İstİfadəçİ koordİnat sİstemİ
A utoCAD-da bütün həndəsi elementlər mütləq koordinat sisteminə bağlanırlar, bu sistemə AutoCAD-da dünyəvi koordinat sistemi (DKS) deyilir (World Coordinate System WCS). Müstəvidə x-oxu sağa, y-oxu yuxarı yönələrək (dekart koordinat sistemi) formatın sol aşağı küncü koordinat başlanğıcı kimi qəbul olunur. Bucaqlar, saat əqrəbi hərəkətinin əksi istiqamətində müsbət qəbul edilir (sazlamadan aslı olaraq).
Lakin istifadəçi lazım olarsa özünün istifadə edəcəyi koordinat sistemini (IKS) yarada bilər. Bu sistem əsasən üçölçülü fəza sistemində geniş tətbiq olunur. IKS- ni müstəvidə yaratmaq üçün koordinat başlanğıcını və oxların dönmə bucağını müəyyən etmək lazımdır. Bundan sonra IKS-in başlanğıcı ekranda hansı nöqtəyə qoyulubsa, həmin nöqtə 0,0 qiymətini alır. AutoCAD IKS-mi üçün bir neçə variant təklif edir.
IKS-ni yaratmaq üçün AutoCAD-ın menyusunda. Tools New UCS (xidmət Yeni IKS) seçilir və işə salınır və ya
Birinci sətirdən 3D Modeling -işçi sahəsi aktivləşdirilir.Zolağın Home (ana səhifə) menyusundakı Coordinates lövhəsindən istifadə edilir. Burada aşağıdakı altkomandalar vardır.
World (DKS) Dünya koordinat sistemi, formatın sol aşağı küncü “0,0,0” qəbul olunur.
O bject (obyekt) ikiölçülü obyektə görə IKS-mi yaradır. XY müstəvisi ilə üst-üstə salınır, koordinat başlanğıcı kimi obyektin primitivlərindən birinin xarakterik nöqtəsi götürülür (məsələn, düzbucaqlının sol aşağı küncü), X oxunun istiqaməti obyektin ikinci xarakterik nöqtəsi istiqamətində seçilir.
Face (səth)-komandası bərk cism kimi çəkilmiş fiqurun səthində IKS ni yerləşdirmək üçündür.
View (görünüş) Yeni IKS-mi mövcud görünüş pəncərəsinə (ekrana) paralel olaraq yaradılır, onun başlanğıcı isə əvvəlki ilə eyni götürülür. Bu əmirlə 3D-ə mətn yazdıqda geniş istifadə edilir.
Origin (başlanğıc) – Aktiv KS-ni özünə paralel yeni nöqtəyə köçürür. Autocad 2012-ən başlayaraq koordinat başlanğıcının yerini dinamik olaraq interaktiv rejimdə də dəyişmək olur. Yəni kusoru piktoqrammaya yaxınlaşdırdırıb bir dəfə vurduqda o qeyd olunub formasını dəyişir. Sonra isə onun kvadrat formalı dəstəyindən tutub daşımaq olur. Normal vəziyyətinə qaytarmaq üçün isə World vurulur.
z axis Vector (z oxu) –üç ölçülü fəzada IKS-in başlanğıcını z oxu boyu dəyişir. Bu üçölçülü sistemdə işləyir. Şəkildə z oxu, qövsə çəkilmiş toxunanın iki nöqtəsini seçməklə onunla eyni istiqamətə yönəldilmişdir.
3 Point (3 nöqtə) – 3 nöqtəyə görə fəzada IKS-in vəziyyətini yaradır. Şəkildəki sol aşağı künc koordinat başlanğıcı (1-ci nöqtə, göy rəngli), sağdakı x-in istiqaməti (2-ci nöqtə, qırmızı rəngli) və yuxarıdakı y-in istiqaməti (3-cü nöqtə , yaşıl rəngli).
, , x, y, Z(x, y və z-ə görə dönmə) Yeni IKS-mi, mövcudun uyğun olaraq x, y və ya z koordinatları ətrafında fırladılır. Istifadəçi dönmə bucağını verir. Bu komandalar əsasən üçüölçülü fəza sistemində istifadə olunur.
Previous (əvvəlki)- İKS-ni əvvəlki vəziyyətinə qaytarır.
Apply (tətbiq et) – cari İKS-ni, seçilmiş görünüş pəncərələrinə tətbiq etməklə, onların da KS-ni cari kimi edir. Bu müracətə, Pick viewport to apply current UCS or [All], görünüş pəncərəsi secilib “ENTER” düyməsi basılır.
IKS- ni idarə etmək üçün UCS İcon istifadə etmək olar. Bu komandanı ToolsUCS komandası ilə dəyişdirmək olmaz. Açılan lövhədən İKS-nin həm 2D həm də 3D ğörünüşləri idarə edilir (UCS icon style-dən).
İKS-i ekranda işıqlandırır və İKS-in yeri dəyişdikdə o da dəyişir.
İKS-i ekranda işıqlandırır və İKS-in yeri dəyişdikdə dəyişmir.
İKS-in ekranda görünüşünü söndürür.
Dostları ilə paylaş: |