MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə131/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   127   128   129   130   131   132   133   134   ...   182
EL-BEYAN 1 Cİ CİLD

İkinci ayə: 
«Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər [mütləq 
cəzalarına çatacaqlar] o [Quran], şübhəsiz ki, çox dəyərli, qiymətli 
bir kitabdır. 


200 
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir 
sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə, 
tərifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil 
edilmişdir.» (Fussilət 41-42). 
Ayənin məzmunundan belə məlum olur ki, Quran bütün 
kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini 
qoruyub saxlaya bilmişdir. 
«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə 
barəsində 
irəli 
sürdükləri 
fərziyyədə 
deyirlər: 
Quranın 
toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və 
qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə 
tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş 
rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu 
rəvayəti nəql edir: «Quran, nə ondan əvvəl nazil olmuş Zəbur, 
Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.» 
Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql 
etdiyi hədisdə deyir: «Quranda keçmiş ümmətlər və gələcəkdə baş 
verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada 
nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.» 
Cavab: 
Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı. 
Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə 
heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki 
səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş 
ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması 
bildirilir. 
Quranın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və 
ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman 
və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qurana 
batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və 
toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız 
Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq, 
onda Quranın tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə 
zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən 
qaçırmış olarıq. 


201 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin