3.2. Bİrdəfəlİk və təkrar tədqİqat BİRDƏFƏLİK TƏDQİQAT Birdəfəlik tədqiqatla xassənin indiki zamandakı durumu öyrənilir. Respondentlərin müəyyən mövzu və məsələ üzrə rəylərini öyrənən tədqiqat strategiyası məhz bu qəbildəndir. birdəfəlik tədqiqatlar təkrar tədqiqatlara nisbətən daha geniş yayılıb. Ali təhsil müəssisələrinin tələbələri, «beyin mərkəzləri» və özəl şirkətlər əsasən məhz birdəfəlik tədqiqatlar aparırlar
TƏKRAR TƏDQİQAT Təkrar tədqiqatlar iki cür olur: bir obyektin müəyyən xüsusiyyətlərinin dəyişən dinamikasını müəyyən vaxt inervalı ilə öyrənən.
adamların eyni məcmusunun müxtəlif cəhət və problemlərini müəyyən vaxt inervalı ilə uzun müddət ərzində öyrənən (longityud).
LONGITYUD TƏDQİQAT Longityud tədqiqatın səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada obyektin illər ərzində dəyişən keyfiyyət xüsusiyyətləri müfəssəl şəkildə öyrənilir, dəyişikliklərin səbəbləri araşd ırılır1. Başqa sözlə, bu tədqiqat strategiyasında eyni subyekt, yaxud subyektlərin müəyyən müddət üzrə inkişaf meyilləri və dəyişən xüsusiyyətləri müəyyən vaxt intervalı ilə öyrənilir.
KOQORT Koqort tədqiqatında eyni, yaxud oxşar xüsusiyyətlərə malik olan seçmə toplumun müəyyən vaxt intervalı ilə öyrənilməsi həyata keçirilir.
Koqort və longityud tədqiqatların üzləşdiyi başlıca problem iştirakçıların sayının vaxtaşırı azalmasıdır. Belə ki, müəyyən vaxtdan sonra seçmə toplumun iştirakçıları ilə əlaqə itə (miqrasiya, yaxud ölüm halları ucbatından), subyektlər artıq tədqiqatın parçası olmaq istəməyə bilər.
Koqot və Longityut tədqiqatının üzləşdiyi problemlərin həlli yolları
maddi mükafatlandırma;
• respondentlərə tədqiqatçılarla istədikləri rabitə vasitəsindən istifadə etmək imkanı vermək (telefon, üzbəüz intervü və s.);
• subyektin yaxın qohum və dostlarının da əlaqə vasitələrini götürmək.
NÜMUNƏLƏRİN MÜFƏSSƏL TƏDQİQİ
Bu strategiya çərçivəsində hadisənin, prosesin, fərdin, ölkənin, sistemin və s. hərtərəfli tədqiqi baş tutur.
Nümunələrin müfəssəl tədqiqi strategiyasından istifadə edən sosioloq və kriminoloqlar bu məsələnin aşağıdakı cəhətlərinin öyrənilməsində maraqlı olmuşlar:
• maliyyə bazarı üzərində rəsmi və ictimai nəzarət;
• qeyri-qanuni əməlləri törədənlərin motivləri;
• böhranın sosial, iqtisadi və mədəni təsirləri;
• dövlət qurumları və maliyyə şirkətləri arasındakı münasibətlər.