Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə78/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

Nöqtələr


◘“Qaim” sözünün cəm forması olan “qiyamən” sözü durmuş, “qaid” sözünün cəm forması olan “quudən” sözü oturmuş, “cənb” sözünün cəm forması olan “cünub” sözü uzanmış mənalarını bildirir. Eləcə də, “kitabən” sözü yazılmış, vacib əmr, “məvqutən” sözü müəyyən vaxta aid iş mənasını ifadə edir.

◘Həzrət Əli (ə) ayənin zikrlə bağlı göstərişi haqqında buyurmuşdur: “Sağlam şəxs ayaq üstə, xəstə oturaq vəziyyətdə, oturaq vəziyyətdə qala bilməyən şəxs isə uzanmış vəziyyətdə namaz qılsın.”1

◘İmam Baqir (ə) namazın müəyyənləşmiş vaxtları haqqında buyurmuşdur: “Yəni, vacib (olmuşdur.)”2

Bildirişlər


1. Qorxu vaxtı qılınan namazın əskiklikləri Allahın zikri ilə aradan qaldırılır.

2. Bütün hallarda namaz və Allahın zikri zəruridir. İstər döyüş cəbhəsində, istər xəstəlik yatağında namaz qılınmalıdır.

3. Müsəlman döyüşçünün silahı namaz və Allahın zikridir.

4. Qorxu namazı bir istisnadır. Qorxu halı aradan qaldırıldıqdan sonra namaz adi halda qılınmalıdır.

5. Namaz bütün əsrlərdə, bütün nəsillər üçün qəti vacib olmuş ilahi əmrlərdəndir.

6. Hər bir namaz öz xüsusi vaxtında vacibdir.

7. Namaz üçün xüsusi vaxtın təyini davam, nəzm və diqqət rəmzidir. Namaz özü müsəlmanların işlərinə nəzm verən amil və nəzm dərsidir.
104. ﴿ وَلاَ تَهِنُواْ فِي ابْتِغَاء الْقَوْمِ إِن تَكُونُواْ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمونَ وَتَرْجُونَ مِنَ اللّهِ مَا لاَ يَرْجُونَ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا

Düşməni təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, həqiqətən, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz Allahdan bir şey (qeybi yardımlar və behişt) gözləyirsiniz, onlarsa ümidsizdirlər. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘Ühüd döyüşündən sonra Əbu-Süfyan Ühüd dağına çıxıb şüar verdi ki, biz ötən il Bədrdəki məğlubiyyətimizin əvəzində qələbə qazandıq. Peyğəmbərin tərəfdarları dedilər: “Bizim şəhidlər behiştdədir, sizin öldürənlər isə cəhənnəmdə.”

Onlar şüar verdilər: “Bizim «Üzza» bütümüz var, sizinsə yoxdur.” Müsəlmanlar belə cavab verdilər: “Allah bizim mövlamızdır, sizin isə mövlanız yoxdur.”

Sonra kafirlər «Hobə»lin adı ilə şüar verdilər: “Var olsun «Hobəl» bütü!” Müsəlmanlar onların cavabında fəryad çəkdilər: “Allah daha uca və daha cəlallıdır.” Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) ümumi səfərbərlik göstərişi verdi. Məqsəd kafirləri geri qayıtmaq fikrindən döndərmək idi.

Bildirişlər


1. Müsəlmanların güclü ruhiyyəsi olmalıdır. Ühüd döyüşündəki kimi ötəri məğlubiyyətlər onları süstləşdirməməlidir.

2. Müdafiə mövqeyi tutmaq əvəzinə düşməni təqib edib, hücum vəziyyətində olun.

3. Möminlərə ruhiyyə verən səbəblərdən biri öz dərdlərini başqalarının dərdləri ilə müqayisə etmək, ilahi yardımlara diqqətli olmaqdır.

4. Bütün zərərlərə və acılıqlara baxmayaraq siz qalibsiniz. Çünki Allahın lütfü ümidindəsiniz.

5. Müsəlmanlar Allahdan növbənöv yardımlar ümidindədirlər. Qeybi yardımlar ümidi, qələbə ümidi, düşmənin məğlub olması ümidi, mənəvi mükafatlar ümidi və bu kimi başqa ümidlər. (Ayədə ümid ünvanı müəyyənləşdirilmədiyindən bütün ümidlər nəzərdə tutulur.)

6. Ümid hərəkət üçün ən böyük təşviqdir. Ümid döyüşçünün ruhi sərmayəsidir. Ya şəhadət və səadət, ya da qələbə!

7. Döyüşlərdə möminlərin çəkdiyi əziyyət Allahın elm və hikmətinə əsaslanır. Ona görə də Allah bu məşəqqətlərin qarşısını almır.
105. ﴿ إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا

Həqiqətən, Biz bu kitabı haqq olaraq sənə nazil etdik ki, xalq arasında Allahın sənə öyrədib göstərdiyi ilə mühakimə yürüdəsən. Xəyanətkarların xeyrinə düşmənçiliyə qalxma.”


106. ﴿ وَاسْتَغْفِرِ اللّهِ إِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا

Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Tanınmış qəbilədən olan bir şəxs oğurluq etdi. Məsələdən həzrət Peyğəmbər (s) xəbər tutdu. Oğru öz günahını evində yaşadığı başqa bir şəxsin boynuna atdı. İttiham olunan şəxs qılıncını çıxarıb böhtançıya hücum etdi və onun öz iddiasını sübuta yetirməsini tələb etdi. Onu sakitləşdirdilər. Amma qəbilənin natiqlərindən biri bir qrup adamla Peyğəmbərin (s) yanına gəlib həmin şəxs üçün bəraət istədilər. Peyğəmbər (s) onların şahidliyinə əsaslanaraq həqiqi oğruya bəraət verdi. Oğurluq haqqında xəbər verən şəxs (Qütadə) Peyğəmbər (s) tərəfindən məzəmmət olundu. Amma Qütadə bilirdi ki, şahidlər yalançıdır. Buna görə də çox narahat idi. Bu vaxt ayə nazil oldu və Qütadənin məzlumiyyəti, gələnlərin yalançı şahidliyi üzə çıxdı.

◘Ayənin nüzul şəni haqqında başqa bir fikir budur ki, döyüşlərdə birində müsəlmanlardan biri zireh oğurladı. Bu şəxs rüsvay olmaq astanasında ikən oğurladığı zirehi yəhudinin həyətinə atdı. Bir dəstə adamı öyrətdi ki, yəhudinin oğurluğuna şəhadət versinlər. Peyğəmbər (s) onların şəhadətinə əsaslanaraq müsəlmanın günahsız olması haqqında hökm verdi. Amma ayə nazil oldu və yəhudinin günahsızlığı üzə çıxdı.

◘Bir iddiaya tərəfdarlıq edən şəxsə “xəsim”, qazinin hüzuruna batil bir işi iddia edən şəxs isə “xain” adlanır. (“Təfsire-Rahnüma”)

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mən zahirə əsasən hökm verirəm. Amma siz haqsız olduğunuzu bildiyinizdən mənim mühakiməm əsasında kimsədən bir şey almayın. Bu, cəhənnəmin bir parçasıdır.”

◘İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbərin haqq canişinləri onun özü kimi Quran əsasında mühakimə yürütməlidir.1

Bildirişlər


1. Quran xalq arasında mühakimə və ədalətin dayağıdır.

2. Qazi Quran qanunlarından tam xəbərdar olmalıdır.

3. Quranı və sünnəni tam əxz etmək qaziliyin şərtidir.

4. Quran haqq əsasında nazil olduğundan mühakimələr də haqqa əsaslanmalıdır. Mühakimədə partiya və qövm yaxınlığı, yerliçilik və millətçilik rol oynamır.

5. Hətta qeyri-müsəlmanla da ədalətlə rəftar olunmalıdır. (Ayənin ikinci nüzul şəninə əsasən)

6. Mühakimə peyğəmbərlik şənindəndir. Hökmləri bəyan etmək azdır, onları yerinə yetirmək də vəzifədir.

7. İnsanın kafirliyi ona böhtan atılması üçün əsas ola bilməz. (Ayənin ikinci nüzul şəninə əsasən)

8. Peyğəmbər qanun və kitabdan əlavə, ilahi yardımlardan da faydalanır.

9. Allah Öz peyğəmbərinə Qurandan əlavə proqramlar da buyurmuşdur.

10. Allah Öz peyğəmbərini hifz edir və hiylələri aşkarlayır.

11. Qanun möhtərəmdir. Amma qanundan sui-istifadə edənin qarşısı alınmalıdır. Bu yerdə ilahi yardımlar əl tutur.

12. Xainin müdafiəsi və himayəsi qadağandır.

13. Xainlər dini rəhbərlərin müdafiəsinə ümid etməməlidirlər.

14. Qazilik elə bir məqamdır ki, bu məqamı tutan məsum da olsa, bağışlanma istəyir.

15. Hətta bir yəhudiyə zülm olunduqda, müsəlmanların rəhbəri səhvə yol vermiş müsəlmanlar üçün bağışlanma diləməlidir. Bu, İslamın iftixarıdır.

16. Əgər Quran peyğəmbərin öz kitabı olsaydı, bu kitabda peyğəmbərə istiğfar əmri verilməzdi.

17. Qazi nəfs istəklərindən uzaq olmaq üçün daim istiğfar etməlidir.

18. İstiğfar ilahi bağışlanma və rəhmətdən faydalanma üçün bir əsasdır.

19. Allah günahları bağışlamaqla yanaşı mehribandır.
107. ﴿ وَلاَ تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا

Özünə xəyanət edən kəsləri müdafiə etmə. Allah xəyanət edən günahkarı dost tutmur.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin