Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Nəqliyyat müəssisələri nəqliyyat hüququnun subyekti kimi



Yüklə 200,14 Kb.
səhifə5/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   46
Nəqliyyat müəssisələri nəqliyyat hüququnun subyekti kimi

Nəqliyyat müəssisəsi dedikdə qanunvericiliyə və öz təsis sənədlərinə uyğun olaraq fəaliyyət göstərən yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması, texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxs başa düşülür. Məhz nəqliyyat müəssisələrinin dəqiq və müntəzəm işləməsi, yük və sərnişinlərivaxtında təyinat yerinə çatdırması nəticəsində sənayenin, ticarətin, bir sözlə, maddi istehsalın ahəngdar fəaliyyəti təmin olunur. Yalnız nəqliyyat müəssisələrinin fəaliyyəti nəticəsində nəqliyyat ictimai istehsalın, bölgünün və mübadilənin bütün növlərini əhatə edən ölkə iqtisadiyyatının müxtəlif sahələri arasında əlaqə yaradan vasitəyə çevrilir, habelə yüklərin, sərnişinlərin və onların baqajlarının daşınma vasitəsi kimi çıxış edir. Nəqliyyat müəssisələri olmasaydı, yəqin ki, nəqliyyat maddi istehsalın bir sahəsi hesab edilməzdi.

Nəqliyyat müəssisələrini nəqliyyatın növündən asılı olaraq, bir neçə yerə bölmək olar:

1)dəmir yolu nəqliyyatı müəssisələri;

2)hava nəqliyyatı müəssisələri;

3)avtomobil nəqliyyatı müəssisələri;

4)dəniz nəqliyyatı müəssisələri;

5)daxili su (çay) nəqliyyatı müəssisələri;

6)boru kəmər nəqliyyatı müəssisələri.
Dəmir yolu nəqliyyatı müəssisələri əvvəllər Azərbaycan Dövlət Dəmir

Yolunun (ADDY) struktur vahidləri kimi dəmir yolunun tərkibində yük, baqaj və sərnişin daşımalar üzrə xidmətlər göstərirdilər. Sonradan Azərbaycan Respublikası Prezidentinin 20.07.2009-cu il tarixli 383 nömrəli Sərəncamına əsasən ADDY yenidən təşkil olunaraq «Azərbaycan Dəmir Yolları» Qapalı

Səhmdar Cəmiyyətə (ADY)1 çevrilmişdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur, ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Dəmir yolu nəqliyyatı müəssisələrinin işinə və fəaliyyətinə ADY rəhbərlik edir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.02.2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq əsasnamə üzrə fəaliyyət göstərir.

Hüquqi şəxs statuslu ADY-nin əsas məqsədi və fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

-yüklərin, sərnişinlərin, baqaj və poçtun vaxtında və təhlükəsiz dəmir

yolları ilə daşınmasının təmin edilməsi;

-ümumi istifadədə olan dəmir yollarında yük işinin təşkili;

-sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinın həyata

keçirilməsi;

-dəmir yolunun yük və kommersiya işinin təşkili və ona rəhbərlik

edilməsi, ümumi istifadə yerlərində dəmir yolu vəsaitləri ilə yükləmə və boşaltma işlərinin təşkil edilməsi, yükgöndərən və yükalanlara nəqliyyat-ekspedisiya xidmətinin həyata keçirilməsi;

-dəmir yolu müəssisələrində dövlət əmlakının mühafizəsinin təmin edilməsi və s


ADY-nin əmlakı dövlət əmlakı hesab edilir. Bu əmlak tam təsərrüfatçılıq səlahiyyəti — məhdud əşya hüququ əsasında ona məxsusdur. ADY bu əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini həyata keçirir.

Hava nəqliyyatı müəssisələri hava yolu ilə yük, sərnişin və baqaj

daşımalarını həyata keçirir. Bu müəssisələr «Azərbaycan Hava Yolları» (AZAL) Dövlət Konserninin tərkibinə daxildir.3 «AZAL» Dövlət Konserni Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1992-ci il tarixli fərmanı ilə keçmiş SSRİ Mülki Aviasiya Nazirliyinin «Azərbaycan Aviasiyası» Konserninin bazası əsasında yaradılmışdı. Bu konsern müvafiq nizamnamə əsasında fəaliyyət

göstərirdi. Konsern sonradan Azərbaycan Respublikası Prezidentinin

16.04.2008-ci il tarixli 2761 nömrəli Sərəncamı ilə səhmləri dövlətə məxsus olan «AZAL» Qapalı Səhmdar Cəmiyyətə çevrilmişdir («AZAL» QSC). «AZAL» Azərbaycan Respublikasının hava nəqliyyatına, aviasiya daşımaları ilə məşğul olan hava nəqliyyatı müəssisələrinin fəaliyyətinə edilən rəhbərliyi həyata keçirir. «AZAL»ın əsas fəaliyyət predmeti də məhz onun tərkibinə daxil olan bu cür müəssisələrin vasitəsi ilə sərnişinlərin, yüklərin, baqaj

və poçtun daxili və beynəlxalq hava xətləri üzrə daşımalarını həyata

keçirməkdən ibarətdir.

«AZAL» QSC sərnişinlərin, yüklərin, baqajın və poçtun hava daşımaları üzrə tariflərini qanunvericiliyə uyğun şəkildə müəyyən edir, bu tariflərin tətbiq olunma qaydalarını təsdiqləyir, habelə hava daşımalarında güzəştli biletlərin verilmə qaydalarını müəyyənləşdirir. O, vahid qiymət və tarif siyasətini həyata keçirir.

Bundan əlavə, «AZAL»-ın daşıdığı digər vəzifələrə aşağıdakılar aiddir:
-mülki aviasiyanın hərtərəfli inkişafını və təkmilləşdirilməsini təmin etmək;

-mülki aviasiyanın inkişafı sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək;

-hava gəmilərinin müntəzəm uçuşlarını və təhlükəsizliyini təmin etmək;

-beynəlxalq hava daşımalarının həyata keçirilməsinə və inkişafına, habelə mülki aviasiya sahəsində bərabər hüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında beynəlxalq elmi-texniki əməkdaşlığa yönələn tədbirlər görmək və s.


Avtomobil nəqliyyatı müəssisələri əvvəllər «Azəravtonəqliyyat» Dövlət Konserninin tərkibinə daxil olan müəssisələr idi. Bu Konsern müvafiq nizamnamə əsasında fəaliyyət göstərirdi. Sonradan həmin struktur ləğv olunaraq, onun səlahiy-yətləri yeni yaradılmış «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi» nə verildi; həmin mərkəzi icra hakimiyyəti orqanının Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 10.06.2003-cü il tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Nəqliyyat Nazirliyinin əsas vəzifə və funksiyaları sırasında aşağıdakıları göstərmək olar:

-iqtisadiyyatın və əhalinin avtonəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsinə, istehsal potensialından və əmək ehtiyatlarından tam istifadə olunmasına yönələn tədbirlər görmək üçün proqram və iqtisadi mexanizmlər işləyib hazırlamaq;

-avtonəqliyyatın inkişafı sahəsində vahid elmi-texniki siyasəti həyata

keçirmək;

-avtonəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarının

təşəkkülü üçün şərait yaratmaq və s.

Hal-hazırda bu funksiyaları Nəqliyyat Nazirliyi həyata keçirir. Nəqliyyat Nazirliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri avtonəqliyyat müəssisələrinin iqtisadi-hüquqi tənzimlənməsi barədə qanunvericiliyi təkmilləşdirməkdən ibarətdir. Bu məqsədlə qanunverici orqan tərəfindən, xüsusi olaraq, «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının 01.04.2008-ci il tarixli Qanunu da qəbul edilmişdir.


Dəniz nəqliyyatı müəssisələri Azərbaycan Dövlət Xəzər Dəniz

Gəmiçiliyinə daxildir. Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, habelə ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyalar və müvafiq nizamnamə əsasında fəaliyyət göstərən dövlət təşkilatıdır. Hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tabedir.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi bir sıra əsas vəzifələr daşıyır:

-başqa sahibkarlardan icarəyə götürülmüş gəmilər, o cümlədən kirayə

edilmiş xarici tonnaj və öz donanması vasitəsilə Azərbaycan Respublikası

limanları ilə xarici limanlar arasında, həmçinin xarici limanlar arasında yüklərin və sərnişinlərin daşınmasının həyata keçirilməsi;

-əmək kollektivinin sosial məsələlərinin həllinə yönəldilən Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş istehsal, kommersiya və xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi;

-dəniz səfərləri təhlükəsizliyinin, donanmada qəza hallarının maksimum azaldılmasının, yüklərin mühafizəsinin və vaxtında yerinə çatdırılmasının, habelə sərnişinlərin təhlükəsizliyinin və onlara göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsinin təmin olunması sahəsində tədbirlərin işlənib hazırlanması, həyata keçirilməsi və s.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Azərbaycan Respublikasında və xaricdə yerləşən müəssisə, firma, təşkilat və idarələrlə müxtəlif müqavilələr

bağlaya bilər. Onun həm Azərbaycan Respublikasında, həm də xaricdə daşınan

və daşınmaz əmlak almaq və icarəyə götürmək hüququ vardır. Azərbaycan

Dövlət Xəzər Dəniz Gəmiçiliyinin ölkəmizdə və xarici dövlətin ərazisində

filiallar, kontorlar və nümayəndəliklər açmaq və təsis etmək, habelə kommersiya əməliyyatları aparmaq hüququ var.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi öz qarşısında duran vəzifələri yerinə yetirmək üçün zəruri əmlaka malikdir. Bu əmlak əsas fondlardan, dövriyyə vəsaitlərindən, habelə digər ehtiyatlardan ibarətdir. Təşkilat öz əmlakına sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququna malikdir.

Dəniz nəqliyyatı müəssisələri arasında Azərbaycan Respublikası Bakı Beynəlxalq Dəniz Limanı mühüm rol oynayır. Hüquqi şəxs statusuna malik olan bu dövlət müəssisəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tabedir.

O, öz fəaliyyətində Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsini, ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyaları, həmçinin müvafiq nizamnaməni rəhbər tutur.

Dəniz nəqliyyatının məhsula, işə və xidmətə olan ictimai ehtiyaclarının ödənilməsinə xidmət etmək Ticarət Limanının əsas və başlıca vəzifəsini təşkil edir. Qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək üçün o, aşağıdakı işləri yerinə yetirməyə borcludur:

-gəmiləri yükləmək və boşaltmaq, onlara xidmət etmək;

-yükləri başqa nəqliyyat vasitələrindən dəniz nəqliyyatına və əksinə yükləmək;

-dəniz nəqliyyatı gəmiləri ilə kabotaj və xarici yük, sərnişin və poçt

daşınmasına xidmət etmək, yedək əməliyyatları aparmaq;

-liman akvatoriyasında gəmilərin üzməsinin təhlükəsizliyini təmin etmək;

-görülən işlərə və göstərilən xidmətlərə görə müqavilələr və ya təsdiq olunmuş tariflər əsasında hesablaşma aparmaq;

-ticarət dənizçiliyi üzrə qanun və qaydalara əməl olunmasına nəzarət etmək;

-gəmiləri dövlət gəmi reyestrinə salmaq, gəmi kitabında qeydiyyat

aparmaq və gəmi sənədlərini vermək;

-gəmilərin limana gəlişi və gedişi cədvəlini tərtib etmək və s.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi öz qarşısında duran vəzifələri yerinə yetirmək üçün zəruri əmlaka malikdir. Bu əmlak əsas fondlardan, dövriyyə vəsaitlərindən, habelə digər ehtiyatlardan ibarətdir. Təşkilat öz əmlakına sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququna malikdir.

Dəniz nəqliyyatı müəssisələri arasında Azərbaycan Respublikası Bakı Beynəlxalq Dəniz Limanı mühüm rol oynayır. Hüquqi şəxs statusuna malik olan bu dövlət müəssisəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tabedir.

O, öz fəaliyyətində Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsini, ticarət dənizçiliyi üzrə beynəlxalq konvensiyaları, həmçinin müvafiq nizamnaməni rəhbər tutur.

Dəniz nəqliyyatının məhsula, işə və xidmətə olan ictimai ehtiyaclarının ödənilməsinə xidmət etmək Ticarət Limanının əsas və başlıca vəzifəsini təşkil edir. Qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək üçün o, aşağıdakı işləri yerinə yetirməyə borcludur:

-gəmiləri yükləmək və boşaltmaq, onlara xidmət etmək;

-yükləri başqa nəqliyyat vasitələrindən dəniz nəqliyyatına və əksinə yükləmək;

-dəniz nəqliyyatı gəmiləri ilə kabotaj və xarici yük, sərnişin və poçt

daşınmasına xidmət etmək, yedək əməliyyatları aparmaq;

-liman akvatoriyasında gəmilərin üzməsinin təhlükəsizliyini təmin etmək;

-görülən işlərə və göstərilən xidmətlərə görə müqavilələr və ya təsdiq olunmuş tariflər əsasında hesablaşma aparmaq;

-ticarət dənizçiliyi üzrə qanun və qaydalara əməl olunmasına nəzarət etmək;

-gəmiləri dövlət gəmi reyestrinə salmaq, gəmi kitabında qeydiyyat

aparmaq və gəmi sənədlərini vermək;

-gəmilərin limana gəlişi və gedişi cədvəlini tərtib etmək və s.




  1. Yüklə 200,14 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin