Mühazirə 1 Giriş. VeriləNLƏr bazasinin idarə olunmasi



Yüklə 0,95 Mb.
səhifə6/39
tarix18.11.2023
ölçüsü0,95 Mb.
#132733
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
mühazirə VBİS-qisa(1)

SN


SOYAD

AD

VƏZIFƏ

001

Abasov

Abas

Mühəndis

002

Abasov

Əli

Texnoloq

003

Abışov

Vəli

Mexanik




SN


UŞAQ

YAŞI

001

Namiq

10

001

Rəşid

5

002

Tofiq

15

003

Nərmin

3


SN


SOYAD

AD

VƏZIFƏ

UŞAQ

YAŞI

001

Abasov

Abas

Mühəndis

Namiq

10













Rəşid

5

002

Abasov

Əli

Texnoloq

Tofiq

15

003

Abışov

Vəli

Mexanik

Nərmin

3

Göründüyü kimi, relasiya modeli ilə müqayisədə postrelasiya modelində verilənlər daha səmərəli saxlanır və onların emalı zamanı iki cədvəldəki verilənlərin birləşdirilməsi əməliyyatına ehtiyac olmur.


Postrelasiya modelinin üstünlüyü əlaqəli relasiya cədvəllərini bir postrelasiya cədvəli ilə təsvir etmək imkanının olmasıdır. Bununla da informasiyanın təsvirinin yüksək əyaniliyi təmin edilir və onun emalının səmərəliliyi artır. Bu modelin çatışmazlığı isə saxlanan verilənlərin tamlığının və ziddiyyətsizliyinin təmininin mürəkkəbliyindən ibarətdir.



  • Verilənlərin təsvirinə çoxglçülü yanaşma relasiya yanaşması ilə eyni vaxtda yaranmışdır, lakin real işləyən çoxglçülü VBIS-lər çox azdır. 90-cı illərin ortalarından başlayaraq bu sistemlərə maraq xeyli artdı. Bu 1993-cü ildə relasiya modelinin əsasını qoyan E.Koddun dərc etdirdiyi proqram məqaləsindən sonra baş verdi. Həmin məqalədə OLAP (Online Analytical Processing – Operativ Analitik Emal) sinif sistemlərinə 12 təlabat formalaşdırılmışdır və onlardan əsasları çoxölçülü verilənlərin konseptual təsviri və emalına aiddir. Çoxölçülü sistemlər təhlil aparmaq və qərar qəbul etmək üçün informasiyanın operativ emalına imkan verir.

Informasiya sistemlərinin konsepsiyasının inkişafında iki istiqaməti ayırmaq olar:
- operativ emal sistemləri;
- analitik emal sistemləri (qərarların qəbulunu dəstəkləyən sistemlər).

  • Relasiya VBIS-ləri informasiyanın operativ emalı tipli informasiya sistemləri üçün nəzərdə tutulmuşdu və bu sahədə çox səmərəli idilər.Analatik emal sistemlərində isə VBIS-lər kifayət qədər səmərəli və çevik deyillər. Bu baxımdan daha səmərəli çoxglçülü VBIS-lər hesab olunur.

Çoxglçülü VBIS dar çərçivədə ixtisaslaşdırılmış sistem olub, informasiyanın interaktiv analitik emalı üçün nəzərdə tutulur. Bu cür VBIS-lərə xas olan əsas anlayışlar bunlardır: verilənlərin aqreqatlaşması, statikliyi və proqnozlaşdırılması.
Verilənlərin aqreqatlaşması-onların müxtəlif səviyyələrdə ümumiləş-dirilməsi imkanı deməkdir. Informasiya sistemlərində təqdim edilən informasiyanın detallaşdırılma dərəcəsi istifadəçinin səviyyəsindən asılı olur, məsələn: istifadəçi-analitik, istifadəçi-operator, istifadəçi-idarəedici, istifadəçi- rəhbər.
Verilənlərin statikliyi verilənlərin və onlar arasındakı əlaqələrin yüksək səviyyədə dəyişməzliyini və onların vaxtla bağlılığını nəzərdə tutur. Verilənlərin statikliyi onların emalında xüsusiləşdirilmiş yükləmə, saxlama, indeksləşdirmə və seçmə metodlarından istifadə etməyə imkan verir.
Verilənlərin vaxtla bağlılığı sorğuda göstərilmiş vaxta və tarixə görə seçim aparmaq məqsədini güdür. Verilənlərin emalı və istifadəçiyə təqdim edilməsi prosesində vaxta görə nizamlanması informasiyanın saxlanması və seçilməsi mexanizminə müəyyən tələblər qoyur. Məsələn, sorğunun emalı vaxtını azaltmaq üçün verilənlərin hansı ardıcıllıqla tələb olunmasına uyğun qayda ilə nizamlanması məsləhətdir.
Verilənlərin praqnozlaşdırılması proqnozlaşdırma funksiyalarının təyin edilməsini və onların müxtəlif vaxt intervallvrına tətbiqini nəzərdə tutur.



Verilənlərin modelinin çoxglçülüyü - verilənlərin təsviri və emalı zamanı onların strukturunun çoxglçülü məntiqi təsviri deməkdir. Relasiya modeli ilə müqayisədə verilənlərin çoxglçülü təşkili daha artıq əyaniliyə və informativliyə malik olur
Əgər iki ölçüdən artıq çoxölçülü modeldən sghbət gedirsə, informasiyanın vizual olaraq çoxölçülü obyektlər şəklində (üç-, dgrd- və daha çox glçülü hiperkublarla) təsviri vacib deyil. Belə hallarda istifadəçiyə ikiglçülü cədvəllərlə və ya qrafiklərlə işləmək daha əlverişlidir. Bu zaman verilənləri müxtəlif detallaşdırma dərəcəsi ilə yerinə yetirilən «kəsiklər»lə təsvir etmək olar.

Verilənlərin çoxglçülü modellərinin əsas anlayışlarına baxaq.
ölçü (Dimension)-hiperkubun bir tərəfini təşkil edən eyni tipli verilənlər çoxluğudur. Ən çox istifadə edilən vaxt ölçülərinə misal olaraq Günləri, Ayları, Kvartalları və Illəri göstərmək olar. Coğrafi glçülər kimi Şəhərlər, Rayonlar, Ərazilər, ölkələr geniş tətbiq olunur. Çoxölçülü modeldə ölçülər hiperkubun xanalarındakı konkret qiymətləri təyin edən indekslər rolunu oynayırlar.
Xana (Cell) və ya göstəriciqiyməti birmənalı olaraq müəyyən sayda ölçülərlə təyin olunan sahədir. Sahənin tipi əksər halda ədəd olur. Xananın qiymətinin necə tərtib edilməsindən asılı olaraq o, dəyişən və düstur ola bilər. 1-ci halda qiymət dəyişir və o, ya verilənlərin xarici mənbəsindən yüklənir, ya da proqram vasitəsilə alınır. 2-ci halda isə, elektron cədvəllərdə olduğu kimi, qiymət əvvəlcədən verilmiş düsturla hesablanır.
Mövcud çoxglçülü VBIS-lərdə verilənlərin təşkilinin 2 əsas variantından (sxemindən) istifadə olunur: hiperkub və polikub.
Polikub sxemində nəzərə alınır ki, verilənlər bazası müxtəlif ölçülü və tərəflərinin uzunluğu müxtəlif olan bir neçə hiperkubla təyin oluna bilər. Polikub sxemli VB-ni dəstəkləyən sistemlərə misal olaraq ORACLE firmasının ORACLE EXPRESS SERVER serverini göstərmək olar.
Hiperkub sxemində isə bütün göstəricilər eyni dəstli ölçülərlə təyin olunur. Bu o deməkdir ki, VB bir neçə hiperkuba malik olduqda, onların hamısı eyni ölçülü olur və glçüləri uyğun gəlir. Aydındır ki, bəzi halda verilənlər bazasındakı informasiya izafiliyə malik ola bilər.
Çoxglçülü modellərlə işləyərkən xüsusi əməliyyatlardan istifadə olunur, məsələn, «kəsiyin» alınması, aqreqasiyanın «fırlanması», detallaşdırma.
Kəsik (Slice) – bir və ya bir neçə glçünün göstərilməsi ilə alınan hiperkubun altçoxluğudur. «Kəsiklərin» alınması istifadəçinin istifadə etdiyi qiymətlərin məhdudlaşdırılması üçün lazım olur. Çünki, hiperkubun bütün qiymətləri praktik olaraq eyni vaxtda istifadə olunmur.
Fırlanma (Rotate) əməliyyatı verilənlərin ikiglçülü təsviri zamanı tətbiq edilir. Bu əməliyyat nəticəsində verilənlərin vizual təsviri zamanı ölçülərin qaydası dəyişilir.
Aqreqasiya (Drill Up) və detallaşdırma (Drill Down) əməliyyatları istifadəçi üçün hiperkubdakı informasiyanın uyğun olaraq daha ümumi və daha detal təsvirini verirlər.
Çoxölçülü modelin əsas üstünlüyü vaxtla bağlı olan böyük həcmli verilənlərin analitik emalının səmərəli və əlverişli aparılmasıdır. Relasiya modelli VBIS-də bu əməliyyatın aparılması böyük zəhmət və yaddaş sərfi tələb edir. Çoxglçülü modelin çatışmazlığı isə onun informasiyanın operativ emalının adi məsələləri üçün mürəkkəb olmasından ibarətdir.
Verilənlərin çoxglçülü modelini dəstəkləyən sistemlərə misal olaraq Arbor Software firmasının Essbase, Speedware firmasının Media Multi-matrix, Oracle firmasının Oracle Express Server, Inter Systems firmasının Cache sistemlərini göstərmək olar 6. Bəzi sistemlər, məsələn, Media /MR (Speedware firması), eyni vaxtda həm çoxölçülü, həm də relyasiya modelli verilənlər bazaları ilə işləməyə imkan verirlər. Daxili modeli verilənlərin çoxölçülü modeli olan Cache sistemində verilənlərə 3 müraciət üsulu reallaşdırılmışdır: birbaşa (çoxölçülü massivlər səviyyəsində), obyekt və relyasiya.
Obyekt-yönlü modellə verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin etmək mümkün olur. Obyekt-yönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə oxşar mexanizmlərin kgməyilə VB-nin yazıları ilə onların emalı funksiyaları arasında qarşılıqlı əlaqələr qurulur.
Obyekt-yönlü VB-nin strukturunu qrafik olaraq təpələri obyektlər olan ağac şəklində təsvir etmək olar. Obyektlərin xassələri hər hansı standart tiplə (məsələn, Strinq- sətir) və ya istifadəçi tərəfindən «class» (sinif) kimi təyin edilən tiplə təsvir olunur.
«Strinq» tipli xassənin qiyməti simvollar sətri ola bilər. «Class» tipli xassənin qiyməti uyğun sinfin nüsxəsi olan obyektdir. Həmin obyekt göstərilən xassələrə malik olan obyektin tgrəməsi hesab olunur. Obyekt- sinfin nüsxəsi oz sinfinə mənsub olub, bir valideynə malikdir. VB-də qohumluq munasibətləri obyektlərin iyerarxik əlaqələrini təşkil edirlər.
Obyekt-yönlü VB-nin məntiqi strukturu xarici görünüşünə görə iyerarxik VB-nin strukturuna oxşayır. Onlar arasında əsas fərq verilənlərin emalı metodlarındadır. Obyekt-yönlü VB-nin verilənlərinin emalı üçün inkapsulyasiya, varislik və polimorfizm mexanizmləri ilə gücləndirilmiş məntiqi əməliyyatlardan istifadə olunur. SQL operatorlarına oxşar əməliyyatlar da müəyyən məhdudluqlarla tətbiq edilə bilər (məsələn, VB-nin yaradılması üçün).
VB-nin yaradılması və modifikasiyası verilənlərin axtarışını sürətləndirmək üçün tətbiq edilən indeks cədvəllərinin avtomatik tərtib və təshih edilməsi ilə müşayiət olunur.
Inkapsulyasiya xassənin adının görünmə sahəsini həmin xassənin aid olduğu obyektin sərhədləiri dairəsində məhdudlaşdırır.
Varislik isə, əksinə, obyektin xassəsinin görünmə sahəsini bütün varislər üçün genişləndirir. Əgər varislik mexanizminin təsir sahəsinin bilavasitə qohum olmayan obyektlər üçün də genişlənməsi tələb olunursa, onda həmin obyektlərin ümumi valideyni olan obyektdə «abs» tipli mücərrəd xassə təyin edilir.
Polimorfizm eyni proqram kodunun müxtəlif tipli verilənlərlə işləyə bilməsini təmin edir. Başqa sgzlə, polimorfizm müxtəlif tip obyektlərdə eyni adlı metodların olmasını mümkün edir. Obyekt-yönlü proqramın icrası zamanı eyni metodlar arqumentin tipindən asılı olaraq müxtəlif obyektlərlə əməliyyat aparırlar.
Obyekt-yönlü VB-də axtarış istifadəçinin sorğuda göstərdiyi obyektlə VB-də saxlanan obyekt arasındakı oxşarlığı müəyyənləşdirməkdən ibarət olur. Istifadəçinin göstərdiyi və «məqsəd» adlanan obyekt (onun xassəsi «goal» tipi ilə təyin edilir) ümumi halda VB-də saxlanan bütün obyektlər iyerarxiyasının altçoxluğu ola bilər. Obyekt-məqsəd və sorğunun nəticəsi VB-nin gzündə saxlana bilər.
Verilənlərin obyekt-yönlü modelinin relasiya modeli ilə müqayisədə üstünlüyü obyektlərin mürəkkəb əlaqələri haqqında informasiyani əks etdirmək imkanının olmasıdır. Obyekt-yönlü model VB-nin ayrı-ayrı yazılarını və onların emalı funksiyalarını təyin etməyə imkan verir.
Obyekt-yönlü modelin çatışmazlığı onun mürəkkəbliyindən, verilənlərin emalının rahat olmamasından və sorğuların yerinə yetirilmə sürətinin aşağı olmasından ibarətdir


Mühazirə 4


Sorgu dilləri

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin