MÖVZU 35
Xüsusi ehtiyat tələb edən yüklü vaqonların
və xüsusi hərəkət tərkiblərinin qatarlara
qoşulması qaydaları
Xüsusi ehtiyat tələb edən yüklə dolu vaqonlar (sisternlər), qatarlara qoşularkən bəzi hallarda lokomotivlərdən, insanlarla tutulu vaqonlardan və öz aralarında daldalanacağı olmalıdır.
Xüsusi ehtiyat tələb edən yüklərin daşınmasının şərtləri barədə məlumatlar, onların siyahısı və müəyyən edilmiş daldalanacaq normaları yüklərin daşınma Qaydalarında göstərilir.
Daşıma sənədlərində belə yükün əsas xüsusiyyətlərini xarakterizə edən məlumatlar, həmçinin zəruri daldalanacaq normaları da yük göndərən tərəfindən göstərilir.
İşlək (hərəkət edən) hissələri saz olan qatarın tərkibində hərəkət etmək üçün yararsız sayılan tək vaqonlar tə'mir məntəqələrinə yalnız vaqon depoları və ya yuyucu-buxarlayıcı stansiyaları tərəfindən müəyyən edilmiş göndərmə sənədlərinin tərtibindənsonra ayrıca lokomotivlə göndərilməlidir.
Qatarların tərkibinə yükgötürmə qabiliyyəti 240 tona qədər olan yüklü transportyorları qoşmağa icazə verilir.
Yükgötürmə qabiliyyəti daha yüksək olan transportyorların istər yüklü, istərsədə boş vəziyyətdə hərəkəti qaydası bu transportyorlarin texniki istismar şərtləri ilə və ya ADDY-nun xüsusi göstərişləri ilə müəyyən edilir.
Xüsusiləşdirilmiş tərtiblərin yerlərinin dəyişdirilməsinə onlarin rəislərinin sifarişləri əsasında ADY hüdudlarında yol rəisinin
birinci müavini və ya Yolun hissə rəisinin, iki və daha Çox dövlətin dəmir yolu hüdudlarında isə həmin dövlətlərin dəmir yolu rəislərinin əmrləri ilə icazə verilir.
Xüsusiləşdirilmiş tərtiblərin xarakterindən və hərəkət tərkibinin növündən asılı olaraq, əmrdə hərəkətin təhlükəsizliyini təmin etməklə yerdəyişdirmənin şərtləri göstərilir.
MÖVZU 36
Dostları ilə paylaş: |