Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə99/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   95   96   97   98   99   100   101   102   ...   137
HRM 2021 yaz semestr

Kommunikasiya.

Kommunikasiya informasiyaların ötürülməsi və qəbul edilməsi vasitəsilə həyata keçirilən bütün prosesləri özündə birləşdirir. Kommunikasiyanın başlıca məqsədi ondan ibarətdir ki, birmənalı olaraq informasiyanı alan onun kim tərəfindən göndərildiyini bilsin. Beləliklə, kommunikasiya ünvanına çatdıqda və onlara aydın olduqda tam sayılır. Çünki, adətən dərk etmənin nəticəsi davranışın dəyişməsidir, səmərəli kommunikasiyaya təlim prosesinin bir hissəsi kimi baxmaq olar. Kommunikasiya prosesinin ümumi modelini Klod Şennon və Uorren Ueyver (Claude Shan­non, Warren Weaver) təklif etmişdir. Onlar kommunikasiya sistemini məlumatların girişi və çıxışı arasında qarşılıqlı münasibələr kimi xarakterizə etmişlər.

Təşkilat rəhbərlikdən, əməkdaşların ştatından, istehsal və ofis yerlərindən, avadanlıqlardan, materiallardan, xammallardan ibarətdir. Lakin təşkilat, bu tərkib hissələrini səmərəli kommunikasiya bir yerdə əlaqələndirməyənə və onların fəaliyyətinin koordinasiyasını təmin etməyənə qədər həqiqi hesab olunmur. Bir binada yerləşən və çox da böyek olmayan təşkilatlara nisbətən, bir-birindən coğrafi uzaq nöqtələrdə yerləşən bir neçə struktur bölmə və şöbələrdən ibarət olan iri kompleks təşkilatlarda kommunikasiya sistemi daha mürəkkəb olur.

Təşkilat hüdudunda kommunikasiyanın iki tipini ayırmaq faydalıdır: formal (rəsmi), yəni rəhbərliyin razılaşdığı və ya rəcmi təsdiq etdiyi kommunikasiya üsulları; qeyri-formal və ya qeyri-rəsmi və qabaqcadan planlaşdırılmamış kommunikasiya üsulları.

Kommunikasiyanı həmçinin, birtərəfli (göndərən cavab reaksiyası gözləmir) və ikitərəfli (elə şəkildə təşkil olunur ki, qəbul edən tərəfindən cavab təmin olunur və stimullaşdırılır) kommunikasiyaya ayırırlar.

Kommunikasiyanı istiqamətindən asılı olaraq təhlil etmək olar:



  • Yuxarıdan-aşağıya, yüksək təşkilati səviyyədən daha aşağı səviyyəyə;

  • Aşağıdan-yuxarıya, aşağıdan yuxarı səviyyəyə;

  • Üfiqi (və ya yan), təşkilat hüdudunda üfiqi, yəni bir altbölmədən digər altbölməyə, təqribən eyni səviyyədə.

İş prosesində istər şaquli, istər üfiqi istiqamətlənmiş kommunikasiyanın təçkilatda fəaliyyəti üçün maneələr meydana çıxır. Məsələn,

- kommunikasiyanın bir əməkdaşdan digərinə uzun kanallarla ötürülməsi zamanı məlumatın təhrif edilməsi;



- əməkdaş həddindən artıq informasiya qəbul etdikdə və bu səbəbdən onların bir hissəsinə baxmadıqda və ya mənimsəmədikdə kommunikasiya yüklənmələri;

- məlumatın verilən auditoriyaya uyğun olmaması;

- məlumatların aydın olmayan söz və cümlələrlə göndərilməsi;

- dinləmək bacarığının olmaması. Kommunikasiya yalnız informasiyanın ötürülməsi deyil, həm də alınmasıdır. Bəzi menecerlər yaxşı natiq olurlar, amma həmsöhbətini dinləmək bacarığına malik olmurlar. Başqa sözlə, yalnız eşitmək istədiklərini eşidirlər, bilərəkdən tənqidi mülahizələri eşitmək istəmirlər.

Formal kommunikasiya üsulları. Kommunikasiyanın müxtəliv cür qəbul olunmuş formal üsullarını aşağıdakı kimi ümumiləşdirmək olar:

- məlumat lövhələrindən asılmış yaszılı təlimatlar (göstərişlər) və elanlar, daxili memorandumlar, mükafatlandırma üçün zərfdə qeydlər, kompaniyanın daxili jurnalında nəşrlər, bilavasitə bu və ya digər əməkdaşa ünvanlanmış məktublar. Bunlar birtərəfli, yuxarıdan-aşağıya və permanent (daimi) kommunikasiyalardır.

- ictimai xəbərdarlıq sistemi tərəfindən elan edilən məlumatlar – permanent olmayan, birtərəfli, yuxarıdan-aşağıya, yəni onlar aydın olmayan və ya düzgün başa düşülməyən şəkildə təqdim oluna bilməz.

- rəhbərliyin çıxışı nəzərdə tutulan əməkdaşların böyük yığıncağı. Bu daimi olmayan, birtərəfli kommunikasiyadır (çünki böyük yığıncaqlarda dinləyicilər cavab reaksiyası vermirlər), yalnız onlara elan edilən məlumatların sonradan yazılı təsdiq edilməsi halı istisna olmaqla.

- 20-dən şox əməkdaşın iştirak etmədiyi kiçik yığıncaqlar. Bu ikitərəfli kommunikasiyadır (çünki iştirakçılar sual verə bilər və fikir söyləyə bilərlər). Başlıca olaraq, onlar yuxarıdan-aşağıya xarakterə malikdir, lakin aşağıdan-yuxarıya kommunikasiyaların bəzi xüsusiyyətlərini nəzərdə tutur. Onlar daimi deyil.

- seksiya (bölmə) daxili komitələr. Bu ikitərəfli üfiqi kommunikasiyadır. Öz-özlüyündə onlar daimi deyillər, lakin, bir qayda olaraq, aparılan müzakirələrin və qəbul edilən qərarların yazılı xülasəsi aparılır.

- tabeçilikdə olanın fəaliyyətinin araşdırlması, təlimat (göstəriş) və ya informasiyanın verilməsi üçün müsahibə, yəni qiymətləndirmə (attestasiya). Onlar müsahibənin aparılması formasına uyğun olaraq birtərəfli və ya ikitərəfli ola bilər; yuxarıdan-aşağıya istiqamətlənir və permanent deyillər. Əgər bu üsul təlimatın (göstərişin) verilməsi üçün istifadə ediliirsə, onda təhrif olunma ehtimalı böyükdür, çünki, ilkin təlimat onun aşağıya verilməsi prosesində düzgün başa düşülməyə bilər.

- yuxarı rəhbərlik və fəhlələrin nümayəndələrinin birgə komissiyası. Bu ikitərəfli, yuxarıdan-aşağıya, aşağıdan-yuxarıya və üfiqi kommunikasiyalardır; onların, bir qayda olaraq, protokolu nəşr olunur və bu səbəbdən daimidir. Bu komissiyalar müntəzəm və ya zəruri olduqda, məsələn, işçinin işdən azad olunmasına dair qətardan sonra appelyasiya şikayətinə baxılması üçün yığıla bilər.



Qeyri-formal kommunikasiya üsulları.

Kommunikasiyanın qeyri-formal üsullarına aşağıdakılar daxildir:

- təşkilatın bütün səviyyələrdə işçiləri arasında normal təsadüfi danışıqlar. Bunlar ikitərəfli müxtəlifyönlü və daimi olmayan kommunikasiyalardır.

- heyətin, iş tapşırığını daha tez yerinə yetirməni təmin etmək üçün digər bölmənin nümayəndələri ilə xüsusi telefon və ya şəxsi əlaqə saxlaması, mümkün qədər rəsmi müəyyən olunmuş kommunikasiya üsulları vasitəsilə. Təşkilatların əksəriyyətində bu intensiv və aktiv əlaqələr istisna olmaqla, şəxsi dostluq və ya simpatiyaya əsaslanan əlaqələrdir. Bu ikitərəfli, müxtəlifyönlü və daimi olmayan kommunikasiyalardır.

- təşkilatda qeyri-rəsmi dövr edən gizli yazılı materiallar, yüksək rütbəli rəhbərlərin karikaturası, satirik şeirlər. Bunlar birtərəfli, müxtəlifyönlü və daimi kommunikasiyalardır.

- Gizli işarə və jestlər, məsələn, rəhbərliyin yaxınlaşmasına dair silahdaşları xəbərdar etmək. Bu birtərəfli üfiqi və daimiolmayan kommunikasiyalardır.

- kommunikasiyanın sadalanan dörd üsulunun kombinasiyası kimi yayılan şayiə və ya yalan şayiələr; onlar müxtəlif informasiya mənbələrinə və bütün mümkün güman və ehtimallara əsaslanır. Şayiələr nadir hallarda tamamilə əsassız olur, lakin, bir qayda olaraq, vəziyyətin ən sensasiya və qalmaqallı cəhətlərini əhatə edir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin