Mövzu “Beynəlxalq kommersiya işi” fənninin predmeti, mahiyyəti, növləri, obyekt və subyektləri



Yüklə 30,2 Kb.
səhifə17/21
tarix22.01.2022
ölçüsü30,2 Kb.
#113874
1   ...   13   14   15   16   17   18   19   20   21
Mövzu-1

ə) Sənaye - Maliyyə qrupu – hüquqi və təsərrüfat müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir.

Məsələn,

-sənaye-maliyyə;

-ticarət-maliyyə;

-nəqliyyat;

- maliyyə.



4. Kapitalın mənbəyinə, mənsubiyyətinə görə firmalar. Bunlar isə aşağıdakı kimi fərqləndirilir:

- milli müəssisələr;

- xarici müəssisələr;

- birgə müəssisələr.



1.6. Sahibkarlıq ittifaqı və xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
Bu ayrı - ayrı qrup biznesmenlərin birliyidir. Sahibkarlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məqsədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqanlarında həmin ittifaqa daxil olan iş adamı qruplarının maraqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəaliyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır (məsələn, məhsulun standartlaşdırılması, məsləhət xidmətlərinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s.)

Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, sovetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsiretmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bölüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotalar qoymaqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.

Sahibkarlar birliyinin çoxu beynəlxalq kommersiya əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda tərəfdaşlar sifətində çıxış etmirlər, bəzi dünya regionlarından, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziyadan və digər ölkələrdən başqa. Fəqət, bu qəbildən onlar bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Finlandiyanın, Fransanın, Kanadanın müvafiq ittifaqları inhisar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı ixracatçı kimi tərəfdaş sifətində də fəaliyyətdə olurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “Kağız və karton istehsal edən Finlandiya fabrikləri ittifaqı”nı, Finlandiya “Meşə taxtaşalban zavodları sahibkarlar ittifaqı”nı, “İsveçrə kağız fabrikləri birliyi”ni və s. göstərmək olar.

Dövlət orqanları (nazirliklər, idarələr) və təşkilatları dünya bazarında çıxış edən tərəfdaşların üçüncü kateqoriyasına aid edilirlər. Dövlət firmalarından fərqli olaraq, onlar bir qayda olaraq, ticarət məqsədləri güdürlər.

Dünya bazarında ticarət əməliyyatlarında ancaq öz ölkəsinin razılığını alan dövlət orqanları və təşkilatları iştirak edə bilərlər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilatları inkişaf etmiş ölkələrdədir. Məsələn, Argentinada taxıl - Taxıl Milli Komitəsi, ət- Ət üzrə Milli Komitə vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı və ictimai səhiyyə nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığın 80%-ni öz ölkəsinə idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir Ərəb Respublikasından, Əlcazairdən, Şri-Lankadan və bu kimi s. inkişaf etmiş Şərq ölkələrindəndir.

Qeyd etmək lazımdır ki, xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi-texniki, icarə və bu kimi digər ticarət əməliyyatlarında iştirak edirlər. Öz fəaliyyəti dövründə Şura iştirakçı ölkələr üçün bir çox məsələlər üzrə təkliflər hazırlayır ki, bunların da hər biri müasir beynəlxalq gömrük qaydalarına əməl olunmasına xidmət edir.




Yüklə 30,2 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin