Sağlamlıq anlayışı, onun qiymətləndirilməsi, sağlamlığın sosial mahiyyəti. Müasir ədəbiyyatlarda sağlamlığın yüzdən artıq tərifi və yanaşmaları mövcuddur. Sağlamlıq əsasən aşağıdakı anlayışlara uyğunlaşdırılır:
1. Sağlamlıq xəstəliyin olmaması deməkdir.
2. Sağlamlıq - norma deməkdir.
3. Sağlamlıq - məzmun etibarilə morfoloji, psixoemosional və sosialm vəhdətidir.
Sağlamlıq xəstəliyin əks tərəfidir. Bu günə qədər sağlamlığın qiymətləndirilməsi sağlamlığın pozulmasından, bu və ya digər xəstəliklərin yayılmasından, inkişaf qüsurlarından, bədbəxt hadisələrdən, ölüm səviyyəsindən asılı olaraq aparılır. Fərdi və ictimai sağlamlığın kəmiyyət və keyfıyyət tərəflərini əks etdirən kompleks meyarlar, göstəricilər çox azdır.
Əvvəllər mövcud olan patologiya nəzəriyyələri ilə yanaşı son dövrlərdə Y.P.Lisitsın tərəfindən irəli sürülən yeni - sağlamlıq nəzəriyyələri: sanalogiya və valeologiya da inkişaf etməkdədir.
Sağlamlığın öyrənilməsində 4 səviyyəni bir-birindən fərqləndirmək lazımdır:
I. səviyyə - fərdi sağlamlıq;
II. səviyyə - əhali qruplarının və ya etnik qrupların
sağlamlığı;
III. səviyyə - müxtəlif inzibati-ərazilərdə (kənd, şəhər,
vilayət) yaşayan əhalinin sağlamlığı;
IV. səviyyə - ictimai sağlamlıq (ölkənin, qitənin, dünya əhalisinin sağlamlığı).
Fərdi sağlamlığı qiymətləndirmək üçün Y.P. Lisitsın, N.M.Amosov və başqaları tərəfindən təklif olunan şərti göstəricilərdən istifadə oluna bilər. Onlardan aşağıdakı göstəricilər üzərində dayanaq:
Dostları ilə paylaş: |