cahansan ki gələr,
Asitanana günəş xidmətə hərgah sana.
Canü dildən oxur, ey ruxları gül, mədh sana
Ruzi-şəb bülbüli-can sübhü səhərgah sana.
Yaxdı, yandırdı, şəha, təşnə dili qeyrət odu,
Zülməti-qəmdə qoyma, Xızır ola həmrah sana.
Növcavan edə Züleyxa kimi, ey Mehri, səni,
Qıla gər lütf ilə Yusif nəzərin şah sana.
6
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Necə fəryada vara nalələrim, ah, sana,
Necə bir ərz edəyim halımı hərgah sana.
Eşidib bülbüli-şeyda məgər ahi-səhərim,
Çağırıb dərd ilə der ah məni vah sana.
Hüsni-sərmayəsi əldən gedəcək bir gün ola,
Bildirə etdiyini, sevdiyim, Allah sana.
Gün üzün bürci-şərəf üzrə tülu etdiyiçün,
Gecələr sübhə deyin tənə qalar mah sana.
Xak edər qeyrət odu bu dili-miskini yaxıb,
Belə yanında rəqib olalı həmrah sana.
Necə səngindil imişsən ki, əsər etmədi heç
Aşiqi-şuridələr ahı səhərgah sana.
Növcavan etdi Züleyxa kimi, Mehri, səni eşq,
Qılalı lütf ilə Yusif nəzərin şah sana.
7
Dostları ilə paylaş: |