MüƏSSİSƏLƏRDƏ monotonluq problemi VƏ onun həLLİ yollari



Yüklə 3,04 Mb.
səhifə17/30
tarix10.01.2022
ölçüsü3,04 Mb.
#107954
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
İşdə ixtisaslaşma. İşdə ixtisaslaşma mövzusunda ilk və ədəbiyyat baxımından ən təsirli akademik işlər Adam Smith və Charle Babbage tərəfindən hazırlanmışdır. 18-ci əsr şotland iqtisadçılardan olan Adam Smith 1776-cı il tarixli “Xalqlarin zənginliyi” adlı kitabında iş bölgüsü terminindən istifadə etmişdir. O dövrdə bir işçi demək olar ki, bütün işləri görürdü. Məsələn, bir iynə istehsalı zamanı işçi dəmir parçasını kəsir, bir ucuni sivri hala gətirir və digər ucuna başlıq düzəldib işini tamamlayırdı. Adam Smith bu vəzifələrin ayrı-ayrı işçilər tərəfindən edilib, zamana qənaət etməklə istehsalın artacığını önə sürmüşdü. Ona görə bir işçi gündə 200 iynə istehsal edirdisə, işində ixtisaslaşmış və iş bölgüsü ilə fəaliyyət göstərən işçilərin sayı 10 olarsa, gündə 48 000 iynə istehsal edə bilərdilər. Charles Babbage 1832-ci ildə Smithin çalışmalarını inkişaf etdirərək işdə ixtisaslaşmanın daha başqa avantajlarını da ortaya qoymuşdur. Babbage bir işin müəyyən hissəsində ixtisaslaşmaq üçün daha az zamana ehtiyac olduğunu , işçilərin daha az alət və avadanlıq dəyişərək işlərini görəcəklərini və bacarıqlarının zamanla o işdə artan bir şəkildə inkişaf etdirəcəklərini iddia etmişdir.20 Sənaye çevrilişinin Avropa və Amerikaya yayılması ilə işdə ixtisaslaşma 1800-cu illərdə istehsal prosesində yerini almış , ancaq zirvəyə 1900-cü illərin ilk rübündə “ Elmi idarəetmə” axını ilə çıxmışdır.

Elmi idarəetmə bir işin ən yaxşı şəkildə görülməsi üçün hər işin ətraflı analizinin ediklərək tamamlanmasını nəzərdə tutur. Burda əsas məqsəd yorğunluğu azaltmaq, lazım olmayan hərəkətləri minimumlaşdırmaq və məhsuldarlığı maksimuma çıxartmaq üçün ideal üsulu tapmaqdır. Yorğunluğu azaltmaq üçün ən uyğun fasilə perodları üzərində çalışılırdı və işçiəi motivasiya etmək üçün məhsul başı mükafatlar tətbiq edilirdi.Elmi idarəetmə 1900-cü illərdə istehsalı köklü dərəcədə artırmışdı. Elmi idarəetmənin iş bölgüsü, məhsul başına mükafat xəta analizi kimi pronsipləri iş dizaybın da bügün də istifadə edilir. Baxmayaraq ki, iş bölgüsünün də monotonluq yaratması bir sıra tədqiqatçılar tərəfindən son zamanlar aşkarlanann məsələlərdən biridir.



Ümumiyyətlə işdə ixtisaslaşmanın avantajları bunlardır:21

  • Öyrənməyə sərf olunan zaman azalır: İşin kiçik bir hissəsi görüldüyündən işin öyrəınilmısinə sərf olunn zaman inılmaz dərəcədə azalır.

  • Fəaliyyət dəyişiminə sərf olunan zaman azalır: İşin kiçik bir hissəsini davamlı olaraq görən işçilərin fəaliyyətlərini dəyişərkən sərf etdikləri zaman olduqca azalır.

  • Bacarıqları artırır: İşində davamlı olaraq eyni hərəkətləri təkrarlayan işçilər yeni bacarıqlar və vərdişlər əldə edərək işlərində daha yetərli və daha məhsuldar olururlar.

  • Daha doğru ölşü meyarı və nəzarəti təmin edir: hər bir fərd işin daha kiçik hissəsini gördüyündən təşkilat, yəni idarəetmə istehsal miqdarını və məhsulun keyiyyətini daha asan ölçə bilir və asan şəkildə nəzarət edə bilir.

Elmi idarəetmə sayəsində işıq üzü görən işdə ixtisaslaşmaya olan iradlar bu avantajların olmasına baxmayaraq, ədəbiyyatda öz yerlərini almışlar. İxtisaslaşmanın avantajları kimi dezavantajları da mövcuddur. İşdə ixtisaslaşma xüsusilə sənaye çevrili dövründə geniş vüsət almışdı. Lakin bu gözlənildiyi kimi mükəmməl iş dizaynı olmadığı ortaya çıxdı. İşdə ixtisaslaşmanın yaradacağı problemlər məhz bunlardır:22

  • Təkrarlıq problemi: İşçilərin eyni, qısa, sadə işləri hər gün , hər saat təkrarlaması lazımdır. Bir çox işin tamamlanaraq , başa dönülməsi 1 dəqiqədən az zaman alırdı. İşçilər eyni fəaliyyətləri gün ərzində 500 dəfə təkrarlanamaq məcburiyyətində qalırdılar.

  • Bacarıqlardan yetəri qədər istifadə edə bilməmək: İxtisaslaşmış işlər sadə və limitlənmiş olunduqları üçün işçilərin öz bacarıqlarını nümayiş etdirmələri demək olar ki, qeyri-mümkün idi.

  • Məhsulun çox kiçik hissəsinə fokuslanma: Hər iş məhsulun sadəcə kiçik bir qismini təmsilən icra edilirdi. İşçilərin bir çoxu tamamlanmış hazır məhsulu görmürdülər, tamamalanmış məhsuldan bir növ uzaq qalırdılar.

  • Limitli sosial əlaqə: insanlar grup halında çalışsalar da özlərini sosiallıq baxımından təcrid olunmuş kimi hiss edirdilər.

  • Düşünməməyə gərək olmdan işləri icra etmək: istehsal metodları, avadanlıqların quruluşu və alət seçimləri sadəcə məhjsuldaelığı artıqrmaq üçün nəzərdə tutlmuşdu və insanın bunu necə görəcəyi barəsində düşünməsinə ehtiyac qalmırdı.

İnsanı texniki avadanlıq kimi formalaşdıran işdə ixtisaslaşmanın bu dezaavantajları işçilərin məmnunsuzluğuna yola açmış və onların işlərindən uzaqlaşmasına yol açmışdır. 1940-cı illərdə avtomatlaşdırılmış sənayedə yayılmış bu metodun yaratdığı problemlər Amerika Birləşmiş Ştatlarında 1972-ci ildə gündəmə oturdu: General Motors`un Ohio fabrikində 22 gün davam edən müddətdə işçilər maaş artımını istəməmiş, lakin işin quruluş strukturunun dəyişməsini tələb etmişlər. Məşhur Chevrolet marka avtomobillərin istehsalı zamanı bir işçinin eyni hərəkəti 36 saniyəən bir təkrarlandığəı müşahidə olunmuşdu. Bu müəssisə dövrünün mükəmməl mühənmdislərini özündə cəmləsə də 22 gün ərzində heç bir məhsul istehsal edilə bilməmişdi.23

Belə qənaətə gələ bilərik ki, işdə ixtisaslaşma həll yolu olduğu qədər bərabərində problemlər yarada biləcək həll yoludur.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin