Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə152/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   148   149   150   151   152   153   154   155   ...   239
Biz gənclər də məclislər keçirməyə başladıq. O məclislərdə Nəvvabın və dostlarının üstünlüklərindən, yol və məqsədlərindən danışdıq, mücahidlərin edamına etirazımızı bildirdik. 48

Nəvvabın şəhadətindən bir il sonra İslam fədailərindən biri ilə rastlaşdıq. O, Məşhədə yay tətilini keçirməyə gəlmişdi, adı Abbas Qəlləzari idi. Əleyhinə sübut olmadığına görə mühakimədən kənarda qalmışdı. Onunla tanış olduq, bizə Nəvvabın şəxsiyyəti və düşüncələri haqda danışdı. Mən bundan sonra Nəvvabı daha çox sevməyə başladım, onun ixlasına, fədakarlığına və məqsədlərinə inamım artdı. Biz düşüncə və duyğu bağları olan gənclərdən ibarət bir qrup idik. Qəlləzari bizdən təxminən on yaş böyük idi. Onunla yaxın münasibət qurduq və o, növbəti illərdə də yay tətilində Məşhədə gəldi. 48

Abbas Qəlləzari (1930-1995) ibtidai və orta təhsilini bitirəndən sonra Tehran Ali Texnikumuna daxil oldu, təhsillə yanaşı Müsəlman Birliyində fəaliyyət göstərdi, birliyin dini ab-havasından təsirlənərək, habelə texnikumun qeyri-dini mühitindən uzaqlaşmaq üçün təhsildən imtina edib tədrisə başladı. Qəlləzari Haqqın nidası qəzeti ilə əməkdaşlıq edir, İslam fədailərinin dəstəkçilərindən sayılırdı. O, Şəhid Nəvvab Səfəvi ilə dost idi, Xorasan valisi Mehdi Fərruxun əleyhinə bəyanat yaymaqda Ayətullah Xamenei ilə əməkdaşlıq etmişdi. Bu əməkdaşlıq və dostluq illərlə davam etdi. 48



Bizim qrupumuz özlərinin aşıb-daşan həyəcanlarını əməldə göstərmək üçün fürsət axtarırdı. 1955-ci ilin məhərrəm ayında bu fürsət yarandı. Xorasan valisi Məşhəd kinoteatrlarının yalnız məhərrəmin birindən on ikisinə qədər tətil olunmasına dair sərəncam vermişdi. Halbuki ondan öncə aşura və ərbəinə görə adətən, məhərrəm və səfər ayları bütünlüklə tətil edilərdi. Bizim etirazımız üçün bu, kifayət edirdi. Dostlarla bir yerə toplaşıb bəyanat hazırladıq və bu qərarı pislədik. Bu bəyanatda din alimlərini və xalqı dəvət edirdik ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifələrinə əməl etsinlər, haram işlər önündə sükutun nəticələrindən ehtiyatlı olsunlar. İmkanlarımız məhdud idi, bəyanatın bütün nüsxələrini əllə yazdıq. Onların bir nüsxəsi indi də məndə var. Bəyanat dörd səhifədən ibarət idi, hər bir nüsxəni tamamlamaq təxminən iki saat zaman alırdı. Bu, siyasi fəaliyyət sahəsində bizim ilk əməli addımımız idi. 48

1958-ci ildə Quma gedəndə beynim ictimai dəyişikliyə dair fikirlərlə dolu idi. Elm hövzəsində olduğuma görə təbii ki, hövzədə yenilik işi diqqətimi daha çox cəlb edirdi. Mən 1991-ildə Qumda elm hövzələrinin yeniliyi barədə danışmışam. Bu mövzunun kökü həmin günlərə qayıdır. 49

Yeri gəlmişkən, dünən yanıma bir ruhani gəldi. Bu ruhani o vaxt ağa Bürucerdinin yaxın ətrafından olmuşdu. O, Quma mühacirətimin əvvəllərində aramızda olan bir söhbəti yadıma saldı. O zaman Qumdakı dostlarımızdan birinin evində görüşmüşdük. Qardaşım Seyid Məhəmməd və ev sahibi də orada idi. Mən onun yanında hövzənin sistemini çox tənqid etdim. O zaman hövzənin rəhbəri də ağa Bürucerdi idi. Müzakirə çox qızışdı. O, müdafiə edirdi, mən də tənqid. O gedəndən sonra ev sahibi ağa Bürucerdinin qulağına çata biləcək sözlər dediyimə görə məni danladı. 49

Ayətullah Seyid Hüseyn Bürucerdi 17 il Qum Elm Hövzəsinə başçılıq etmiş, 15 il şiələrin təqlid müctəhidi olmuşdu. O, Qum şəhərində yaşayan üç təqlid müctəhidinin dəvəti ilə oraya gedib Qum Elm Hövzəsinə başçılıq etmişdi. Onun rəhbərliyi dönəmində Qum Elm Hövzəsi genişləndi, çoxlu hədis və fiqh kitabları çap olundu, onun nəzarəti altında Şiə hədisləri toplusu adlı çoxcildli əsər nəşr edildi. 49



Ayətullah Bürucerdi İslam məzhəblərinin bir-birinə yaxınlaşdırılmasına çox əhəmiyyətli yanaşırdı. Şeyx Mahmud Şəltutun Əhli-sünnə məzhəblərilə yanaşı Şiə fiqhinin də rəsmən tanınmasına dair məşhur fətvası onun fəaliyyətlərinin nəticəsi idi. Ayətullah Bürucerdi öz rəhbərliyi dövründə Pəhləvi rejiminin anti-İslam siyasətləri qarşısında möhkəm bir qala kimi dayanırdı. O, 1961-ci ildə Qum şəhərində vəfat etdi. 49

Burada İslam hərəkatının mühüm səciyyələrindən birinə toxunmalıyam. Bu səciyyə hərəkatın iki xəttindən ibarətdir. Bu iki xətt arasında əməkdaşlıq ölkəmizdə İslama doğru hərəkətin sürətlənməsinə səbəb olub. Birincisi, inancdan irəli gələrək hakim rejimə qarşı dini mübarizə xətti, ikincisi isə mental maarifləndirmə, İslamın həyat proqramlarının yeni diskursla təqdimatıdır; başqa sözlə desək, dini düşüncənin yenilənmə xətti. 50

Hakim rejimə qarşı mübarizə xəttində olan, amma mütərəqqi İslam düşüncəsindən məhrum adamlar vardı. Onlar düşüncə baxımından geriqalmış və qapalı idilər, müsəlmanların müqəddəsləri təhqir edildiyinə görə dini qeyrətlərindən irəli gələrək hakim rejimə qarşı ayağa qalxmışdılar. Digər tərəfdən, elələri də vardı ki, maarifləndirmə xəttində idilər, aydın İslam düşüncələri vardı, dini müasir dillə cəmiyyətə təqdim etməyə çalışırdılar, azğın fikirlərlə mübarizə də aparırdılar, amma hakimiyyətə qarşı mübarizə xəttində deyildilər. 50

İmam Xomeyninin özü mental maarifləndirmə sahəsində qabaqcıl olsa da, 1963-cü ildə hərəkata başlayanda onda mübarizə amili daha güclü idi. Hərəkat əvvəldə din düşməni olan hakimiyyətə qarşı mübarizə üzərində mərkəzləşmişdi. Cəmiyyətdə dini müqavimət hissi güclənəndən və hərəkat ideal İslam nəzəriyyəsini təqdim etməyə yaxınlaşandan sonra qapalı fikirlər geri qaldılar, dini ayıqlığı, açıq və aydın düşüncəsi olanlar isə yola davam etdilər. 51

1966-67-ci illər inqilabçılar üçün ən çətin illər idi. Şah bütün siyasi müqavimət qruplarını sıradan çıxarmışdı. Bu zaman İslam hərəkatının bir çox şəxsiyyətləri dini maarifləndirmə xəttinə üstünlük verdilər. 51

Həm əvvəldə, həm də mübarizə həyatlarının sonunda müqavimət meydanında qalanlar vardı, amma qeyd olunan illərdə öz fəaliyyətlərini maarifləndirməyə yönəltmişdilər. Böyük şəhidlərimiz Mütəhhəri, Behişti və Bahünər belələrindən idilər. Burada tarix üçün qeyd etmək istəyirəm ki, mən hərəkatın bütün anlarında hər iki xəttə sahib olan və bu xüsusiyyətlə tanınan azsaylı adamlardan olmuşam, mübarizə həyatımın bütün mərhələlərində müqavimət və maarifləndirmə xətlərini davam etdirmişəm və onların hər ikisini tam şəkildə birləşdirdiyimi düşünürəm. Məqsədim bu idi ki, dini Allah-Taalanın istədiyi kimi, davranışa model, həyata proqram və ideal vəziyyətə doğru davamlı yenilik bilim, anlayım və təqdim edim. Bütün düşüncə və əməllərimdə, çıxış və dərslərimdə bu xətti əsas götürmüşəm. İslama dair belə şüurlu və aydın dərkə təmayül məni ərəb islamçılarının kitablarına yönəltmişdi. Bunun kənarında xalqı hakimiyyətə qarşı birləşdirən və İslam dövlətinə aparan hər bir işə əl atırdım. 51

Qardaşlarımızın arasında da hər iki xətti birlikdə davam etdirənlər vardı. Onların ən mühümlərindən biri Haşimi Rəfsəncani idi. İslam inqilabından sonra bir dəfə ona dedim: "Həyatımın son on beş ilinin bir günü də rejim əleyhinə mübarizəsiz keçməyib. Bu müddətdə bir gecə də rahat yatmamışam. Gecələrim ya həbsxanada və sürgündə keçib, ya da həbsxana və sürgün gözləməklə”. Ağa Haşimi dedi ki, mən də elə olmuşam. 52

Əlbəttə, düşüncə xəttində olan qardaşlar bizə dəstək verirdilər. Şəhid Mütəhhəri məndən on səkkiz yaş, yəni bir nəsil böyük idi. Bununla yanaşı, yaxın dost idik. O, həmişə mənim ictimai mövqeyimi dəstəkləməyə, çıxışlarında məni yad etməyə çalışırdı. 52

Doktor Şəriəti də öz İslam həyatına müqavimətlə başladı, sonra maarifçiliyə üz tutdu. Qardaşlarımın bəzisi siyasi mübarizə ilə məşğul idi, bəzisi deyildi. Amma qeyd etdiyim kimi, bir-birimizlə əməkdaşlığımız vardı. 52

İslam fəaliyyəti müxtəlif üslub və potensiallara malik bütün qüvvələrin toplanmasını tələb edir. İnsanlar bu baxımdan fərqlidirlər. Bir hədisdə deyilir ki, insanlar Allah-Taalanın məxluqları necə yaratdığını bilsəydilər, heç kim digərini qınamazdı. Bunun iradə azadlığı ilə ziddiyyəti yoxdur, bəşər övladının təbiətcə fərqli olduğunu bildirir. 52

Mənim fikrimcə, dini maarifləndirmə mübarizə və hərəkatdan ayrılsa, quru və ruhsuz olar. Dini mübarizə ruhu da elm və düşüncədən uzaqlaşsa, mürtəce və qapalı qalar. Müqavimətin maarifləndirmə və düşüncə inkişafı ilə sintezi İslam inqilabı xəttini təşkil edir. 52


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin