Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi


nisbətin kortejlərinə (yazılara) müraciəti sürətləndirmək



Yüklə 0,95 Mb.
səhifə5/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
mühazirə VBİS-qisa(1)

nisbətin kortejlərinə (yazılara) müraciəti sürətləndirmək;

  • nisbətlər arasında əlaqələri təşkil etmək;

  • açar atributlarda qiymətlərin təkrarlanmasını aradan qaldırmaq;

    4) kortejləri nizamlamaq.


    Relasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Xarici açarlar vasitəsilə nisbətlər arasında əlaqələr yaradılır.

    Tələbə nisbətinin sxemi belə ifadə olunur:

    Relyasiya modelində nisbətə müəyyən tələblər qoulur. Odur ki, cədvəlin nisbət hesab olunması üçün o, aşağıdakı şərtlərə və məhdudluqlara cavab verməlidir.

    1. Cədvəldə təkrarlanan sətirlər ola bilməz, başqa sözlə eyni qiymətli əsas açara malik bir neçə sətir ola bilməz

    2. Cədvəldə təkrarlanan adla sütunlar ola bilməz.

    3. Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır.

    4. Cədvəlin sütunları tərkibli ola bilməz.

    5. Cədvəldə sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər.

    Verilənlər cədvəli adətən xarici yaddaşda əməliyyat sisteminin ayrıca faylında saxlanır. Odur ki, onun adına məhdudluqlar qoyula bilər. Sahələrin adları cədvəlin içərisində saxlanır. Onların tərtibatı VBIS tərəfindən aparılır. Sahələrin adlarına və istifadə edilən əlifbaya məhdudluq qoyulmur.

    Mühazirə 3


    Müasir modellər
    Klassik relyasiya modeli nisbətin atributlarının bölünməz (atomar) olduqlarını nəzərdə tutur, yəni cədvəldə informasiya 1-ci normal formada olmalıdır. Lakin bu məhdudluq bəzi halda tətbiqin səmərəli reallaşdırılmasına maneçilik törədir.
    Postrelasiya modeli cədvəldə saxlanan verilənlərin bölünməzliyinə qoyulan məhdudluğu aradan qaldırmaqla relasiya modelinin genişlənməsinə imkan yaradır. Postrelasiya modelində çoxqiymətli sahələrə icazə verilir.
    Müqayisə üçün şəkil 3.6.-da işçilər və onların uşaqları haqqında informasiyanın relasiya (a) və portelasiya (b) modellərində təsviri verilmişdir. IŞÇI cədvəli işçilər haqqında verilənləri saxlayır. IŞÇI –UŞAQ cədvəlində isə işçilərin uşaqları haqqında verilənlər toplanmışdır. Bu cədvəllər arasındakı əlaqə SN sahəsi ilə yaradılır. Bu cədvəllərdəki verilənlərin bir cədvəldə saxlanması adi relasiya modelində mümkün deyil. Postrelasiya modelində isə bu verilənlər bir IŞÇI-VƏ- UŞAQLAR cədvəlində təsvir edilir.


    Yüklə 0,95 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   39




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin