Mühazirə 1 Təbii mühitin optimallaşması


Landşaftşünaslıq bir elm kimi 20-ci illərdə inkişaf etməyə başlayıb



Yüklə 60,42 Kb.
səhifə9/37
tarix01.01.2022
ölçüsü60,42 Kb.
#107291
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Landşaft 1 və 2,3,4,5 umumi

    Bu səhifədəki naviqasiya:
  • Ritmika
Landşaftşünaslıq bir elm kimi 20-ci illərdə inkişaf etməyə başlayıb. Lakin 1955-ci ildə Leninqradda keçirilən iclasda bir elm kimi daha da möhkəmlənmişdir.

Mühazirə 3.

LANDŞAFTLARIN STRUKTURU VƏ DİNAMİKASI.

ÜFÜQİ VƏ ŞAQULİ MODEL.

Landşaftın dinamikası məsələlərinə bir çox alimlər müxtəlif cür yanaşmışlar. Məsələn, Binoqradov hər cür landşaft dəyişmələrini dinamika kimi qəbul edir. Vahid struktur daxilində baş verən və onu keyfiyyətcə dəyişməyə sövq etməyən landşaft dəyişkənliklərinə landşaftın dinamikası deyilir. Keyfiyyətcə yeni əlaqə formalarını və funksiyalarını yaradan, nəticədə landşaftın strukturunu yenidən quran dəyişkənliklərə landşaftın inkişafı (təkamülü) deyilir.Dinamikanın ən məhdud təyinatını İvaçenko vermişdir. Onun tərifinə görə, dinamika landşaftın elə dəyişkənliyidir ki, o dövrü xarakter daşıyır və onun strukturasının dəyişilməsinə gətirib çıxarmır.

Landşaftın dinamikasının baş verməsinə təsir edən səbəblər günəş radiasiyasının təsiri, endogen qüvvələr, təbii ərazi komplekslərinin morfoloji strukturunun dəyişkənliyi səbəb olur. Məsələn, dağlarda hündürlükdən asılı olaraq mövsümi ritmika müşahidə olunur. Ritmika kompleks hadisələrin zaman etibarı ilə təkrarlanmasına deyilir.

Dövrü dinamika dedikdə eyni vaxtda baş verən ritmlər başa düşülür. Məsələn, yerin öz oxu ətrafında fırlanma müddəti, onun günəş ətrafında hərəkət vaxtı birincidə sutkalıq ritmika, ikincidə isə fəsli ritmika yaranır. Dəyişən ritm müddətinə tsikl deyilir. Tsiklik müddəti həmişə orta rəqəmlərlə səciyyələnir. Məsələn: günəşin ləkələrinin orta təkrarlanması hər 11 ildə bir dəfə baş verir.


Yüklə 60,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin