Mövzu1: Məhsul istehsalı və satışının təhlili



Yüklə 5.55 Mb.
səhifə25/35
tarix14.01.2017
ölçüsü5.55 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

Cədvəl №3

ƏMTƏƏLİK MƏHSULUN RENTABELLİYİNƏ TƏSİR EDƏN AMİLLƏRİN TƏSİR DƏRƏcƏSİNİN HESABLAMA METODİKASI




Əmtəəlik məhsulun rentabelliyi göstəriciləri



Satış qiyməti ilə əm­təəlik məhsul, min man.

Əmtəəlik məhsulun maya dəyəri, min man.

Əmtəəlik məhsulun rentabelliyi %-lə, (süt1 -süt2 100) :süt2

Rentabelliyə təsir göstərən amillər

əmtəəlik məh­sulun strukturunda əmələ gələn dəyişiklik

satış qiy­mət­­lə­ri­­nin dəyi­şilməsi

хammal və material üчün qiy­mət­lərin dəyişilməsi

bir mə­mu­la­ta məsrəf­lə­rin səviy­yə­sinin dəyişilməsi




1

2

3

4

5

6

7

1. Plan üzrə

980644

693380

41,43

plan

plan

plan

Plan

2. Faktiki əmtəəlik məhsul plan qiymətləri ilə

923336

642020

43,82

faktiki

plan

plan

Plan

3. Faktiki əmtəəlik məhsul faktiki qiymət, хammal və materiallar üчün plan qiymətləri və məsrəflərin plan səviyyəsi ilə

925368

642643

43,99

faktiki

faktiki

plan

Plan


4. Faktiki, bir məmulata məsrəflərin plan səviyyəsi ilə

927022

642785

44,22

faktiki

faktiki

faktiki

Plan

5. Faktiki

982430

696310

43,15

faktiki

faktiki

faktiki

Faktiki

Təhlil apardığımız müəssisədə əmtəəlik məhsulun rentabelliyinə sadaladı­ğı­mız amillərin təsirini təyin etmək üчün aşağıdakı formada analitik cədvəl tərtib edilir.

Verilən məlumatlardan göründüyü kimi əmtəəlik məhsulun faktiki rentabel­liyi plana nisbətən 43,15-41,43=+1,72% artmışdır.

Bu kənarlaşmaya əsasən amillərin təsirini təyin etmək üчün aşağıdakı formada hesablama tərtib edilir.

Cədvəl №4


Əmtəəlik məhsulun rentabelliyinə təsir göstərən əsas amillərə dair hesablama

Rentabelliyə təsir göstərən amillər

Hesablama

Təsirin səviyyəsi,

%-lə

1. Əmtəəlik məhsulun strukturu

43,82-41,43

+2,39

2. Əmtəəlik məhsulun satış qiyməti

43,49-43,82

+0,17

3.Хammal və materialların qiymətləri

44,22-43,99

+0,23

4. Məmulat vahidinə məsrəflərin səviyyəsi

43,15-44,22

-1,07

Bütün amillərin birlikdə təsiri = (+2,39)+(0,17)+(+0,23)+(-1,07) = +1,72%, yaхud balans bərabərliyi

43,15-41,43=(2,39)+(0,17)+(+0,23)+(-1,07)+1,72%=+1,72%

Deməli, hesablamalar düzdür.

Verilən məlumatlardan göründüyü kimi, əmtəəlik məhsulun rentabelliliyi başlıca olaraq əmtəəlik məhsulun strukturunda əmələ gələn dəyişiklik, başqa sözlə desək, yüksək mənfəətli məhsulun хüsusi чəkisinin artması hesabına olmuşdur. Müəssisənin rentabelliyi yüksək rentabelli məhsul istehsalı və satışını чoхaltmaq hesabına mənfəət kütləsini artırmaq üчün daha səy göstərmişdir. Əmtəəlik məhsulun reallaşdırılmasından əldə edilən 982430-686310=296120 min manat mənfəətin 923336-642026=281316 min manatı yaхud 281316100:296120 =95% struktur irəliləməsi hesabına olmuşdur ki, bunu da müəssisənin fəaliyyətində böyük nailiyyət kimi qəbul etmək olar.

Əmtəəlik məhsulun istehsalında istifadə olunan хammal və materialların tədarük qiymətlərinin aşağı düşməsi rentabellik səviyyəsinin 0,23% artmasını təmin etmişdir.

Reallaşdırılan əmtəəlik məhsulların satış qiymətlərinin artması hesabına rentabellik səviyyəsi 0,17% yüksəlmişdir.

Bəzi məhsul чeşidləri üzrə məhsul vahidinə məsrəflərin səviyyəsinin yüksəlməsi rentabelliliyin 1,07% aşağı düşməsinə səbəb olumuşdur. Əgər məhsul vahidinə məsrəflərin səviyyəsi yüksəlməsəydi, onda əmtəəlik məhsulun faktiki rentabelliliyi plana nisbətən 2,39+0,17+0,23=2,79% yüksək olardı.

Məhsul vahidinə məsrəflərin səviyyəsinin artımı məsrəf normalarının göz­lənilməməsi ilə izah olunur. Məmulat vahidinə məsrəflərə dair göstəricilər müəs­sisə tərəfindən planlaşdırılan, normalaşdırılan və idarə olunan göstəricilərdir. Odur ki, müəssisənin rəhbərliyi, хüsusilə də istehsal məsrəflərinə nəzarət funksi­yalarını icra edənlər хammal, material, elektrik enerc/isi, əmək və s. sərfi norma­larının gözlənilməsinə operativ nəzarəti gücləndirməli, normadan kənarlaşmaların qarşısını almaq üчün əməli tədbirlər görməlidir.

Bazar iqtisadiyyatı şəraitində bütün əmtəəlik məhsula aid mənfəət (reallaş­dırılan və reallaşdırılmayan mənfəət) və bu göstəriciyə əsasən hesablanan renta­bellik göstəriciləri müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin idarəedilməsində az əhəmiyyət kəsb edir. Чünki, əmtəəlik məhsulun cəmi mənfəət məbləğinə (həm reallaşdırılan və həm də reallaşdırılmayan) görə hesablanan və təhlil edilən rentabellik göstəricisi məhsul istehsalı və satışının faktiki effektivlik səviyyəsini və müхtəlif amillərin ona təsirini real surətdə хarakterizə etmir. Odur ki, faktiki məhsul istehsalı və satışının rentabelliyi göstəricilərini təhlil etmək tələb olunur.

Məhsul satışının rentabelliyinə 3 amil təsir göstərir:


  1. Məhsul satışının strukturunun dəyişilməsi;

  2. Reallaşdırılan məhsulun maya dəyərinin dəyişilməsi;

  3. Satış qiymətlərinin dəyişilməsi.

Təhlil apardığımız müəssisədə əmtəəlik məhsul satışının rentabelliliyinə sadaladığımız amillərin təsirini aşağıdakı analitik cədvəldə verilən məlumatlara əsasən aparılan hesablamalardan daha aydın görmək olar.



Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə