M Ü H A Z İ R Ə 4.
LANDŞAFT ANLAYIŞININ TƏYİNİ. LANDŞAFTIN
DAVAMLILIĞI VƏ DƏYİŞKƏNLİYİ.
Landşaft geniş yayılmış termin olub, landşaftşünaslıq elminin əsas anlayışlarından biridir. O, öz mənşəyinə görə alman sözü olub, «Yerin xarici görünüşü» və ya «Məhəllin forması, mənzərəsi» deməkdir. Bu mənada o, ilk dəfə, XIX əsrin əvvəlində alman coğrafiya ədəbiyyatında meydana gəlmişdir (1805-ci ildə A.Qommeyer tərəfindən işlədilmişdir).Rus alimləri arasında landşaftın ilk və nisbətən dəqiq təyinini Rusiyanın düzənlik hissəsinin coğrafi (landşaft) zonalar üzrə təbii təsvirini L.S.Berq vermişdir. Landşaftın nisbətən tam təyinini N.A.Solnsev verir.Landşaft haqqında İsaçenko və Kalesnikin də tərifləri mövcuddur.
Landşaftın əsas xüsusiyyətləri:a) genetik cəhətcə bölünməz, tam olan həmin ərazinin mənşəyinin ümumiliyi və sonrakı inkişafı, onun kifayət qədər böyük əraziyə (100 km-lərlə) malik olmasına səbəb olur;
b) onun sərhədi daxilində geoloji quruluş, relyef və iqlim nisbətən eynicinsli olması ilə səciyyələnir ki, bu əlamətlər də öz növbəsində landşaftın bioloji komponentləri (torpaq, bitki, heyvanat aləmi və s.) sisteminin qanunauyğun yaranması üçün şəraitin əmələ gəlməsinə səbəb olur;
c) hər bir landşaft digərindən özünün strukturuna, daha doğrusu, onun struktur elementlərini təşkil edən daha kiçik təbii ərazi komplekslərinin (TƏK) cəminə görə fərqlənir.
Ümumiyyətlə, landşaft haqqında fikirlər çoxdur və mübahisəlidir. Yuxarıdakı dediklərimizi də daxil olmaqla, qeyd etmək lazımdır ki, landşaft geniş yayılmış beynəlxalq termin olub, tərifi müxtəlif cür başa düşülür. Məsələn:
1. Ərazinin eynicinsli olması (o cümlədən, genetik cəhətcə olması);
2. Landşaft komponentlərinin eynicinsli olması;
3. Komponentlərin qarşılıqlı əlaqəsinin eynicinsli olması;
4. Landşaftın əmələ gəlməsinin kompleks xarakter daşıması;
5. Maddələr və enerji mübadiləsinin eynicinsli olması;
6. Landşaftın əmələ gəlməsinin sistemli xarakterli olması və s.
Landşaftın tədqiqində 2 cür modeldən istifadə olunur:
1. Monosistem – bu zaman əsas diqqət komplekslər arasında qarşılıqlı təsirin şaquli olmasıdır;
2. Polisistem – bu zaman komplekslər arasında horizontal əlaqələrə fikir verilir.
Landşaft terminindən təbii ehtiyatlardan istifadədə və ətraf mühitin mühafizəsində əsas anlayış kimi istifadə edilir. Ona görə də müxtəlif landşaft terminləri yaranır. Məsələn,landşaftşünaslıq, landşaft analizi, landşaft memarlığı, landşaftın planlaşdırılması və s.
Mövcud landşaft anlayışını bəzi mütəxəssislər bir neçə qrupa bölürlər:
1. Landşafta təbii – tarixi şəraitin (təbiətin) törəməsi kimi baxırlar (Milkov, 1970);
2. Landşafta təbii – tarixi şəraitdə həm ictimai, həm də antropogen – texnogen törəmə kimi baxırlar;
3. Təbii – tarixi şəraitlə, təbii – ictimai – antropogen və texnogen amillərin birgə təsiri kimi baxırlar.
Dostları ilə paylaş: |