Çıxarış formatı
Menyunun File bəndində Prefrenses əmri seçilir. Ekranda formatları göstərən Prefrenses pəncərəsi görünür. Buradan General əmri seçilir. Command Windows-dan Text Display lövhəsi, oradan isə Numeric Format lövhəsindəki siyahıdan çıxarış formatı seçilir.
Formatı əmrlər sətrindən də seçmək olar:
format long e – uzun, sürüşkən vergüllü nəticə almaq üçün. Məsələn,
>> 1.25/3.11
ans = 4.019292604501608e-001
Matlabda formatdan asılı olmayaraq, bütün aralıq hesablamalar ikiqat dəqiqliklə yerinə yetirilir. Lakin ilkin format sonrakı hesablamalarda saxlanılır. Formatı təyin etmək üçün aşağıdakı əmrlər verilir:
format long e – uzun, sürüşkən vergüllü;
format şhort – qısa format (vergüldən sonra 4 rəqəm).
Hesablamanın nəticəsi bir sətirdən sonra ekrana çıxır.
Lakin Preferenses dialoq pəncərəsindən compact seçməklə çıxarışı daha sıx etmək mümkündür. Çıxarış zamanı boş sətir əlavə etmək üçün ekranda açılmış Numeric display siyahısında loose sözünü seçmək lazımdır.
1.2. Elementar funksiyaların istifadə olunması.
Matlabda funksiyaların yazılışı digər proqramlaşdırma dillərində olduğu kimidir. Məsələn, ifadəsini əmrlər sətrində belə vermək olar:
>> exp(-2.5)* log(11.3)^0.3-sqrt((sin(2.45*pi)+cos(3.78*pi))/tan(3.3))
Funksiyaların arqumentləri mötərizədə verilir, funksiya adları kiçik hərflə yazılır. Əməliyyatların üstünlük ardıcıllığı aşağıdakı kimidir:
1) quvvətə yüksəltmə ^ ; 2) vurma və bölmə *, / ; 3) toplama və çıxma +,- .
Üstünlük dərəcəsi mötərizələrin köməyi ilə dəyişdirilir.
Əmrlər sətrindən əvvəl verilmiş əmrləri düyməsi ilə qaytarıb, üzərində düzəliş edərək, yenidən daxil etmək mümkündür.
Command History pəncərəsini açdıqda, ekrana tarix və vaxt ilə birlikdə, əmrlər siyahısı çıxır. Bu əmrləri qeyd edıb, silmək və ya işə salmaq mümkündür.
Ədədi sıfra böldükdə inf (sonsuzluq), mənfi ədədi sıfıra böldükdə -inf, sıfırı sıfıra böldükdə NaN ( ədəd deyil) xəbəri ekrana çıxır.
ifadəsi 0+1.0000 i – kompleks ədədini verir. Kompleks ədədi i və ya j ilə işarə etmək olar. Kompleks ədədləri bir-birinə vurduqda, böldükdə, qüvvətə yüksəltdikdə mötərizəyə almaq lazımdır. Kompleks qoşma ədədi tapmaq üçün həmin ədəddən sonra apostrof qoyulur. Məsələn,
>> ((3.2 + 1.5i)*2 + 4.2 + 7.9i)ı
ans
10.6000 – 10.9000i
>> 2-3i ı
ans
2.0000 + 3.0000i
>> sin (2 + 3i)
ans
9.1545– 4.1689i
Kompleks ədəd funksiyanın arqumenti ola bilər:
Əmrlər sətrindən help elfun verdikdə bütün elementar funksiyaların siyahısı ekrana çıxır.
1.2.1. Elementar funksiyaların siyahısı
Dostları ilə paylaş: |