Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 32 Qatarın mənzildə məcburi dayanması zamanı



Yüklə 50,62 Kb.
səhifə35/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   32   33   34   35   36   37   38   39   40
MÖVZU 32

Qatarın mənzildə məcburi dayanması zamanı

maşinistin fəaliyyəti qaydası

Qatarın mənzildə məcburi dayanması zamanı maşinistin vəzifə borcu aşağıdakılardır:

qatarı tə'cili saxlamaq tələb olunmadıqda onu, imkan daxilində,üfiqi meydançada və yolun düz sahəsində saxlamaq;

qatarın avtomat tormozlarını və lokomotivin köməkçi tormozunu,özü hərəkət edən xüsusi hərəkət tərkibində avtotormozları, idarəetmə cihazları olduqda isə köməkçi tormozları işə salmaq;

əgər qatarın dayanması svetoforun qadağanedici işarəsi ilə əlaqədar deyilsə, dayanmanın səbəbini və sonrakı hərəkətin mümkünlüyünü aydınlaşdırmaq;

əgər qatarın hərəkəti 20 dəq. və çox müddətdə yenidən bərpa edilə bilinməzsə və qatarı avtotormozlarla yerində saxlamaq mümkün deyildirsə, lokomotivin, özü hərəkət edən xüsusi hərəkət tərkibinin əl tormozlarını işə salmaq və onların işə salınma işarəsini vermək;

əlavə olaraq qatar radiorabitə vasitəsilə stansiya növbətçisinə və ya qatar dispetçerinə dayanmanın səbəblərini və hərəkətdə baş vermiş maneəni ləğv etmək üçün lazım olan tədbirləri xəbər vermək.

qatara xidmət edən bütün işçilərlə birlikdə hərəkətdə baş vermiş maneənin aradan qaldırılması üçün tədbir görmək, lazım gəldikdə isə qatarın və qonşu yolun hasarlanmasını tə'min etmək.

Mənzildə dayanmış qatarın çəpərlənməsi aşağıdakı hallarda yerinə yetirilir:

sərnişin qatarına bərpa və ya yanğınsöndürən qatarı, eləcə də köməkçi lokomotiv tələb edildikdə, çağırışdan dərhal sonra;

əgər qatar mənzilə bütün işarəvermə və əlaqə vasitələri kəsildiyi vaxt göndərilibsə, qatar dayandıqdan dərhal sonra.

Bütün hallarda, ikiyollu və çoxyollu mənzillərdə qatarların hərəkətinə mane olan yerlər dərhal və ilk növbədə qatar gözlənilən istiqamətdən çəpərlənməlidir:

Çəpərlənmənin qaydaları "İşarəvermə Təlimatı”nda, işçilərin fəaliyyəti qaydası isə "Qatarların hərəkəti və manevr işinə dair Təlimat”da müəyyən edilir.

Qatar dayandıqdan sonra sərbəst hərəkət edə bilmədikdə,o, “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyən edilmiş qaydaya əsasən mənzildən köməkçi lokomotiv vasitəsi ilə çıxarılır. Bu təlimatda qatar tərkibinin aralanması zamanı lokomotiv briqadasının fəaliyyəti qaydası da müəyyən edilmişdir.

Avtobloklama və qatar radio-rabitəsi ilə təchiz edilmiş sahələrdə mənzildə dayanmış qatara arxadan gələn yük qatarının lokomotivi ilə də kömək edilə bilər və müstəsna hallarda çəkisi və uzunluğu normal olan arxadan gələn qatarın dayanmış qatarı itələməsinə icazə verilir.

Motorvaqonlu qatarın mənzildə məcburi dayanma halından sonra onun sərbəst hərəkət etməsi mümkün olmadıqda, arxadan gələn digər motorvaqonlu qatarla stansiyaya çıxarılması üçün ikilikdə ona qoşulmasına icazə verilir.




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin