Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə143/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   139   140   141   142   143   144   145   146   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
184


Üçüncü 
mərhələdə ayrı-ayrı maddələr və göstəricilər uyğunlaşdırılır, 
balanslaşdırılır. 
Əgər müəyyən edilən tədbirlər pul vəsaitləri ilə təmin edilmirsə gəlirlərin və 
yığımların artırılması mənbələri axtarılır və onlardan daha səmərəli istifadə ediliməsi 
yolları müəyyən edilir.
Maliyyə planlaşdırılmasının nəticəsi olaraq «Maliyyə planı» tərtib edilir. 
Maliyyə planı iki hissədən ibarətdir – gəlirlər və xərclər. Planın ayrı-ayrı bölmələri bir-
birilə, gəlirlər xərclərlə uyğunlaşdırılır, nəticədə, material, əmək və maliyyə resursları, 
xərclər və gəlirlərin balanslaşdırılması təmin edilir. Maliyyə planı rüblərə bölünməklə 
illik tərtib edilir.
KitabYurdu.az 
185


MÖVZU 14 
 
XIDMƏT MÜƏSSISƏLƏRININ MALIYYƏSI 
 
1.
Məhsul istehsalının artırılması və onun iqtisadi səmərəsinin 
yüksəldilməsində xidmət müəssisələrinin rolu. 
2.
Xidmət müəssisələrinin fəaliyyətinin xüsusiyyətləri və 
maliyyənin təşkili. 
3.
Texniki təmir müəssisələrində maliyyənin təşkili. 
4.
Nəqliyyat müəssisələrində maliyyənin təşkili. 
5.
Tikinti təşkilatlarında maliyyənin təşkili. 
6.
Digər xidmət müəssisələrində maliyyənin təşkili. 
7.
Pul gəlirləri və mənfəət. Mənfəətin bölüşdürülməsi. 
8.
Dövriyyə vəsaitlərinin təşkili. 
9.
Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi. 
10.
Maliyyə planlaşdırılması. 
KitabYurdu.az 
186


MƏHSUL ISTEHSALININ ARTIRILMASI VƏ ONUN IQTISADI
SƏMƏRƏSININ YÜKSƏLDILMƏSINDƏ XIDMƏT 
MÜƏSSISƏLƏRININ ROLU 
Xidmətedici müəssisələr istehsal prosesində bilavasitə iştirak etmir, lakin istehsal 
prosesində dolayı yolla iştirak etməklə ona kömək edirlər. Bu baxımdan istehsalın 
artırılması və onun iqtisadi səmərəsinin yüksəldilməsində xidmətedici müəssisə və 
təşkilatların da mühüm rolu vardır.
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə 
etibarlı təminatına dair Dövlət Proqramı»nda göstərilir ki, kənd təsərrüfatı 
istehsalçılarının müasir texnika ilə təmin olunması ərzaq istehsalının artırılmasının 
vacib şərtidir. Belə ki, texnikanın çatışmazlığı, aqrotexniki tədbirlərin müəyyən 
olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını 
çətinləşdirir, istehsal prosesində ciddi maneələr törədir. Mövcud köhnə texnika ilə 
aparılan işlər keyfiyyətsiz olduğundan, xeyli itkilərə yol verilir. Ümumiyyətlə, maddi-
texniki bazanın zəifliyi nəticəsində bitkiçilik sahəsində ildə orta hesabla ən azı 30-40 
milyon manatlıq məhsul itkisinə yol verilir. Ona görə də müasir tələblərə cavab verən 
servis xidməti müəssisələrinin geniş şəbəkəsinin yaradılması zərurəti meydana çıxır. 
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək
sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli 
şərtlərlə təmin edilməsi məqsədilə «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində 
əlavə tədbirlər haqqında» «Azərbyacan Respublikası Prezidentinin 2004-cü il 23 
oktyabr tarixli 468 saylı sərəncamı» ilə «Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti» 
yaradılmışdır. Hazırda ölkənin bölgələrində onun 10 satış xidmət bazası və 57 rayonda 
texniki xidmət servisləri fəaliyyət göstərir. 
Proqramda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi əsas vəzifələrdən biri 
kimi qarşıya qoyulmuşdur. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin