Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Adi kreditləşmə ilə faktorinqin bir sıra fərqləri var



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə113/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   107   108   109   110   111   112   113   114   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Adi kreditləşmə ilə faktorinqin bir sıra fərqləri var. 
Əvvəla, faktorinq xidmətindən kredit və iş təcrübəsi olmayan firmalar da istifadə 
edə bilərlər. Üstəlik, onlardan maliyyələşmə əvəzində girov təminatı tələb olunmur. 
Bundan başqa, faktorinq adi kreditdən fərqli olaraq, verilmiş vəsaitin 
qaytarılmasının konkret müddətlərini nəzərdə tutmur, çünki malların satılma 
müddəti malgöndərəndən asılı deyil. Bundan başqa, kredit əvvəlcədən 
şərtfəndirilmiş məbləğdə verildiyi halda, faktorinq üzrə maliyyələşdirmə məbləği 
məhdudlaşdırılmır və malgöndərənin satış həcmi artdıqca, faktorinq 
maliyyələşməsinin məbləği də artır. Kredit maliyyələşməsi birdəfəlik əməliyyatdır 
və kreditin qaytarılması yenisinin alınması üçün təminat deyildir. Faktorinq isə 
fasiləsiz və müddətsiz maliyyələşdirmə- dir. Yəni malgöndərən bir faktorinq 
əməliyyatını başa çatdırıb, istədiyi məbləğdə ikinci, üçüncü və s. əməliyyatları 


həyata keçirə bilər. Ən mühüm fərqlərdən biri də odur ki, kredit almaq üçün çoxlu 
sayda sənədləşmə tələb olunduğu halda, faktorinq maliyyələşməsi üçün qaimə 
(malların göndərilməsi barədə sənəd) və hesab-fakturanın təqdim edilməsi 
kifayətdir. Səmərəli maliyyə aləti olan faktorinq ilk dəfə 1950-ci illərin sonu – 1960-
cı illərin əvvəllərində Avropa ölkələrində tətbiq olunub və qısa müddətə sürətlə 
inkişaf edib. 
4. Vençur kapitalı 
Latın mənşəli ingilis məfhumu- vençur kapitalı risketmə mənasını ifadə edir. 
Bu biznes növünün yaranma sferası 1957-ci ildə ABŞ-dan start götürür, ilk olaraq 
bu biznes sferasının yaradıcıları mühəndis-tədqiqatçı Yuçin Klyaner, biznesmen 
Artur Rok, Tom Perkinis və digerləri olmuşlar. Onlar biznes aləmindən «vençur 
kapitalı» terminini götürərək müvafiq biznes növünün fövqündə dayanmışlar. 
Biznesmen Artur Rok 1961-ci ildə ilk vençur fondu yaratmışdır. 1970-ci illərdə 
vençur kapitalı Avropaya yol açmış və uğurla təşəkkül taparaq inkişaf etmişdir. 
Hazırda bu regionda minlərlə vençur biznesi təyinatlı kompaniyalar fəaliyyət 
göstərir. MDB məkanında və başlıca olaraq da Rusiyada vençur biznesi TASİS və 
Avropa Yenidənqurma və İnkişaf Bankının təşəbbüsləri əsasında təşəkkül 
tapmaqdadır. Bu sırada ölkəmizdə müvafiq qeyri-hökümət təşkilatı fəaliyyət 
göstərsə də, vençur sferasında mütərəqqi nailiyyətlər hələ ki, nəzərə çarpmamışdır.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin