247
Qurtəbi deyir: Yəmamə döyüşündə Quran hafizlərindən yetmiş
nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş «Bir
məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.
Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə
döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.
Quran hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s)
özü də
Quranın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi.
İyirmi üç il ərzində tədricən nazil olmuş Quran, Peyğəmbərin (s)
xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz
olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə təkid
edərdi.
Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız,
ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Quran ayələrini bir
yerə yığırdıq.
Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu
hədisi
mötəbər hesab etmiş, lakin onu öz kitablarında nəql
etməmişdir. Amma necə olursa-olsun, biz bunu Quranın
Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə
bilərik.
(Mustədrak. 2-ci cild, 611-ci səh).
Quranın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən
həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı
ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.
İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s),
yanına gələn şəxsləri vaxtı olmadıqda Quran öyrətmək üçün bizim
yanımıza göndərərdi.
Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim.
Müsəlmanların məsciddən ucalan
Quran səslərini eşitdikdə
buyurdu: Xoş onların halına!...
(Kənzul-ummət 2-ci cild, 185-ci səh).
İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf
məntəqələrdən Quran öyrənmək üçün yanına gələn kəsləri
bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən
Quran sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini
çaşdırmasınlar deyə, Quranı yavaş və aram-aram oxumalarını əmr
etdi.
(Kənzul-ummət 2-ci cild, 185-ci səh).
248
Bəli, Quranın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında
böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bəzən Quranın
təlimini özlərinə mehriyyə təyin edərdilər.
Əziz oxucu! Bütün bunları
nəzərə alaraq, Quranın Əbu Bəkrin
xilafəti dövrünədək təxirə düşdüyünü və xəlifənin bunun həyata
keçməsi üçün iki nəfəri təyin etməsini iddia etmək olarmı? Demək,
müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların
Qurana verdikləri
əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni
qətiyyətlə rədd edə bilərik.