Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


VIII MÜHAZİRƏ. PROFESSOR NURƏDDİN KAZIMOV (1926-2018) PEDAQOJİ USTALIQ HAQQINDA



Yüklə 88,02 Kb.
səhifə39/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
VIII MÜHAZİRƏ. PROFESSOR NURƏDDİN KAZIMOV (1926-2018) PEDAQOJİ USTALIQ HAQQINDA

Plan


  1. Pedaqoji fəaliyyəti və pedaqogika elminin inkişafında rolu barədə xülasə.

  2. N.Kazımov pedaqoji ustalıq və onun problemləri haqqında

Ədəbiyyat

  1. İki əsrin sönməz məşəli. Bakı, 2006.

  2. N.Kazımov. Pedaqoji ustalığın problemləri. Bakı, 2009.




  1. N.Kazımovun pedaqoji fəaliyyəti və pedaqogika elminin inkişafında rolu barədə xülasə.

Azərbaycanda pedaqoji elmin təşəkkülü və inkişafında müstəsna rolu olan qüdrətli pedaqoqlardan biri də əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovdur. Nəzəri və parktik pedaqoji problemlərin həllinə həsr edilmiş yüzlərlə sanballı əsərin müəllifi olan Nurəddin Kazımovun pedaqoji ustalıq barədə də qiymətli fikirləri və dəyərli əsərləri vardır. Cəsarətlə demək olar ki, Nurəddin müəllimin öz həyatı sadə peşə adamından ustad müəllimliyə yüksəlməyin parlaq nümunəsidir.

Nurəddin Mustafa oğlu Kazımov 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini başa vuraraq dəmiryol sənət məktəbinə daxil olur. 1945-ci ildə həmin məktəbin maşinist köməkçisi kursunu bitirir. Həmin il S.M.Kirov adına ADU-nun (indiki BDU) hazırlıq şöbəsinə, sonra isə tarix fakültəsinin fəlsəfə şöbəsinin birinci kursuna qəbul olunur.

Tələbə Nurəddin təhsildə qazandığı uğurlara görə 1947-ci ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinin üçüncü kursuna köçürülür. 1950-ci ildə universiteti bitirib Bakıya qayıdır.

N.Kazımov 1950-ci ildə Nuxa (Şəki) Müəllimlər İnstitutunda baş müəllim vəzifəsində əmək fəaliyyətinə başlayır. İki il sonra isə gənc müəllim o zaman yenicə yaradılmış Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru vəzifəsinə dəvət edilir. Bir az sonra Azərbaycan Respublikası Maarif Nazirliyinin ali və orta pedaqoji təhsil şöbəsinə keçirilir.

N.Kazımov 1953-cü ilin noyabrında Azərbaycn Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olur. XX əsr Azərbaycan pedaqogika elminin patriarxı professor Əhməd Seyidovun elmi rəhbərliyi ilə parlaq elmi hazırlıq yolu keçir. Namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi alır. 1957-ci ildə “Uşinskinin müqayisə priyomu haqda ideyaları və məktəb təhsili üçün onların əhəmiyyəti” adlı əsəri çap olunur.

1957-ci ilin oktyabr ayında Nurəddin Kazımov Azərbaycan Dövlət Elmi-Tədqiqat pedaqoji Elmlər İnstitutuna elmi işlər üzrə direktor müavini təyin edilir. 20 il bu vəzifədə işlədikdən sonra 1974-cü ildə həmin institutun direktoru olur.

Bu müddət həm də Nurəddin Kazımovun gərgin elmi fəaliyyəti ilə bağlı olan illərdir. O, 1968-ci ildə Tblisidə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” adlı doktorluq dissertasiyası müdafiə edir. Alim bu dövrdə həmçinin “Müqayisə priyomundan istifadə edilməsi” (1964), “Təlimin keyfiyyətini yüksəltməyin bəzi şərtləri haqqında ” (1966), “III sinifdə ana dili dərsləri” (1973) kitablarını, “Təlimdə şagirdlərin müstəqil işləri onların əqli və parktik fəallığını artırmağın yollarından biridir” (1961), “Təlimin üsul və priyomlarının elmi əsaslarını öyrənmək zəruriyyəti haqqında” (1963), “Dərsdə şagirdlərin bilik və bacarıq səviyyəsini yüksəltmək yolları haqqında” (1965), “Təlimin mahiyyəti anlayışına dair” (1965), “Bəzi pedaqoji anlayışların şərhinə dair” (1970), “Təlim ̶ tərbiyənin başlıca vasitəsi kimi” (1975) və digər mühüm elmi əhəmiyyəti olan əsərlərini yazmışdır.

N.Kazımov 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) elmi işlər üzrə prorektoru, 1984-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dillər Universitetində pedaqogika kafedrasının müdiri olmuşdur.

Onun yaradıcılıq fəaliyyətinin parlaq təzahürü olan “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (müştərək) (1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Azərbaycan milli-izahlı ensiklopedik pedaqoji lüğət” (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (müştərək) (2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və bir çox digər kitabları respublika ictimaiyyətinə təqdim edilmişdir.

Professor Nurəddin Kazımov 6 dekabr 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

Professor Nurəddin Kazımovun elmi yaradıcılığı çoxtərəflidir. O, hər şeydən əvvəl, postsovet məkanında tanınmış ən qüdrətli didaktlardan biridir. Elmi fəaliyyətində təlim nəzəriyyəsinə aid araşdırmaları ilə öncülük haqqı həqiqətən ona məxsusdur.

N.Kazımovu düşündürən vacib pedaqoji problemlərdən biri təhsilin məzmunu məsələsi idi. O, bu sahədə praktik fəaliyyət göstərərək istər ümumtəhsil məktəbləri, istərsə də ali məktəblər üçün bir sıra dərslik və dərs vəsaitləri yazmış, proqramlar hazırlamışdır.

N.Kazımovun elmi irsində ali məktəb pedaqogikası problemlərinə həsr olunmuş əsərləri və fəaliyyəti xüsusi qeyd olunmalıdır. O, ali məktəb mühazirəsinin təşkili və metodikasını işləyib hazırlamış təlim-tərbiyənin vəhdətini təmin etməkdə kafedranın rolunu, vəzifələrini işləyib hazırlamışdır. Müəllim hazırlığında böyük əhəmiyyət daşıyan, təhsilin çox mühüm tərkib hissəsi olan pedaqoji təcrübələrin səmərəli təşkili məsələlərini işləyib hazırlamışdır.

Professor N.Kazımovun fəaliyyətində elmi-pedaqoji kadr hazırlığı xüsusi yer tutur. O,otuzdan artıq gənc tədqiqatçının dissertasiya işi üzərində aradırma aparmalarına rəhbərlik etmiş, neçə-neçə elmlər doktorluğu və fəlsəfə doktorluğu işinə, kitablara rəy vermiş, redaktorluq etmişdir.

N.Kazımovun pedaqogika elminin istiqamətlənməsi və inkişafında ən böyük xidmətlərindən biri keçən əsrin 90-cı illərində Milli pedaqogika ideyasını irəli sürməsi və elmi-nəzəri baxımdan əsaslandırmasıdır. Milli pedaqogika mövqeyindən çıxış edərək, pedaqogikanın mövzusuna, tədqiqat sahəsinə, metodologiyasına, qanunauyğunluqlarına, habelə pedaqoji proses təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarına yeni nəfəs gətirən şəxs də N.Kazımov idi. O, sübut etdi ki, bütün humanitar elmlər kimi, pedaqogika da öz predimetini milli dəyərlərə əsaslanaraq araşdırmalı, gənc nəslin təlim-tərbiyəsi və şəxsiyyət kimi formalaşmasında milli xüsusiyyətlərdən çıxış etməlidir. Pedaqogika ̶ Milli olmalıdır!


Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin