250
Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən
əsassız hesab edə bilərik.
1. Belə bir təfsirin Quranın yığılmasına dair nəql olunmuş
rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti
«qorumaq» və ya «yazmaq» kimi mənalandıra bilmərik.
2. Bu o deməkdir ki, Quranı yığan şəxslər ayələri yaddaşlarda
olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qurana əlavə
etmişlər. Hərçənd bu nüsxələrin Quran ayələri olduğu mütəvatir
olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi
sübuta yetirilməyən bəzi ayələr Quranın əsl nüsxəsinə daxil
edilmişdir.
3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu
yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər
mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Quran ayəsi
olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda
təbii ki, həmən ayələr Qurana əlavə olunmayacaqdır. Demək,
Quranın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç
bir əhəmiyyəti olmayacaqdır.
Nəticə:
Müsəlman icmasının Quranın mütəvatirliyinə olan
etiqadlarını, Quranın öz ayələrini və nəhayət Peyğəmbərdən (s)
nəql olunmuş rəvayətləri əsas tutaraq, Quranın yığılmasına dair
nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və
onların mötəbərliyinə istinad etməməliyik.
Dostları ilə paylaş: