Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə96/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   92   93   94   95   96   97   98   99   ...   239

Mazandaran səfəri


Dekabr ayında hava soyumağa başlayanda çox yorğun oduğumu hiss edib bir qədər istirahət etmək qərarına gəldim. Yoldaşıma dedim ki, istirahət məqsədilə bir neçə günlük səfərə çıxmaq istəyirəm, ancaq razılaşmadı. Bir neçə gündən sonra bu istəyimi yenidən dilə gətirdim. Nəhayət, şimala getmək barədə razılaşdıq.

Onda üç övladımız vardı. Böyük uşağımız Mustafa məktəbə gedirdi, digər iki uşaq isə hələ məktəb yaşına çatmamışdı. Mustafanı babasının yanında qoyduq. Yoldaşımın dayısını da səfərə dəvət etdim. O, tacir idi, yaxşı dost münasibətlərimiz vardı, çətinlik zamanı mənə əl tutur, çox xidmət edirdi. Avtomobili də vardı, həm də yoldaşıma məhrəm idi. O da həyat yoldaşını və uşaqlarını götürdü və birlikdə Mazandarana getdik. Orada üç gün qalandan sonra cümə günü axşam məsciddəki məclisə çatmaq üçün israrla Məşhədə qayıtmaq istədim. Lakin həmin məclisdən qabaq SAVAK əməkdaşları evimə tökülüşüb məni apardılar.

Bu səfərə dair bəzi xatirələr altıncı həbsimdən öncə İran cəmiyyətində mövqeyimi göstərir.

Sari şəhərində axşama bir az qalmış azyaşlı oğlum Müctəba ilə came məscidinə girdik, oturub namazın vaxtını gözlədik. Bu zaman bir gənc mənə yaxınlaşdı, diqqətlə baxıb salam verdi və heç bir söz demədən yanımda oturdu. Sonra başqa bir gənc gəlib onun yanında oturdu. Beləliklə, üçüncü, dördüncü və digər gənclər də gəldilər. Azan vaxtı sayları iyirmiyə çatdı. Mən onlardan çəkinib, SAVAK əməkdaşları ola biləcəkləri ehtimalı ilə heç bir şey soruşmadım. Onların biri yaxınlaşıb soruşdu: "Siz Xameneisiniz?" Dedim ki, bəli. Sonra məndən pişnamaz olmamı istədilər. Dedim ki, məscidin şəbistanlarında bir neçə yerdə camaat namazı qılınır - əlbəttə bu, təəssüflü haldır - nə üçün onlarda iştirak etmirsiniz? Dedilər ki, biz o pişnamazların heç birini qəbul etmirik. İranın bütün imanlı gənclərinin vəziyyəti belə idi. Onlar hakimiyyətə qarşı mübarizə aparan fədakar və inqilabçı alimləri sevirdilər, belə olmayanları və ya lazımi həddə fəallıq göstərməyənləri – hətta İslam hərəkatına qarşı müsbət fikirdə olsalar da – xoşlamırdılar. Gənclər alimlərin yalnız duyğu və fikirləri ilə qane olmurdular, onlardan fəallıq, fədakarlıq və mübarizə gözləyirdilər.

Onlardan soruşdum ki, bəs hər axşam nə edirsiz? Dostlarından birinin adını çəkib dedilər ki, onun arxasında namaz qılırdıq, indi isə Tehrana gedib. Onların israrından sonra namaza başladım. Digərləri də onlara qoşuldular. Namazdan sonra onlara Həmd surəsi barədə danışdım. Surəni bir neçə hissəyə bölüb hər biri barədə açıqlama verdim. Sözümü bitirib ayağa qalxandan sonra israrla bir neçə gün onların yanında qalmamı istədilər. Deyirdilər ki, ruhanimiz Tehrana gedib, bizə moizə və namazlarımıza imamlıq edəcək kimsə yoxdur. Dedim ki, mən cümə günü Məşhəddə məclisə çatmalıyam. Təəssüflə dedilər: "Kaş bizim ruhanimiz də öz məscidinə sizin kimi əhəmiyyətli yanaşaydı! O, çox vaxt bizi burada qoyub öz işlərindən ötrü Tehrana gedir".

Həmin səfərdə Müctəba ilə birgə Qaimşəhr şəhərində bir kitab mağazasına girdim. Bir kitabı vərəqlədiyim yerdə bir gənc yaxınlaşıb dedi: "Siz Xameneisiz?" Elə bildim SAVAK-dandır, bir az danışandan sonra arxayın oldum. Mağazanın sahibi də məni tanıdı.

Məşhədə qayıdanda özümüzlə bir neçə dəniz balığı da apardıq. Balıqları dənizin sahilindəki balıqçılar hədiyyə vermişdilər. Bizi görən kimi biri yaxınlaşıb öz ovundan verdi. Pulunu vermək üçün israr etdik, ancaq qəbul etmədi. Sevə-sevə və təbərrük məqsədi ilə balıqları bizə verdi. Balıqçılar bir seyidin onlarla rastlaşdığını və ovlarına şərik olduğunu yaxşı əlamət kimi qəbul edirlər.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin