Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə7/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   2   3   4   5   6   7   8   9   10   ...   42
Lam Lə’li-ləbinin yadına bir mahrunun,

Xub olar nuş edə mül, çün ərişə vəqti-bahar.


Mim Mehri düşəlidən həvəsi-eşqinə, yar,

Oldu rüsvayi-cahan, getdi qamu qeyrətü ar.


Nun Nəm var dəxi eşqində budur təhsilim,

Dildə qəm, didədə nəm, sinədə atəş hər var.


Vav Var etdiyinə sonra peşiman olasan,

Gül üzün dairəsini tutacaq bir gün xar.


Hi Həba eyləmə sə’yini bu mən miskinin,

Çox zamandır ki, yoluna dilü can etdi nisar.


Lam əlif Layiq olamı ki, əcəb qapında,

İtlərinlə belə mən dəxi olam xidmətkar?


Ya Yetər cövrü cəfan ilə məni şamü səhər,

Dostum, xaneyi-qəmdə inildət zarü nizar.

26
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Bizə meyl eylər idi gəh-gəh o çeşmi-qaralar,

Mən’ edərlər oları bir-iki üzü qaralar.


Düşəli eşqi-həvasyla dəryayi-qəmə,

Görmədi zövrəqi-dil həddü, kənarü qaralar.


Çəksə zülfünü sənəm ruxları üstünə nola,

Yaraşar Kə’bənin örtüsü ki, ola qaralar.


Etdilər aşiqi-şuridələrin eşqini pa,

Qorxuram vəslinə dəxi gələlər əl qaralar.


Canı ver yar eşiyində gəl, ey dil, sadiqsən,

Aşiq oldur ki, onun toprağa qanın qaralar.


Eşq babın dəxi bir vəchlə təhrir edəmməz,

Mehri kim, bunca zaman dəftərü divan qaralar.

27
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Bir sənəm əyninə almış simuzər kaftanlar,

Yaraşar yolunda qurban olsa yüz min canlar.


Bu libasın vəsfin eşitsə mələklərdən rəvan,

Çak edərdi hülləsini hürivü qılmanlar.


Kövkəbi-səyyarəvəş seyr eylədikcə gündüzün,

Dolmuş idi hər tərəfdən mah ilə meydanlar.


Başımı top eyləmişdim mən, əgərçi çalmağa

Dilrübalar eyləmişdi zülfünü çovqanlar.


Dərgahından, dilbəra, dur etmə Mehri bəndəni,

Gərçi çoxdur asitanında sənin dərbanlar.

28
Məf’ūlü məfā’īlü məfā’īlü fe’ūlün
Biçarə könül bilməzəm avarə, nədəndir?

Dərman nə dürur, bilsəm ona çarə nədəndir?


Hər dəm fələyin cövrü ilə yar cəfası,

Bilsəm ki, mən bəxti-siyahgərə nədəndir?


Çeşmi mana vəslini haram eylədi yarın,

Mən qanı halal etdim o xunxarə, nədəndir?


Çün dələmməz imiş qəmzələri xəncəri bağrım,

Bəs bu ürəyimdə görünən yarə nədəndir?


Can bülbülü nalan edə gülzari-xəddindən,

Sən üz verəsən, ey üzü gül, xarə, nədəndir?


Mən ayağını öpməyə canlar qılam isar,

Rayqan verəsən busə sən əğyarə, nədəndir?


Mehri çəkə cövrünü vü lütfün görə əğyar,

Dövlət ona, zillət bu cəfakarə, nədəndir?

29
Məf’ūlü məfā’īlün məf’ūlü məfā’īlün
Can boynuna zülfeynin ənbərrəsən olmuşdur,

Eşq əhlinə dərgahın hübbul-vətən olmuşdur.


Hicrinlə gözüm yaşı yağmır kimi yağaldan,

Başdan-başa bu aləm çayır-çəmən olmuşdur.


Dil bülbülü fəryadın artırsa əcəbmidir?

Şeyda qılan onu sən qönçə dəhan olmuşdur.


Cövrünlə məni, cana, öldürmə, təhəmmül et,

Eşqin qəmiylə xud mana olan olmuşdur.


Yolunda sənin, cana, bilməm nə günah etdim,

Cövrün mana, əğyara lütfün nədən olmuşdur?


Həqqa, qəddü xəddinın kim olsa həvəsində,

Tabut ona sərv olub, güldən kəfən olmuşdur.


Gülruxlarının çoxdur üşşaqı, vəli əmma,

Çeşminə rəqibinin Mehri tikən olmuşdur.

30
Fə’ilātün fə’ilātün fə’ilün
Can veririm sana, bə hey kafir,

Bir nəzər qıl mana, bə hey kafir!


Sən gül idin çəməndə, mən bülbül,

Ol zamanı ana, bə hey kafir!


Məni cövr ilə sən öldürmək,

Kim görübdür rəva, bə hey kafir!


Çəkmişəm mən cəfanı min kərrə,

Sən də et bir vəfa, bə hey kafir!


Bizi bir busə ilə yad etsən,

Olmaz idi xəta, bə hey kafir!


Dil ki dərdməndindir əvvəldən,

Dərdinə qıl dəva, bə hey kafir!


Canü dildən sana bu aləmdə,

Mehridir mübtəla, bə hey kafir!

31
Məf’ūlü fā’ilātü məf’āīlü fā’ilün
Çeşmimə dil uyub ruhi-dildara getdilər,

Göz görə-görə məni necə odlara atdılar.


Dil dözdü baği-hüsnünə əl sunmasın deyib,

Zülfi-siyahi-marı gülüstanda yatdılar.


Gülruxlarına bənzədim onun demiş məgər,

Süsənlər üstünə yürüyüb dil uzatdılar.


Naziklik ilə meyvəsin aldım dəhanının,

Gör bağbanı, yəni ki oğru gözətdilər.


Öldürməyə gətirdi deyü müddəini yar,

Çeşmiylə qəmzəsi mana birdən göz etdilər.


Dedim «Rəqibi dara əcəb asdılarmı ola?»,

Bir xeyir ağızlı dedi ki: «Çoxdan uzatdılar».


Tərpəndiyincə qüvvət verər cana ləblərin,

Şirin sözün kəlamına şəkərmi qatdılar?


Bimehri, Mehri, sevmə dedim, pənt tutmadın,

Hər cövri ki etdilər sana, onlar xoş etdilər.


32
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Çəkməyən bilməz nədir, yarın cəfası özgədir,

Düşməyən bilməz nədir, hicrin bəlası özgədir.


Olmayan aşiq nə bilsin əhli-eşqin halını,

Şərh olunmaz bu bəyanın macərası özgədir.


Rasti-seyr eylə, üşşaqı nəvalar göstərər,

Dilləri heyran edər, eşqin sədası özgədir.


Xəlvətində, zahida, eyb etmə əhli-eşqə sən,

Künci-qəmdə aşiqin də biriyası özgədir.


İşin altın etmək istərsən üzün zər eyləgil,

Talibi-iksiri-eşq ol, kimiyası özgədir.


Buyi-zülfi-dilbərin qeyri gətirmə, ey səba,

Bu dili-suzanıma qiblə həvası özgədir.


Bir təbibə mən dedim: «Bimari-eşqə çarə nə?»,

Dedi: «Dilbər vəslidır, onun dəvası özgədir».


Bir pərinin həlqeyi-zülfünə nagah oldu seyd,

Şimdi Mehri miskinin dami-bəlası özgədir.


33
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün


Xürrəm edən aləmi, cana, cəmalın bağıdır,

Dostum, üşşaqa rəhm etgil ki, hüsnün çağıdır.


Bülbül inlər xardan, mən ağlaram əğyardan,

Müstədam olsun bəzmlə, xeyli dərd ortağıdır.


Rismani-zülfünlə neçün bağlıdır boynum dedim?

Göstərib çeşmin dedi: «Bu kafirın dustağıdır».


Həsrətindən ağlaram sən Yusifın, Yəqubvəş,

Gözlərim yaşı tükənməz, sanki Nil irmağıdır.


Çəkməz idi bir nəfəs xarın cəfasın, neyləsin,

Leyk bülbül gülüstan içrə gülün dustağıdır.


Bəzmi-hüsnünə vücudum şəm’dir, pərvanə dil,

Bu yanan canım fitilidir, ürəyim yağıdır.


Dəhr əlindən bir səfa camını nuş etdirmədin,

Sunduğun hər dəm, fələk, Mehriyə min tas ağıdır.

34
Məf’ūlü fā’ilātün məf’ūlü fā’ilātün
Xəttin bənövşə, həddin xoş yasəminə bənzər,

Gülzari-hüsnün, ey dost, cənnət içinə bənzər.


Həqqən de, ey fələk, sən gördünmü dövr edəlidən?

Xəlqi-cahanda bir xub bu nazəninə bənzər.


Üzün görüb həsəddən, bədr olmasın qəmər heç,

Öykünməkiylə haçan sən mahi-cəbinə bənzər.


Halqa oldu firqətindən qəddim mənim, ey birəhm,

Bağrın sənin əcəbdır, sənqi-nəginə bənzər.


Eşqin yolunda, cana, can verdiyim görənlər,

Der: əhli-eşq içində Mehri güzinə bənzər.

35
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dilbərin baği-cəmalı ki, qışü gəh yaz açılar,

San canan gülşənidir, gülləri durmaz açılar.


Necə şərh eyləyəyin qönçə dəhanı xəbərin,

Nagəhan nari-nihandan yenə bir raz açılar.


Qorxaram lə’li-ləbinin xəbərin söyləməyə,

Nagəhan gənci-nihandan yenə bir raz açılar.


Hər haçan kim, edərəm eşqi həvasında səda,

Ahımın pərdələrindən neçə şahnaz açılar.


Araram hüsni-kitabın ki, vəfa rəsmi bulam,

Ha cəfa babıyla məs’əleyi-naz açılar.


Müshafi-hüsnünü gördün, çün oxu süreyi-nur,

Mehri, aşiqlərə aləmdə bu fal az açılar.

36
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dil səri-zülfünə bərdar olmağa canın sürər,

Ölməyə yer istər, uş da gəldi, urğanın sürər.


Boynuma taxsan n’ola, cana, kəməndi-zülfünü,

Eydi-vəsl ərsə haçan, hər kişi qurbanın sürər.


Tarü mar etmiş ruhunda yar zülfi-ənbərin,

Sanasan tavusidir, gülşəndə cövlanın sürər.


Aşiqə mə’şuq çün cövr edə, gəlmişdir əzəl,

Tərki-adət eyləməz, hər kişi ərkanın sürər.


Mehriyi-dilxəstənin halın sorarsa, yara deyin,

Bir nəfəs qalmış dürur əmma, ah, ol canın sürər.

37


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin