Bildirişlər
1. Böhtan xalqın abır-həyasına atılmış oxdur.
2. İstənilən bir millətdən, istənilən bir dindən, istənilən bir yaşda, istənilən bir şəraitdə olan günahsız insana böhtan deyilməsi haramdır.
3. Böhtan atan şəxs çiyninə ağır bir günah yükü götürmüşdür. (“Buhtanən və ismən” sözlərindəki “tənvin” günahın böyüklüyünü göstərir.)
113. ﴿وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّت طَّآئِفَةٌ مُّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلاُّ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَيْءٍ وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا﴾
“Əgər sənə Allahın fəzl və rəhməti olmasaydı, onlardan bir qrupu səni haqq yoldan azdırmaq istəyirdilər. Amma özlərindən başqasını azdırmazlar. Sənə heç bir ziyan vurmazlar. Allah kitab və hikməti sənə nazil etdi. Bilmədiyini sənə öyrətdi. Sənə Allahın fəzli qədərincə böyük olmuşdur.”
Nöqtələr
Bəlkə də bu ayə yüz beşinci ayə kimi nahaqdan oğurluqda ittiham olunan şəxsin macərasına aid olsun. Həmin vaxt Peyğəmbər (s) bir qrup dəstənin şahidliyinə əsasən mühakimə yürütmüşdü. Ayə başqa bir məsələyə də işarə ola bilər. Bir dəstə şəxs Peyğəmbərin (s) görüşünə gəlib demişdilər ki, iki şərtlə sənə beyət etməyə hazırıq. Bütləri öz əlimizlə qırmayacağıq və bir il də Üzzaya pərəstiş edəcəyik.” Ayə nazil oldu və bu istək rədd edildi.
Bildirişlər
1. Düşmənlərin hətta Peyğəmbərə (s) qarşı onu büdrətmək üçün planları var. Demək, cəmiyyətin rəhbərləri diqqətli olmalıdırlar.
2. İnsan başqalarını azdırmaq qərarına gəlmişsə, əslində özünü azdırmaq qərarına gəlmişdir.
3. Allah Quranı sığortaladığı kimi, Peyğəmbərini (s) də sığortalayır.1
4. Hikmət təlimi və kitab göndərilməsi ilahi fəzl və lütfün aşkar nümunəsi, peyğəmbərin paklıq rəmzidir.
5. Allah Öz peyğəmbərinə qeyb elmi və sirlər öyrədir.
6. Peyğəmbərin haqlı olması nişanələrindən biri budur ki, ona deyilir: “Sən ilahi təlimsiz işlərdən xəbər tuta bilməzdin.” Bəli, əgər Quran peyğəmbərin sözü olsaydı, heç vaxt özünü savadsız kimi tanıtdırmazdı.
7. Allah peyğəmbərin müəllimidir. İlahi təlimdə heç bir xata və səhv baş vermir.
8. Bəşəriyyətin elm dairəsi, hətta peyğəmbərin da elmi məhduddur.
114. ﴿لاَّ خَيْرَ فِي كَثِيرٍ مِّن نَّجْوَاهُمْ إِلاَّ مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلاَحٍ بَيْنَ النَّاسِ وَمَن يَفْعَلْ ذَلِكَ ابْتَغَاء مَرْضَاتِ اللّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا﴾
“Onların xəlvətdəki söhbətlərinin çoxunda bir xeyir yoxdur. Yalnız sədəqə verməyi, yaxşı iş görməyi, xalq arasında islah və dostluq yaratmağı əmr edənin söhbətindən başqa! Hər kəs Allahın razılığını qazanmaq üçün belə etsə, ona tezliklə böyük mükafatlar verəcəyik.”
Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Ayədə yaxşı iş dedikdə “qərzül-həsənə”, yəni gözəl borc nəzərdə tutulmuşdur.1
◘İmam Sadiq (ə) buyurmuşdur: “Hətta yalan vasitəsi ilə insanlar arasında xoş münasibətlər yaratmaq bəyənilmişdir.”2
Bildirişlər
1. Pıçıldaşma - bir neçə hal istisna olmaqla - bəyənilməmişdir. Çünki bu hal möminlər arasında sui-zən yaradır.
2. Fikir bildirərkən insafla rəftar etmək lazımdır. Bütün pıçıltılara şübhə ilə yanaşmayaq.
3. Bəzən iki tərəf arasında dostluq yaratmaq üçün onların hər biri ilə ayrı-ayrılıqda məxfi görüşmək lazım gəlir.
4. Bəzən əmr be məruf və ya aşkar sədəqə qarşı tərəfin xəcalətinə və ya inadkarlığına səbəb olur. Belə hallarda pıçıltı ilə, gizli iş görmək lazımdır.
5. Xalqın heysiyyəti o qədər əhəmiyyətlidir ki, onun qorunması üçün xoşagəlməz pıçıltı da bəyənilməmişdir. Məxfi sədəqə və əmr be məruf pıçıldaşmanın çirkinliyini öz kölgəsində itirir.
6. İşlərin dəyəri bu işlərdəki ixlasdan asılıdır.
7. Bir işin gizli şəkildə görülməsi həmin işdə ixlas olması demək deyil. Bəzən bu özü də görüntü yaratmaq məqsədi daşıya bilər.
8. Cəmiyyətə xidmət, xeyirxahlığa dəvət, sülh şəraitində birgə yaşayış böyük mükafat qazanılması səbəbidir.
115. ﴿ وَمَن يُشَاقِقِ الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا ﴾
“Hər kəsə doğru yol aşkar olduqdan sonra peyğəmbərlə müxalifətçilik etsə, onu üz tutduğu səmtə döndərərik. Onu pis bir sonluq olan cəhənnəmə atarıq.”
Nöqtələr
◘Bu ayə İslamı və peyğəmbərin risalətini qəbul etdikdən sonra bilərəkdən onun göstərişinə qarşı çıxanlara aiddir. Belələri öz yollarını müsəlman camaatın yolundan ayırmışlar.
◘“Yuşaqiqir - rəsul” təbiri insanın özünü bir yarı, peyğəmbəri digər bir yarı qərar verməsidir. Belə bir şəxs işi pozur, bilərəkdən ədavətlə müşayiət olunan müxalifətçiliyə əl atır.
◘Peyğəmbərlə müxalifətçiliyin müxtəlif yolları vardır. Məsələn: dini külli halda inkar etmək, bəzi hökmlərə iman, bəzi hökmlərə inamsızlıq, təhrif, don geyindirmək, şəri hiylələr.
◘Rəvayətdə nəql olunur ki, iki şəxs məsxərə məqsədi ilə kərtənkələyə üz tutub onu “əmirəl-möminin” adlandırdılar. Həzrət Əli (ə) buyurdu: “İstehza edən bu iki şəxsi azad buraxın. Qiyamətdə həmin kərtənkələ bu iki şəxsin imamı olacaq.” Sonra imam həmin ayədən bir parça oxudu: “Nuvəllihi ma təvəlla”.1
◘Həzrət Əli (ə) “Nəhcül-Bəlağənin” altıncı məktubunda buyurur: “Əgər xalq bir şəxs haqqında yekdil rəyə gəlib onu imam adlandırsa, Allahın razılığı da ondadır. Əgər bir şəxs tənə və bidətlə bu şəxsə itaət etməsə, onu qaytarın. Əgər qayıtmasa, onunla döyüşün. O, möminlərin yolunu getməmişdir.”
Bildirişlər
1. Elm və mərifət insanda məsuliyyət yaradır. Peyğəmbərin müxaliflərinə o zaman cəza verilə bilər ki, onlar peyğəmbərin haqq olduğunu anlamış olsunlar.
2. Müsəlmanların əməli üslubu o zaman höccət ola bilər ki, peyğəmbərin sünnəsi və yolu ilə zidd olmasın.
3. İslam peyğəmbəri və möminlər bir cəbhədədirlər. İslam cəmiyyəti ilə müxalifətçilik peyğəmbərlə müxalifətçilikdir.
4. Peyğəmbər qarşısında təslimçilik vacib, onunla müxalifətçilik haramdır.
5. Müsəlmanlar arasında təfriqə yaratmaq insanı cəhənnəmə aparar.
6. Allah kimsə üçün höccəti tamamlamamış (haqqı ona bildirməmiş) onu cəhənnəmə aparmır.
7. Haqqın səsini eşitməyən müstəzəflərin və ya ayırd etmə gücü olmayanların hesabı agah və inadkar fərdlərin hesabından fərqlidir.
8. Süqutun müqəddimələri insanın öz əlindədir.
9. Həqiqi möminlərin yolundan başqa bütün yollar cəhənnəmə aparır.
10. Peyğəmbər və İslam ümməti ilə müxalifətçiliyin nəticəsi qeyri-ilahi hakimiyyətə tabeçilik və cəhənnəmə süqutdur.
11. Allah azğınları Öz nemətlərindən məhrum etmir. Hər kəsə onun tutduğu yolda yardım göstərilir.
116. ﴿ إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا ﴾
“Həqiqətən, Allah Ona şərik qoşulmasından (tövbəsiz) keçmir. Amma bundan aşağı və azını istədiyi kəsə bağışlayır. Allaha şərik qoşan hər kəs, şübhəsiz, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Dostları ilə paylaş: |