Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə82/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

Bildirişlər


1. Arzulara bağlılıq şeytanın toruna düşməkdir.

2. Başqalarına, hətta uşaqlara yalan vəd verənlər şeytani iş görürlər.

3. Cəhənnəm bir qrup üçün əbədi məskəndir.

4. Cəza ilə qorxutma fəsadın qarşısını alma yollarındandır.

5. Dünya çətinliklərindən qaçmaq olar, axirət əzabından isə heç vaxt!

6. Axirətdən geri qayıtmaq mümkünsüzdür. Nə qədər ki, dünyadan getməmişik, pisliklərdən çəkinək.


122. ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ قِيلاً

İman gətirib saleh iş görən kəslər tezliklə altından çaylar axan bağlara daxil edilərlər. Həmişə orada olarlar. Allahın vədi haqdır. Sözdə Allahdan düzü kimdir?!”


Bildirişlər


1. İman əməldən ayrı deyil.

2. Əgər bütün əməllər saleh olarsa, səmərə verər. “Əssalihat” sözünün “əlif” və “lam”la gəlməsi bütün xeyir işlərin nəzərdə tutulduğunu göstərir.

3. Hədələmə ilə yanaşı təşviq Quranın tərbiyəvi üsullarındandır. (Əvvəlki ayədə hədə vardısa, bu ayədə təşviq var.)

4. Allahın vədi Onun qadir və ehtiyacsız, müqəddəs zatındandır. Başqalarının vədləri isə ya cəhalət və ehtiyacdan, ya da acizlik və zəiflikdəndir.

5. Dünya ləzzətlərində onları itirmək qorxusu var. Behişt nemətləri isə əbədidir.

6. Şeytanın yalan vədləri ilə Allahın haqq vədlərini müqayisə edib ilahi vədlərə könül verək.


123. ﴿ لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا

(Mükafat və üstünlük) sizin və kitab əhlinin arzularından asılı deyil. Kim pislik etsə, cəzalandırılar və özü üçün Allahdan başqa hami və yardımçı tapmaz.”


Nöqtələr


◘Müsəlmanlar İslam peyğəmbərinin son peyğəmbər olması və özlərinin üstün ümmət olmaları ilə fəxr edirlər.1 Kitab əhli isə öz keçmişi ilə fəxr edib deyir: Qısa bir müddət odda olacağıq.2 Bu ayə hər iki qrupun düşüncəsini nəzərdən keçirib meyar olaraq əməli önə çəkir.

◘Əvvəlki iki ayədə arzular şeytandan sayılır. Bu ayədə batil arzular rədd edilir.

◘“Yuczə bihi” təbiri ya dünya, ya axirət, ya da həm dünya və həm axirət cəzasına aiddir. Rəvayətlərdə möminin günahlarının cəzası kimi dünya və bərzəx çətinlikləri göstərilir.3

◘Bəzi müsəlmanlar kitab əhli ilə mübahisələrdə peyğəmbərin onlara tərəfdar olmasını gözləyirdilər. Halbuki peyğəmbər üçün əsas məsələ ədalət idi.4

◘Həzrət Peyğəmbər (s) “pislik edənə cəza verilər” buyruğundan qorxuya düşmüş şəxsə buyurdu: “Bədən xəstəlikləri, çətinliklər insanın əməllərinin cəza növüdür.”5

Bildirişlər


1. Əsassız xəyal və arzulardan çəkinin. Onlar faydasızdır.

2. Hər bir dəstə və zümrədə tamahkar və imtiyaz gözləyən insanlar tapılır.

3. Danışıq və mühakimədə insafa riayət edin. Əgər tənqid edirsinizsə, hamının zəifliyini deyin.

4. Eybdən danışarkən özünüzdən başlayın. “Sizin arzularınız” təbiri “kitab əhlinin arzuları” təbirindən öndə gəlmişdir.

5. Yerli-yerində qətiyyət və puç imtiyaz istəklərinin qarşısında dayanmaq ən üstün tərbiyə metodlarındandır.

6. İslam gerçəkliyə əsaslanır. Fərdlərin xəyalı və istəkləri əsas deyil.

7. Allah adildir. O, əməl əsasında mükafat və cəza verir.

8. Vəhy məktəbində qanun qarşısında hamı bərabərdir. (Ad-sandan sui-istifadə qadağandır.)

9. Əsas məsələ şüar yox, əməldir.

10. Günahkar cəzalandırılarkən müdafiə, şəfaət qadağandır.


124. ﴿ وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا

Hər kəs saleh işlər görsə, kişi ya qadın olmasından asılı olmayaraq, mömin olduğu halda behiştə daxil olar. Onlara azca da sitəm olunmaz.”




Nöqtələr


◘“Nəqir” dimdikləmək mənasını verir. Xurma dənəsinin ucu kiçik dimdiyə oxşadığından “nəqir” adlanır.

◘Əvvəlki ayədə pis əmələ, bu ayədə saleh əmələ işarə olundu. Yəni mükafat və cəza hər biri əmələ əsaslanır.

◘Bu ayədə behiştdən, “Nəhl” surəsinin 97-ci ayəsində isə behiştdən əlavə pak həyatdan da danışılır.

Bildirişlər


1. Behiştə daxil olma amili iman və saleh əməldir. Milli mənsubiyyət, iddia və arzunun bu işdə rolu yoxdur.

2. Bütün millətlər, rənglər, təbəqələr ilahi lütfdən bəhrələnmədə eynidir.

3. Saleh əməllərdən bəzilərini yerinə yetirməklə behiştə ümid edin. Çünki kamal nəhayətsiz, kəsb qüdrəti isə məhduddur.

4. Qadın və kişi mənəvi kamilliklərə çatmaqda bərabərdir. Yəhudilər və məsihilər isə bu məsələ ilə bağlı başqa cür düşünürlər.1

5. Əməllərin qəbul şərti imandır. İmansız insanların xidmətləri dünyada dəyərləndirilir. Onlar üçün axirət mükafatı yoxdur.2

6. Saleh möminin mükafatı behiştdir.

7. Xeyir işlər cüzi də olsa dəyərlidir.
125. ﴿ وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لله وَهُوَ مُحْسِنٌ واتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَاتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً

Özü Allaha təslim olmuş, xeyir iş sahibi olduğu halda İbrahim ayininə tabe olan kəsin dinindən kimin dini üstündür?! Allah İbrahimi özünə dost seçdi.”


Nöqtələr


◘Əvvəlki iki ayədə əməl əsas götürüldü. İslama və ya məsihiliyə aidiyyat yada salınmadı. Bu ayədə isə bütün din və əqidələrin eyni olduğunu anlatmaq üçün bəzi məsələlər bəyan olunur.

◘Bilməliyik ki, Allaha təslimçilik Onun qəzavü-qədərindən razılıqdan üstündür. Çünki razılıq məsələsində insan özünü bir şəxs bilir. Təslimçilikdə isə insan özünü Allah qarşısında fani sayır.3

◘Azğın yoldan haqq yola üz tutana “hənif” deyilir. Haqq yoldan batil yola keçən isə “cənif” adlanır.

◘“Xəlil” ya “xullət” kökündən olub “dostluq” mənasını, ya da “xəllət” kökündən olub ehtiyac mənasını bildirir. Birinci məna daha münasibdir.

◘Rəvayətlərə əsasən, həzrət İbrahim “xəlilullah” məqamını çoxlu səcdələrinə, miskinləri yedirtdiyinə, gecə namazına, dilənçini rədd etmədiyinə, qonaqpərvərliyinə görə əldə etmişdi.4

◘İslam peyğəmbəri İbrahim ayinlərinə tabe olmuşdur.5

◘İbrahim “xəlilullah”, Məhəmməd (s) isə “həbibullah” adlandırılmışdır.6

◘İşlərini ilahi niyyətlə görənlər mənfəətdədir.1 Bütün qeyri-ilahi işlər fanidir.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin