Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ



Yüklə 88,02 Kb.
səhifə33/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   42
Yalançı nüfuzun növləri:

  • təzyiq nüfuzu;

  • məsafə nüfuzu. Müəllim şagirdlərlə ancaq rəsmi məsələlərdə ünsiyyət saxlayır, sirli və əlçatmaz olmağa çalışır;

  • pedantizm nüfuzu ̶ bu cür müəllim xırdaçı olur, daim sağlam olmayan iradları incəliyinə qədər yerinə yetirməyi tələb edir;

  • nəsihət nüfuzu;

  • yalançı yaxşılıq etmə nüfuzu;

  • həqiqi nüfuz, hər şeydən əvvəl şagirdlərə səmimi münasibətdən, öz fənnini bilməkdən, pedaqoqun mədəniyyəti və ümumi erudisiyasından asılı olaraq qazanılır.

Major qabiliyyətlər ̶ müəllimin tədris prosesini aktivləşdirməyə kömək edən optimizmi və yumor hissidir. Optimizm və yumor hissi, həmçinin hər cür fəaliyyət və istirahət növünü fəallaşdırır, müəkkəb konfiliktləri aradan qaldırır, gərginlikləri zəiflədir.

Müəllimin pedaqoji ustalığının mükəmməliyinə professional səviyyə ilə yanaşı, fəaliyyətə yüksək həvəslə,şux əhval-ruhiyə ilə, nikbinliklə yanaşmaq da əhəmiyyətli dərəcədə təsir göstərir.

Müəllimin ruhi halı ünsiyyət prosesində şagirdlərə də birbaşa təsir edir. Müəllimin entuziazmı da, hədsiz ciddiliyi və hətta üzünü turşutması da keçicidir. Şagird müəllimin dediklərini və tələblərini onların verilmə emosionallığından asılı olaraq yerinə yetirir.

Gülməli və komik hadisə eyni olmadığından zarafatı və təhqiredici gülüşü çox ehtiyatla tətbiq etmək lazımdır. Xüsusilə “çətin” və təlimdə geridəqalan şagirdlərə yumorla yanaşmaq, onları ancaq qınamaq məqsədli olmamalıdır. Burada yumor cəza tədbiri deyil nəzərə çatdırmaq vasitəsi rolunu oynamalıdır.

Pedaqoji prosesdə istifadə olunan yumora verilən tələblər:


  • şagirdin şəxsiyyəti deyil, onun müəyyən xasiyyəti, yaxud etdiyi bir hərəkət gülüş hədəfinə çevrilə bilər;

  • şagirdin nəyisə təshih edə bilməyəcəyinə gülmək olmaz. Zarafatla aradan qaldırıla biləcək keyfiyyət gülüş hədəfi ola bilər. Uşağın fiziki çatışmazlığına, xəstəliyinə, bədəninin anormallığına hətta gülümsəmək belə yaxşı nəticə verməz;

  • öz zarafatına birinci gülmək tövsiyyə olunmur;

  • uşaqların zərərsiz zarafatına hirslənməməli, yerində deyilmiş “iti” sözə dərhal cavab verə bilməli, öz uğursuz hərəkətinə birinci gülməyi və etiraf etməyi bacarmalıdır;

  • şagirdlərin təsadüfi uğursuzluğuna, zəif cavablarına, kəntöylüyünə gülmək doğru deyildir;

  • yersiz, təhqiredici, kobud və qeyri-etik zarafata və yumora yol vermək olmaz.


Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin