Motivasiya mərhələsində fəal təlimin xüsusiyyətləri:
şagirdlərdə şüurlu, yaradıcı, mənəvi cəhətdən zəngin, şəxsiyyət kimi yanaşılır;
şagirdlərin maraq və ehtiyacları nəzərə alınır;
dərsin bütün mərhələlərində şagird təfəkkürünü inkişaf etdirəcək və fikirlərini sərbəst söyləmək, özünə və yoldaşlarına inam, etibar, təşəbbüskarlıq və s. bu kimi demokratik üslublardan istifadə hüququ verilir;
dialoji təlim dərsin əsas mahiyyətini təşkil edir;
dərsin gedişində şagirdlərə dözümlülük, yoldaşının fikrinə hörmətlə yanaşmaq, dinləməyi bacarmaq, səmimilik, reallıq, özünü olduğu kimi nümayiş etdirmək, məsuliyyətlilik kimi xüsusiyyətlər aşılanır;
motivasiyada problemli və tədqiqat suallarının həlli zamanı şagirdlər biliklərə müstəqil yiyələnirlər;
biliklərin əldə edilməsi təfəkkür proseslərinin oyanması nəticəsində yaranır;
biliklər fərziyələrin alınması, tədqiqatın aparılması nəticəsində əldə edilir;
qrup işinin təşkili və iş vərəqləri üzrə çalışmaların aparılması fəal təlimin əsas xüsusiyyətlərindədir;
tədris prosesində diskussiyadan, müzakirələrdən, düşündürücü suallardan daha çox istifadə edilir.
Fəal təlimdə motivasiyanın yaradılması eyni zamanda bir sıra mühüm şərtlərlə bağlıdır. Belə ki, motivasiya yaradarkən istər problem, istərsə də tədqiqat sualları şagirdlər tərəfindən aydın və başa düşüləcək olmalı, həm də onun həlli çətinlik yarat-malıdır. Müəllim bu prosesdə çalışmalıdır ki, problemin həllində şagirdlər daha çox ideyalar və fərziyələr irəli sürsünlər. Çünki bu, tədqiqatın aparılması işini asanlaşdırır. Müəllim motivasiya yaradarkən onun məqsədəuyğunluğunu, yığcamlığını da nəzərə almalıdır.
Beləliklə motivasiya fəal təlimin əsas komponenti olub, şagirdlərin idrak fəallığının təmin edilməsinə, sərbəst düşünməyə, fərziyələrin irəli sürülməsinə və tədqiqatın yaradıcılıqla aparılmasına şərait yaradan mühüm bir mərhələdir.
Dostları ilə paylaş: |