Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari



Yüklə 463,33 Kb.
səhifə45/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   125
Maliyyə 2018

Birbaşa vergilər bilavasitə vergi ödəyicilərinin gəlir və əmlakından tutulur (müəyyən edilir). Birbaşa vergilər hər bir əmlak üçün ayrıca alınır. Gəlirlər (əmək haqqı, mənfəət, faiz, dividend) və vergi ödəyicilərinin əmlakınin (torpaq, bağ, maşın, qaraj, mənzil) dəyəri vergitutma obyekti kimi çıxış edir.

Birbaşa vergilərə bunları aid etmək olar: mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, fiziki və hüquqi şəxslərdən əmlak vergisi, torpaq vergisi və b.

Birbaşa vergilərdən fərqli olaraq dolayı vergilər əmtəələrin qiymətinə (xidmətlərin tarifinə) əlavələr şəklində müəyyən edilir. Dolayı vergilər malların (işlərin, xidmətlərin) satışı (istehlakı) sferasında tutulur. Başqa sözlə, vergi yükü istehlakçıların üzərinə düşür, yəni son nəticədə alıcılar tərəfindən ödənilir.

Dolayı vegitutmada malsatanlar malın qiyməti ilə yanaşı, eyni zamanda alıcılardan vergi məbləğini də alırlar. Yəni malsatanın satılmış mallara (görülmüş işlərə və göstərilmiş xidmətlərə) görə alıcılardan aldığı pul vəsaitlərinin tərkibinə dolayı vergilərin məbləği də daxildir. Məhz bu səbəbdən dolayı vergilər bir çox hallarda istehlak vergiləri də adlandırılır.

Tutulması baxımından dolayı vergilər dövlət üçün daha səmərəli və əlverişlidir. Çünki onların dövlət büdcəsinə daxil olması vergi ödəyicilərinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə bağlı deyil. Belə ki, təsərrüfat subyektində istehsal səviyyəsinin aşağı olduğu və onların zərərlə işlədiyi hallrda belə fiskal effektə nail olunur.

Dolayı vergilərə aşağıdakıları aid etmək olar : əlavə dəyər vergisi (ƏDV), aksizlər, gömrük rüsumları, qiymətli kağızlarla əməliyyatlar üzrə vergilər, yol vergisi.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin