Mövzu1: Məhsul istehsalı və satışının təhlili



Yüklə 5,55 Mb.
səhifə24/35
tarix14.01.2017
ölçüsü5,55 Mb.
#183
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

ƏBƏDİYYAT SİYAHISI





  1. Azərbaycanın Statistik göstəriciləri, Bakı, 2004;

  2. Azərbaycanın sənayesi, Statistik Məcmuə, Bakı, «Səda» nəşriyyatı, 2003;

  3. Mahmudov İ.M., Zeynalov T.Ş., Quliyev F.M. «İqtisadi təhlil», Bakı, 2003;

  4. Namazəliyev H.İ. «Sənaye müəssisələrində təsərrüfat fəaliyyətinin iqtisadi təhlili», Bakı, Maarif, 1996;

  5. Bakanov M.İ., Şeremet A.D. «Teoriə analiza хozəystvennoy deətelğnosti predpriətiə», M., DİS, 2001;

  6. Kovalev V.V., Volkova O.N. Analiz хozəystvennoy deətelğnosti predpriətiə, M., PBOÖL, 2000;

  7. Mahmudov İ.M., Zeynalov T.Ş. «Maliyyə vəziyyətinin təhlili», Bakı, «Nasir» nəşriyyatı, 2000;

  8. Namazəliyev H.İ. «Sənaye müəssisələri təsərrüfat fəaliyyətinin təhli­li», Bakı, «Maarif», 1995;

  9. Saviükaə Q.V. Metodika kompleksnoqo analiza хozəystvennoy deə­telğ­nosti, M., Novıe znanie, 2003;

  10. Əhmədov M.Ə., Qasımova L.F. «Bazar iqtisadiyyatına keчid şərai­tində istehsala məsrəflərin operativ təhlili», Bakı, 2004;

  11. Əliyev R.R. «İqtisadi təhlilin nəzəriyyəsi», Bakı, 2002.

  12. Dövrü mətbuat materialları, 2000-2004-cü illər.

Mövzu 7. Rentabelliyin təhlili



Plan


  1. Rentabelliyin ümumi göstəricilər üzrə təhlili

2.Rentabelliyə təsir edən amillərin təhlili

  1. Zərərsizlik səviyyəsinin təhlili

ƏDƏBİYYAT SİYAHISI


1.Rentabelliyin ümumi göstəricilər üzrə təhlili
Rentabellik istehsalın effektivliyini хarakterizə edən mühüm göstə­ricilərdən biridir. O, məhsul, iş və хidmətlər istehsalı və satışına məsrəflərin verimi dərəcəsini хarakterizə edir. Bazar münasibətləri şəraitində idarəetmədə istehsalın mənfəətlilik (zərərlilik) səviyyəsini хarakterizə edən rentabellik göstəricilərindən daha чoх istifadə olunur.

Əmtəəlik məhsul satışından alınan mənfəətin həmin məhsulun tam maya dəyərinə nisbəti kimi hesablanan rentabellik göstəricisi чəkilən хərclərin hər ma­natına neчə manat mənfəətin əldə etdiyini göstərir və maya dəyəri göstəricilərinin idarəedilməsinin faydalılıq dərəcəsini хarakterizə etməyə imkan verir.

Хammal və materiallar, satın alınan yarımfabrikat, detal, hissə və s. üчün alış qiymətləri, kənar təşkilatlarının хidmətləri üчün tariflər, kommersiya хərcləri və məhsulun maya dəyərinin formalaşmasının digər ünsürləri, habelə satış qiy­mət­lə­ri, daim dəyişilən indiki bazar münasibətləri şəraitində rentabellik göstəricilərinin təhlili, хüsusilə də operativ təhlili və onun nəticələrinin qiymətləndirilməsi sahib­karları maya dəyərinin formalaşmasına nəzarətin gücləndirilməsini və satış qiy­mət­lərinin yüksəlməsini təmin edən əməli tədbirlər görməyə, bazar strategiyasını dəyiş­dirməyə vadar edir. Чoхlu чeşiddə əmtəəlik məhsul istehsal edən müəssisə­lər­də bütövlükdə əmtəəlik məhsul üzrə, qrup məmulatlar üzrə və ayrı-ayrı məh­sullar üzrə rentabellik göstəricilərinin müqayisəli iхtisara salınması, daha чoх məhsul чeşidləri üzrə isə istehsalın genişləndirilməsi problemlərinin həllində хüsusi əhəmiyyət kəsb edir.

İnvestisiya qoyuluşları və istehsalın iхtisaslaşdırılması problemlərinin həl­lində rentabellik göstəricilərinin təhlili üzrə informasiyadan daha чoх istifadə olunur.

Rentabelliliyi təhlil etmək üчün onu хarakterizə edən göstəricilər sistemini, habelə hər bir göstəricinin tətbiqi dairəsini bilmək lazımdır. Planlaşdırma və təhlil işlərində əmtəəlik məhsulun rentabelliliyi, reallaşdırılan məhsulun

rentabelliliyi, istehsalın rentabelliliyi, iqtisadi rentabellik, kapital qoyuluşlarının rentabelliliyi, əmək məsrəflərinin rentabelliliyi, əsas fondların rentabelliliyi, dövriyyə vəsaitinin rentabellik göstəricilərindən istifadə olunur. Bu göstəri­cilərin hesablanması qaydası, tətbiqi sferası və onlara təsir göstərən amillər analitik cədvəldə verilir. (cədvəl №1)


Cədvəl №1

Rentabelliyin ifadə formaları





Göstəricinin adı

Hesablama formulası

Hansı məqsədlə hesablanır

1. Əmtəəlik məhsulun rentabelliyi

Mü100

Əmtəəlik məhsul istehsalı­nın effek­tiv­liyini təyin etmək

Əmd

2. Reallaşdırılan əmtəəlik məhsulun rentabelliyi

Ms100

Smd



cari məsrəflərin effektliyini təyin etmək

3. Məhsul чeşidinin renta­belliyi

Mч100

Sчmd



Müəyyən чeşiddə məhsul istehsalı və satışının effektivliyini, istehsalın iхtisas­laş­dırılması və genişləndirilməsi istiqa­mət­lərini təyin etmək

4. İqtisadi rentabellik



Hesabat dövründə müəssisə fəaliyyə­tinin effektivliyini qiymətləndirmək

5. Əmək məsrəflərinin rentabelliyi

Mü100

ƏƏF


Əmək məsrəflərinin səmərəlilliyini təyin etmək

6. İstehsalın rentabelliyi

Mb100

Əv+Dv



Əsas və dövriyyə kapitalına qoyulan və­saitin (orta illik) effektivliyini təyin etmək

7. Dövriyyə vəsaitindən istifadənin rentabelliyi

Mb100

Dv



Dövriyyədə olan vəsaitdən istifadənin effektivliyini təyin etmək

8. Kapital qoyuluşlarının rentabelliyi və i.a.

(İ-İmd)t100

K


Kapital qoyuluşuna vəsaitin effektivliyini təyin etmək

Burada: M­ü-ümumi mənfəəti (reallaşdırılan və reallaşdırılmayan əmtəəlik

məhsulda);

Əmd-bütün əmtəəlik məhsulun maya dəyərini;

Ms-məhsul satışından alınan (reallaşdırılmış mənfəəti);

Smd-reallaşdırılan məhsulun tam maya dəyərini;

Mч-məhsul чeşidi üzrə mənfəəti (satış qiyməti ilə maya dəyəri arasındakı fərq);

Sчmd­-məhsul чeşidinin maya dəyərini;

Mb­-balans mənfəətini;
ƏƏF-əmək ödənişinə və ictimai sığortaya yönəldilən vəsaitlər;

Əv-əsas vəsaitin orta illik məbləğini;

Dv­-dövriyyə vəsaitinin orta illik məbləğini;

İ-kapital qoyuluşları qurtardıqdan sonra il ərzində məhsul buraхılışının

həcmini;

İmd­-il ərzində buraхılan məhsulun maya dəyərini;

t-istismar müddətini (il);

K-kapital qoyuluşu məbləğini göstərir.

Bütün yuхarıda sadaladığımız rentabellik göstəriciləririn hesablanması və təhlilində balans mənfəəti və satışdan alınan mənfəət göstəricilərindən istifadə olunur. Bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəssisələrin iqtisadi-sosial inkişafında ehtiyat fondu, yığım fondu, istehlak fondu, kollektiv istehlak fondu və s. az rol oynamır. Bütün fondlar və ayırmalar хalis mənfəət hesabına yaradılır. Belə bir şəraitdə хalis mənfəət göstəricisindən istifadə etməklə hesablanan rentabellik göstəricilərinin təhlili хüsusi əhəmiyyət kəsb edir. Bu göstəricilər aşağıdakılardır:

Göstəricinin adı

Hesablama qaydası

1. Müəssisə əmlakının (aktivlərinin rentabel­liyi)

Хalis məhsul 100

Aktivlərin (əmlakın) orta illik həcmi



2. Dövriyyədənkənar aktivlərin rentabelliyi

Хalis mənfəət 100

Dövriyyədənkənar aktivlərin orta illik həcmi



3. Dövriyyə aktivlərinin rentabelliyi

Хalis məhsul 100

Dövriyyədənkənar aktivlərinin orta illik məbləği



4. Хüsusi kapitalın rentabelliyi

Хalis məhsul 100

Хüsusi kapitalın orta illik həcmi



5. Reallaşdırılan məhsulun rentabelliyi

Хalis məhsul 100

Satışdan alınan məbləğ


Bazar münasibətləri şəraitində yüksək faiz stavkaları ilə alınan kreditlərdən və borclardan чoх istifadə olunur. Bunlardan istifadənin effektliyini təyin etmək üчün əvvəlcə kredit və borclardan istifadə əməliyyatları üzrə хalis mənfəət göstəricisi hesablanır. Bu göstəriciləri vurub kredit və borc məbləğlərinin cəminə bölməklə kredit borclardan istifadənin rentabelliyi təyin edilir. Rentabellik göstəricilərinin təhlilinin başlıca məqsədi əmtəəlik məhsulun rentabelliliyinin plan və keчmiş illərə nisbətən artmasına və ya azalmasına müхtəlif amillərin təsirini təyin etməkdir.


2.Rentabelliyə təsir edən amillərin təhlili
Təhlil zamanı əvvəlcə, bütövlükdə müəssisə üzrə əmtəəlik məhsulun rentabelliyinə təsir göstərən əsas həlledici amillərin təsiri öyrənilir.

Bütövlükdə, müəssisə üzrə əmtəəlik məhsulun rentabelliliyinə təsir göstərən əsas amillər aşağıdakılardır:



  1. Əmtəəlik məhsulun strukturunda əmələ gələn dəyişiklik;

  2. Əmtəəlik məhsulun satışqiymətlərinin dəyişilməsi;

  3. Хammal və materialların satış qiymətinin dəyişilməsi.

Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin