İş zənginləşdirilməsi. İş zənginləşdirilməsi teoriyasını ortaya çıxaran ilk insan Frederick Herzberg olmuşdur. Herzberg'ə görə iş genişlənməsi və rotasiya metodlarına uyğun olaraq müəyyənləşdirilmiş işlərdə çalışdığı halda üst səviyyə ehiyaclara sahib işçilərdən yüksək səviyyədə motivasiya gözləmək mənasız olacaqdır. Bu halda edilməsi lazım olan şey işə motivasiya edən faktorların əlavə edilməsi ilə işin zənginləşdirilməsidir. Beləliklə, o işi görən insan daha çox müvəffəqiyyət, şöhrət, məsuliyyət, yüksəlmə və fərdi inkişaf əldə edə biləcəkdir.
İş zənginləşdirilməsi və iş genişləndirilməsi
İş zənginləşdirilməsi
İş genişləndirilməsi
Monoton iş
Ehyiyacların
xüsusiyyətləri
Tapşırıqların sayı
Şəkil 2.2.29
Herzberg'in hazırlamış olduğu cədvəl (bax.şəkil 2.2) iş zənginləşdirilməsi şaquli istiqamətdə işin inkişaf etdirilməsi deməkdir (F.Herzberg,1968). İş zənginləşdirilməsində daha öncələr rəhbərlik tərəfindən edilən nəzarət artıq işçiyə həvalə edilir. Bu metod AT&T, İBM, General Foods kimi bir çox firma tərəfindən sınanmışdır. Bu metoddan istifadə edən AT&T istehfa edənlərin sayısını 0-a yaxınlaşdırmış və məhsuldarlığın 27 faizden 90 faizə qədər atmasına səbəb olmuşdur.
Herzberg'in cədvəldə verilən düşüncələri ikili faktor teoriyası olaraq bilinir. Herzberg'in teoriyası bir çox araşırmanı gerçəkləşməyə təşviq etmiş və işin yenidən dizayn edilməsinə ilham qaynağı olmuşdur. Lakin teoriyanın əlverişli olmasına qarşı bəzi məsələlər bugün də mövcuddur. Lakin qeyd etmək lazımdır ki, iş yerində bəzi faktorlar həm motivasiya xarakterli, həm də əks xarakterli ola bilər. Məsələn, AT&T'də bu metoddan istifadə, motivasiya edən faktorların bütün işçilərdə həqiqətən motivasyanı artırdığı müşahidə olunmuşdur (R.N.Ford, 1973). Bunlar nəzərə alınaraq Hackman və Oldham tərəfindən iş özəllikləri modeli inkişaf etdirilmişdir.
Dostları ilə paylaş: |