MüƏLLİFDƏN


 ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə83/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   79   80   81   82   83   84   85   86   ...   182
EL-BEYAN 1 Cİ CİLD

1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ 
Adı: Abdulla ibni Amir Dəməşqi;
Kunyəsi: Əbu Umran; 
Ləqəbi: Yəhsəbi.
Abdulla ibni Amir Quranı Muğəyrət ibni Əbi Şəhabdan 
öyrənmişdir. 
Heysəm ibni Umran deyir: Abdulla ibni Amir Əməvi xəlifəsi 
Vəlid ibni Əbdülməlikin hakimiyyəti dövründə məsciddə imamlıq 
vəzifəsini daşıyırdı. 
Heysəm belə hesab edir ki, Abdulla Bəni-humeyr qəbiləsindən 
olmuşdur və buna görə də o, bəzən ona irad tutardı. 
Əbu Əmr Dani deyir: Abdulla ibni Amir Bilal ibni Əbi Dərdadan 
sonra Şama baş qazi təyin olundu... Şam camaatı Quran qiraətində 
onu özlərinə başçı təyin hesab edirdi. 
İbni Cəzri deyir: İbni Amirin qiraəti haqda müxtəlif nəzəriyyələr 
irəli sürülmüşdür. Bəzən onların sayı doqquza çatır. Lakin, mötəbər 
yazıçılardan bəzilərinin dediklərinə görə İbni Amirin qiraəti 
kimdən öyrənməsi dəqiq məlum deyildir. 
Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat 
etmişdir. 
İBNİ AMİRİN RAVİLƏRİ 
İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu 
iki şəxs Hişam və Zəlvandır. 
1. Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni 
Musəyrə olmuşdur. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir. 
Rical
*
alimləri Hişamın kimliyi haqda iki müxtəlif nəzəriyyə irəli 
sürmüşlər. Yəhya ibni Muin Hişam haqda deyir: «O, mötəbər 
kəslərdən idi və ona etibar etmək olardı.» 
Nəsai deyir: «Onun şəxsiyyətində heç bir eyb və nöqsan 
olmamışdır.» 
Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: «Hamı ona 
ehtiram qoyar və söylədiklərinin həqiqiliyinə kimsə şübhə 
etməzdi.» 


126 
Amma bütün bunların əksinə olaraq, bəzi rical alimləri onu 
kəskin şəkildə tənqid etmişlər. Acuri, Əbi Davuddan nəql edərək 
deyir: «Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha 
mötəbər olmuşdur. Çünki, Hişamın istinad etdiyi hədislərdən dörd 
yüzü həqiqətə uyğun deyildir.» 
İbni Davud deyir: «Bir zamanlar belə qərara gəlmişdim ki, 
Hişamın söylədiyi hədisləri nəql etməyəm. Çünki o, hədis dəllalı 
idi!» 
Saleh ibni Məhəmməd deyir: «Hişam hədis nəql etmək üçün pul 
alardı. İstədiyi məbləği əldə etməyincə hədis nəql etməzdi.» 
Məruzi deyir: « Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi: 
«O, ikiüzlü və sadəlövh bir insan idi.» Sonra onun, Quranın məxluq 
olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək sözlərini bu 
ifadələrlə başa vurmuşdur: «Onun arxasında namaz qılan şəxs, 
namazını yenidən qılmalıdır!» 
Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin 
kimlər tərəfindən nəql olunduğunu bilmək üçün, oxuculara 
«Təbəqatul qurra» adlı kitaba nəzər salmağı daha məqsədəuyğun 
hesab edir. 
2. İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı 
Abdulla, atasının adı Əhməd ibni Bəşir olmuşdur. Bəzən onu Bəşir 
ibni Zəkvan da adlandırırlar. Qiraəti Əyyub ibni Təmimdən 
öyrənmişdir və onun qarşısında tilavət etmişdir. 
Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan 
qiraəti ondan öyrəndi.» 
İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə 
vəfat etmişdir. 
Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi 
tanınmışdır. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin