MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə174/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   170   171   172   173   174   175   176   177   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Cavabında dedim: 
Düzdür, Musa (ə)-ın möcüzələrini müsəlmanlar və məsihilər 
hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin 
mötəbər mənbələrindən deyil, öz peyğəmbərlərinin möcüzələr 
haqda verdikləri məlumatlardan əldə etmişlər. Müsəlmanlar və 
məsihilər Musa (ə)-ın möcüzələrini öz peyğəmbərlərinin ilahi 
möcüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər 
Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, 
Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi 
möcüzələri də heç cür təsdiq edə bilməyəcəklər. 
Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. 
Əbədi möcüzəyə malik olan din varsa, o da müqəddəs islam 
dinidir. Onun möcüzəsi bütün dövr və millətlərə şamil olunur, 
qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz 
əzəmətini itirməyəcəkdir. 
Biz bu əbədi möcüzə [Quranla] ilə islamı qəbul edib, onun 
həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq 
etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala 
tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki, 
Quran və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq 
etmişdir. Belə bir nəticəyə gəlirik ki, Quran əbədi möcüzə olduğu 
üçün, 
bütün 
səmavi 
kitabların 
və ilahi 
peyğəmbərlərin 
həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir. 
QURANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN 
ŞƏRTLƏR 
Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət 
olması üçün peyğəmbərliyə təyin etmiş, bu müqəddəs hədəfə nail 
olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın 
üzərində qalib etmişdir. Demək, Quran insanı əbədi səadətə 
qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-
taala tərəfindən insanlara bəxş olunan bu böyük nemət müəyyən 
millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi 


277 
hikmət, Quranın peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə 
nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə, 
bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Quranı 
qəbul etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca 
bəhrələnməklə əbədi səadətə qovuşmalıdır. 
Quranın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz 
ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə 
ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər, bütünlüklə hamıya 
şamil olan ilahi qanunlardan agah olsun. 
Lakin, Quranı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə 
həm ərəb dilinin, həm də tərcümə edəcəyi dilin incəliklərinə 
dərindən yiyələnməlidir. Çünki, Quran başqa dillərə nə qədər səlis 
tərcümə olunsa da, ecazkarlıq və zinət bəxş edən bəlağətli bəyan 
etmə tərzi, ərəb dilində olduğu kimi özünü biruzə verə 
bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim, 
ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə 
almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə 
etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mənasını 
hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu 
yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və 
məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd 
edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin: 
1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mənaları ilə tanışlıq; 
2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi 
mətləblərə diqqət yetirmək; 
3. Quranın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş 
rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir. 
Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan 
sonra, ayələrin əsl mənasına yol tapmaq üçün onlardan istifadə 
etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə 
çox sadə ifadələrlə bəyan etməlidir. 
Lakin, mötəbər hesab olunmayan bir çox müfəssirlərin irəli 
sürdükləri nəzəriyyələrə tərcümə zamanı istinad etməməlidir. Əgər 
tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç 
bir çatışmamazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə hər bir 


278 
qövm və millət, öz dilinə tərcümə olunmuş Quranı asanlıqla başa 
düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk 
edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən 
istifadə etməsi labüd və zəruridir. Çünki, Quran ümumbəşəri bir 
kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı olan 
şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin