206
qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil
edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını
tövsiyə edərdilər. Və belə olduqda təqiyyə
ilə də heç bir ziddiyyət
yaranmazdı. Çünki, Tövhid və Qədr surələrinin oxunmasına daha
çox diqqət yetirər və onların fəziləti haqda dəyərli məlumatlar
verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq
əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının
vacibliyini bəyan edərdilər.
Nəticə:
Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı
bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə
bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə
etmələrinə heç bir səbəb olmamışdır. Çünki, bu hökm ya
Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən
verilmişdir.
Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin
oxunmasının
vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan
edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik
namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman
düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını
saxlaya bilmiş olsun. Təhrifə məruz qaldıqda isə,
elə bir surə
seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün
heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam
oxunmasına icazə verilmişdir. Bu isə bir daha Quranın təhrif
olunmadığını sübuta yetirir.
Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil,
bütün
surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil
olur.
Dostları ilə paylaş: