(Məsələn: açar sözlər: xüsusiyyəti, fərqi, forması, üstünlüyü, növü, rolu, və s.)
4.Simvollarla motivasiyanın yaradılması. Bura: əşya, təbiət mənzərəsi, model şəkil, bədii təsvir, sxem, plakat, mahnı, musiqi, tapmaca, bayatı və s. daxildir.
Qeyd etmək lazımdır ki, müəllim simvollu materialı seçərkən onun cəlbedici, görkəmli, rəngarəng olmasından daha çox bu materialların şagirdlərdə idrakı fəallığı necə yaradıcağına fikir verməlidir.
Beləliklə motivasiya anlayışından çıxan nəticəni aşağıdakı kimi sistemləşdirmək olar:
motivasiya dərsin bünövrəsidir;
motivasiya problemin qoyulması mərhələsidir;
motivasiya şagirdlərin idrakı fəallığını təmin edir;
motivasiya problemin yaranması üçün fəal (interaktiv) təlimin əsasını təşkil edir.
motivasiyada təlim, problemin həllinə yönəldilir;
problem o vaxt yaranır ki, həll olunacaq məsələ ilə bağlı ziddiyyətlər, faktlar, bilik mənbələri kifayət qədər olmasın;
problem dialoq aparmaqla həll olunur;
motivasiyada açıq suallar, açar sözlər, simvollu materiallardan istifadə etməklə də problem yaradılır.
Dostları ilə paylaş: |